Kənd turizmi: Mövcud vəziyyət perspektivlər

 

 

 

Qeyri-neft sektorunda xüsusi çəkisi olan turizmin inkişafı güclü, dayanıqlı iqtisadiyyatın təmin olunmasını şərtləndirən amillər içərisində mühüm əhəmiyyət kəsb edir. Bəllidir ki, enerji resurslarından, digər təbii sərvətlərdən məhrum olan ya korluq çəkən bir çox ölkələr dövlət büdcələrinin böyük bir qismini, məhz turizmin hesabına formalaşdırır. Azərbaycan bu baxımdan bəxti gətirmişlərdəndirhəm təbii sərvətlərinin zənginliyi, həm turizmin əksər növlərinin inkişafı üçün mövcud potensial baxımından. Ölkəmizin müxtəlif iqlim qurşaqlarında yerləşməsi, dənizlə sərhədinin mövcudluğu, gözəl, rəngarəng təbiəti, flora faunası, tarixi abidələri, mineral termal suları, dünyada çox nadir olan palçıq vulkanları s. turizmi qeyri-neft sektorunun prioritet sahəsinə çevirir.

 

Azərbaycanda turizmin bir sıra sahələri uzun illərdir inkişaf etsə , bəzi növlər yeni-yeni formalaşmağa başlayır. Bu sırada yerli xarici turistlərin xüsusilə son illərdə daha çox üstünlük verdikləri kənd turizmi xüsusi diqqət çəkir. İndi ölkəmizin turistik bölgələrinin əksəriyyətində evlərini gündəlik ya bir neçə günlük kirayə verən kənd sakinlərində , istirahətini daha sakit kənd həyatında daha təbii keçirmək istəyən turistlərdə kənd turizminə maraq kifayət qədərdir. Bəs kənd turizminin inkişafı üçün hansı işlər görülür? Evlərin şəraiti tələblərə cavab verirmi? Qiymətlər şəraitə qonaqların büdcəsinə uyğundurmu?

 

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, bu qurum tərəfindən kənd turizminin, xüsusən kənd qonaq evlərinin inkişaf etdirilməsi ilə bağlı  silsilə işlər həyata keçirilməkdədir: Son illərdə ölkəmizdə müxtəlif istiqamətlərdə turizm infrastrukturunun yaradılmasını, turistlərin yeni fərqli xidmətlər barədə gözləntilərini təmin etmək üçün regionlarda mövcud olan resurslardan səmərəli istifadə yerli xarici turistlərin respublikamıza marağını artırmaqda, müxtəlif turizm növlərinin, eləcə kənd turizminin inkişafına şərait yaratmaqdadır. Dünya təcrübəsi göstərir ki, kənd turizminin inkişaf etdirilməsi urbanizasiya kimi mühüm problemin qarşısını alır, insanların zehni fiziki gərginlikdən azad olmasına kömək edir. Kənd turizmi regional iqtisadi inkişafa şərait yaradılması, yoxsulluq səviyyəsinin azaldılması, əhali köçünün, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında güclü bir alət kimi istifadə olunur. Kənd turizminə marağın artması bu turizm növünün dəstəklənməsi beynəlxalq donor təşkilatlarının ölkəmizdə icra etdikləri layihələrin nümunəsində görmək mümkündür. Bundan əlavə, Agentlik tərəfindən hazırda Azərbaycan Respublikasında ixtisaslaşmiş turizm sənayesinin inkişafına dair Strateji Yol XəritəsininDavamlı turizm potensialının gücləndirilməsibəndinin  Azərbaycanda kənd turizminin inkişaf etdirilməsiyarımbəndi üzrə işlər planlı şəkildə icra edilməkdədir.”

 

Qeyd olunan bəndin icrası məqsədilə Kənd Təsərrüfatı İqtisadiyyat nazirlikləri, “ABAD”, Standartlaşdırma İnstitutu digər dövlət qurumları ilə əməkdaşlıq edildiyini bildirən K.Quluzadə kənd sakinlərinin bu sahədə maariflənməsi üçün görülən işlər haqqında da məlumat verdi: Kənd yerlərində evlərini kirayə verən şəxslərin fəaliyyətinin müəyyən kriteriya əsaslar üzərində təşkil edilməsi Agentlik tərəfindən diqqətdə saxlanılır bu istiqamətdə maarifləndirmənin həyata keçirilməsi məqsədiləKənd qonaq evləri üçün Bələdçitəlimat kitabçası hazırlanıb. Kitabça çap olunaraq əsas turizm regionlarında 200-ə yaxın kənd evi sahiblərinə paylanılıb, elektron variantda isə Agentliyin rəsmi səhifəsində yerləşdirilib.

 

Kənd qonaq evlərinin fəaliyyətinin daha da yaxşı təşkili üçün Agentliyin daxili resursları Turizm könüllüləriİctimai Birliyinin üzvləri tərəfindən kənd qonaq evlərində qiymətləndirmə işləri həyata keçirilib. Əldə olunmuş nəticələr əsasında mövcud standartlar daha da təkmilləşdirilərəkYerləşmə vasitələrinin təsnifatı. Minimum tələbləradlı sənəd hazırlanıb. Gələcəkdə bu standartların tətbiqi üzrə işlərə başlanılacaq.

 

 

 

Eyni zamanda, xidmət keyfiyyətinin artırılması məqsədilə kənd qonaq evləri sahibləri üçün mütəmadi olaraq təlimlər keçirilməkdədir.

 

Agentlik tərəfindən turizm potensiallı rayonlarımızda yerləşən kənd evlərinin siyahısı toplanılıb siyahılar davamlı olaraq yenilənməkdədir. Regional nümayəndəliklərimiz tərəfindən kənd qonaq evlərinin turistlər üçün əlçatanlığının təmin edilməsi məqsədilə mümkün dəstəklər verilməkdədir. Kənd evlərinin yerləşdirmə vasitəsi kimi funksionallığının daha da təkmilləşdirilməsi üçün Agentlik davamlı olaraq bu sahənin prioritetliyini diqqətdə saxlayır.”

 

Yerli istirahət turları təşkil edən turizm şirkətlərinin kənd evlərinin xidmətindən istifadə edib-etməmələri ilə maraqlandıq. Araşdırmalarımız göstərdi ki, turlar əsasən həftə sonları birgünlük təşkil edilir. Gecələmə daxil azsaylı turlar zamanı isə turoperatorlar daha çox qonaqları ilə birgə otellərdə qalmağa üstünlük verirlər. Əcnəbi turistlərin kənd evlərində istirahətini təşkil edən turizm şirkətləri, hüquqi fiziki şəxslərin əksəriyyəti dünyanı bürümüş Koronavirus pandemiyası səbəbindən hazırda fəaliyyətlərinə fasilə veriblər.

 

Kənd evlərinin xidmətlərindən yararlanan yerli turistlər evləri bölgələrdə fəaliyyət göstərən vasitəçilər ya müxtəlif saytlarda yerləşdirilmiş elanlar vasitəsilə tapırlar. Evlər həftə sonları üçün əsasən 2 gün daha çox müddətə təklif edilir, həftəiçi birgünlük kirayələmək mümkündür. Qiymətlər isə evin yerləşdiyi bölgəyə, otaq sayına şəraitə görə dəyişir. Belə ki, Cənub ya Qərb bölgələrində orta şəraitli ikiotaqlı kənd evini bir gün üçün 20-30 manata da kirayələmək mümkündürsə, daha çox turistik zona sayılan Qəbələdə eyni şəraitli evlərin qiyməti 50 manatdan başlayır. Həyətində su hovuzuna qədər lüks şəraitli villalar da günlük kirayə verilir, təbii ki, kifayət qədər baha qiymətə - 300-350 manata...

 

Mütəxəssislərin qənaətinə görə, kənd turizmi bölgələrin inkişafında, urbanizasiya məşğulluq problemlərinin həllində mühüm rol oynayır. Elə təmiz havasından udub, soyuq bulaqlarından içib, təbii nemətlərindən yeyib, sakit kənd mühitində istirahət etməyin əvəzi, alternativi yoxdur. İstək varsa, qalır bircə vaxt büdcə ayırmaq...

 

Mahir Rəsuloğlu

 

 

İki sahil.- 2021.- 5 avqust.- S.15.