Beyləqanın şəhid oğlu
Qısa
tanıtım: Əliyev Pərvin
Vüqar oğlu 1997-ci ilin oktyabrın 27-də Beyləqan
rayonunun Qəhrəmanlı qəsəbəsində
dünyaya göz açıb. 2003-2014-cü
illərdə Tağı
Məmmədov adına
qəsəbə tam orta məktəbində təhsil alıb.
2015-ci ilin oktyabrında Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən həqiqi
hərbi xidmətə
çağırılıb. Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb.
2017-ci ilin martında ordudan tərxis olunub.
2017-ci ilin noyabrında könüllü
olaraq müddətdən
artıq hərbi xidmətə yollanıb.
“N” saylı hərbi hissənin kəşfiyyat
bölüyündə xidmət
edib.
2020-ci il sentyabrın 27- də Ermənistan ordusunun növbəti silahlı təxribatına qarşı
başlayan Vətən
müharibəsində torpaqlarımızın
işğaldan azad olunması uğrunda gedən döyüşlərdə
ön cəbhədə
qəhrəmancasına vuruşaraq şəhid olub.
Sentyabrın 28-də doğulub boya-başa çatdığı Qəhrəmanlı
qəsəbə qəbiristanlığında
izdihamla son mənzilə yola salınıb.
Azərbaycan
Prezidenti İlham
Ə liyevin Sərəncamına
əsasən, Əliyev
Pərvin Vüqar oğlu ölümündən
sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətən sevgisi onun ayrıca silahı idi
Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin
vətənpərvərliyi ilə həmyaşıdlarından
fərqlənib. İdmanı çox sevib. Böyüyüb boya-başa çatdıqdan
sonra həqiqi hərbi xidmətə çağırılıb. Ana Vətənin keşiyində
sərvaxt və mətin dayanaraq istidə, soyuqda, qarda, yağışda, çovğunda öz xidməti borcunu layiqincə yerinə yetirib və ailəsinin
yanına başıuca
qayıdıb.
Sonra müddətdən artıq
hərbi qulluqçu kimi
kəşfiyyat bölüyündə
fəaliyyətini davam
etdirib.
Otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı
azad etmək arzusu ilə yaşayan Pərvin Vətən müharibəsinin
başlanmasına ən
çox sevinənlərdən
biri olub. Düşmən təxribatı nəticəsində
başlanan Tovuz döyüşlərindən üzü
bəri həmin günü intizarla gözləmişdi. Səhər
saatlarında döyüş
əmri verilən ilk andan silahına sarılan təcrübəli,
peşəkar kəşfiyyatçı,
həm də bölüyün rabitəçisi
kimi hərbi hissənin əks -hücum əməliyyatında
öz qəhrəmanlığı,
şücaəti ilə
seçilib, işğalçı
erməni faşistlərinə
qan uddurub... Qanlı döyüşlərdə Vətən sevgisi onun ayrıca, susmaq bilməyən odlu-alovlu silahı idi.
Pərvinin komandiri Elsevər
Hümbətov deyir ki, o,
hələ düşmənə
vurulan ilk zərbədə
qəhrəmanlığı ilə seçilirdi. “Pərvin bir kəşfiyyatçı kimi
igidlik göstərdi,
ağır atəş
altında belə düşmən səddinin
yarılması tapşırığını
yerinə yetirərkən
qəhrəmanlıqla şəhid
oldu..."
Sentyabrın 28-də qəhrəman kəşfiyyatçımızın
Azərbaycan bayrağına
bükülmüş tabutu
doğulub boya-başa
çatdığı Qəhrəmanlı
qəsəbəsinə gətirilib. Vətən
uğrunda canını
fəda edən Pərvinin nəşi
qəsəbənin İkinci
Qarabağ müharibəsində ilk şəhidlərindən biri
kimi çox böyük coşqu ilə qarşılanıb,
izdihamla son mənzilə
yola salınıb. O gün ətrafına əklillər,
üzərinə güllər düzülən şəhid
məzarından ətrafa
nur yayılırdı...
Pərvindən yadigar qalan bayraq
Ata ocağında Pərvinin adına yaradılmış
Xatirə guşəsində saxlanılan şəkilləri arasında
onun Azərbaycan Bayrağını
öpüb gözlərinin
üstünə qoymuş
vəziyyətdə çəkilmiş
bir şəkli diqqəti çox cəlb edir, həm də adamı kövrəldir. Məhz həmin bayrağı anasına verəndə o, şəhid
olacağını ilk dəfə
dilə gətirmişdi.
“Şəhidlik oğlumun
həm ürəyinə
dammışdı, həm
də anlına yazılmışdı” deyən anası Zəmanə Abıyeva infarkt keçirsə də, Pərvindən
söz düşəndə
fəxarət hissi ilə danışır. Deyir ki, Pərvinin
bir çox arzuları var idi, lakin söhbət
Vətəndən düşəndə,
o bütün istəklərini
ikinci plana salardı: “Sonuncu dəfə evə gələndə ən çox xoşladığı
yeməyi hazırlamağımı
istədi və mən də bişirdim. Sonra məni qucaqlayaraq dedi ki, ana,
mən Vətənim
uğrunda şəhid
olacağam. Amma mənimlə fəxr
edin, hər zaman başınızı
uca tutun. Belə də oldu, o, öz qəhrəmanlığı
ilə tarix yazdı. Övlad itkisi ağır olsa da, onun şərəfli
ölümü bizim başımızı uca etdi...”
O gün Pərvin tədbirlərin birində
ona təqdim olunan üçrəngli bayrağı anasına verəndə deyib: “Bunu evimizin pəncərəsindən
asarsan!..”
Şəhidin atası Vüqar
Əliyev də övladı ilə qürur duyduğunu dilə gətirir: “Pərvin şəhid olduğu gün bizim heç nədən xəbərimiz
yox idi. Həmin gün kəndimizdən başqa bir nəfərın şəhid
olduğunun xəbərini
almışdıq, biz də onun dəfninə getməyə
hazırlaşırdıq. Elə bu ərəfədə
zəng gəldi və Pərvinin şəhid olduğunu öyrəndim… Oğlumun döyüş yolu
Talış-Suqovuşan istiqamətində
olub. O, düşmənin
qurduğu səddin yarılmasında iştirak
edib, qəhrəmancasına
şəhidlik zirvəsinə
ucalıb.”
... Sosial şəbəkələrdə
beyləqanlı şəhidlərin
şəkillərinin bir-bir
göstərildiyi bir videoçarxda ağıya
bənzər mahnının
sözlərini
sanki Pərvinin ruhu pıçıldayır:
Ana, mən şəhid oldum, nolar ağlama,
Yarım,
mən şəhid oldum qara bağlama,
Ata, mən şəhid oldum yasımı saxlama...
Təki
Vətən sağ olsun!..
...Pərvinin döyüşçü
yoldaşları, komandiri
tez-tez qəhrəman kəşfiyyatçının məzarını ziyarət
edirlər. Pərvin şəhid olandan beş ay sonra komandiri deyib ki, kəşfiyyatçı
kimi sıramızda sənin yerin görünür.”Sənə həmişəki
kimi ehiyacımız var, Pərvin!”
“Sən ölmədin ki...”
(Şəhid
Pərvinə bacısından
ad günü təbriki)
Pərvin şəhid olandan bir
ay sonra 23 yaşı tamam olub. Bacısı Nazilə Əliyevanın qardaşına ünvanladığı
ad günü təbrikini PİA.az müəyyən
düzəlişlərlə sosial
şəbəkə izləyicilərinə
belə təqdim edib:
“Bu gün 23 yaşın
oldu, qardaşım. Səni təbrik
edirəm. Qələbəni bizə dadızdırdığına
görə də sənə təşəkkür
edirəm. Sənin artıq
olmadığına isə
mən inanmıram.
Bir ay əvvəl qara xəbərini alanda da inanmamışdım, bu gündə inanmıram.
Sən varsan və həmişə də olacaqsan. Bunu başqa cür
təsəvvür etmək
mümkün deyil.
Çünki sənin
varlığını mən
hər yerdə hiss edirəm. Sən işğaldan azad
olunan torpaqlarımızın
üzərində əsən
rüzgarsan. Murdar ermənilərin
ayaq izlərini torpaqlarımızdan yuyan yağışsan. Sən
o torpaqlara düşən
toxum kimisən, sabah cücərib
artacaqsan. Hər fəsildə cücərib
böyüyəcək, bizə
nəfəs verəcəksən.
Bilirəm ki, sən ölməmisən. Bilirəm ki,
Zəfərimizin sevincini
yaşayırsan. Bilirəm ki,
vüqarla dalğalanan
bayrağımızı qürurla
öpürsən. Son döyüşə getməmişdən
əvvəl öpdüyün
kimi... Ad günün
mübarək, qardaşım”.
Nazilə
xanımın qardaşına
ünvanladığı və
oxucuya nikbin ovqat bəxş
edən təbrikin sözləri yadıma “Şəhid ruhları bizi görür” ifadəsini və qələm dostum Arif Fərzəlinin
bu şeirinin məhz həmin gerçəyi əks etdirdiyini saldı:
ŞƏHİDLƏR
ÖLMƏZ Kİ…
Elə ölümə də əyməz özünü,
Cismini tapşırıb
ana torpağa.
Şəhidlər təzədən açar
gözünü,
Şəhidlər təzədən qalxar ayağa.
Yenə
alov saçar od baxışları,
Təpəri yerində, gücü yerində.
Yenə
səngər-səngər zəfərə
sarı,
Vətəni aparar çiyinlərində.
Yağan
yağışlara, əsən
küləyə,
Axan ulduzlara
bənzər şəhidlər.
Dönər ildırıma, dönər
şimşəyə,
Düşməni doğrayar, kəsər şəhidlər.
Gecələr qızarar Dan yeri
kimi,
Gündüzlər nur damar şəfəqlərindən.
Beləcə bir Vətən
əsgəri kimi,
Boylanar tarixin
üfüqlərindən.
Nurəddin Ədiloğlu
İki sahil.- 2021.- 11 avqust.- S.8.