Saf  duyğulu gənc şair

 

 

Mən Əlinin üzünü görməmişəm. Amma özü haqqında yazdığı məlumatlardan bilirəm ki, 1998 – ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində doğulub. Püsyan kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətini başa vurduqadan sonra isə Türkiyədə müvəqqəti yaşamağa başlayıb. İstanbulda işləyir orada yazıb yaradır. Şeirləri Türkiyənin ədəbibədii nəşrlərində çap olunur. Türk dilindəDemlenmiş şiirler”, “Yazı ve sanat ülkesi”, “Usta şairadlı almanax antalogiya kitablarında yer alıb. Eyni zamanda sosial şəbəkələrdə, ədəbiyyat saytlarında da türkcə şeirləri maraqla qarşılanıb. Şeirləri arasıra Azərbaycan mətbuatında da işıq üzünə çıxır. Azərbaycanda bir neçə qəzet, jurnal, almanaxlarda saytlarda Əlinin şeirləri oxucuların ixtiyarına verilib. Şeirlərini Əli Rüzgar imzası ilə yazır.

 

Beləcə, özündən əvvəl sözündən tanımışam Əlini. Şeirlərində milli ruh, kövrək lirika hakimdir. Bu da onun mənəvi təmizliyindən, saflığından irəli gəlir. Şeirlərini oxuyandan sonra Əlinin bakirə duyğularına heyran oldum. Bu bakirəliyi şeirlərindəki dilin saflığından, duyğuların ilkinliyindən duydum, bəyəndim. Şeirləri həcmcə çox kiçik, bitkin mənaca dərindir. Hiss edirsən ki, Əli Rüzgar bədii fikri ümumiləşdirərək balaca bir şeirdə təcəssüm etdirə bilir. Həm Əlinin şeirləri özü kimi son dərəcə təbiiliyi ilə seçilir. Əli hələ çox gəncdir, cəmi 22 yaşı var. Hələ qarşıda çox yaradıcılıq axtarışları gözləyir onu...

 

Əlinin şeirləri özünün bakirə duyğularından səmimi düşüncələrindən doğulur. Yəni o, öz yaşının şeirini yazır. “ ...” adlı qısa lakonik şeirinə fikir verin. O, yazır:

 

Çiçəklər bir gün solar,

 

Həsrətini iylərəm.

 

Sən məni yad bilərsən,

 

Mən səni yad eylərəm...

 

Bu şeir daha çox diqqətimi çəkdi. Burada incə, təbii dəqiq şair düşüncəsi var. Çox ürəyəyatan şeir nümunəsidir.

 

yaxudYazılmayan şeir”ində yazır:

 

Bəlkə mən sevgi dolu,

 

Eşq qoxulu ilk baharı,

 

Bacarmadım içıərsində

 

Yaşatmağı misraların.

 

 

 

Xəzan vurdu, qopdu, düşdü,

 

Yarpaqları sətirlərin.

 

Yazılanlar kölgəsidir

 

yazılmayan şeirlərin.

 

Bu sadə aydın fikirlərdə dərin lirizm var. Onun şeirlərini toplu halında oxumaq istədiyimi bildirdim. Sağ olsun, göndərdi. O şeirləri oxuduqdan sonra dönübdönüb bir oxudum. Billur kimi saf şeirləri insanın duyğularına sığal çəkir. Ruhuna bir rahatlıq gətirir:

 

Zaman mənəm, saat mənəm,

 

Qıldan incəsıratmənəm.

 

Ən müqəddəs həyat mənəm,

 

Bacarırsan yaşat məni.

 

***

 

Günəşə bax səhərlər,

 

Doğulub ölüm sənə.

 

Barmaqlarım tətikdə,

 

Yetişməz əlim sənə.

 

 

 

Mənə bir qayıt de,

 

Qayıdım, gülüm sənə.

 

Yetər ki, sən harayla,

 

Dirilim, gəlim sənə.

 

 

 

Oyaq qalma gecələr,

 

Yuxumu bölüm sənə.

 

Mənə yetər xəyalın,

 

Bir ki, gülümsəmən.

 

***

 

Xəzan vurdu qopub düşdüm,

 

Budağımdan yarpaq kimi.

 

Bu ayrılıq sonum oldu,

 

Ölməzləşdim torpaq kimi.

 

***

 

Bəli, Əli Rüzgar belə kövrək, incə , sadə şeirlər müəllifidir. Onun şeirlərinin ovsununa düşmək nağıllar aləminə düşməyə bənzəyir. Bu şeirlər insanı çiçəkli, kəpənəkli çəmənlərə, nəğmələr aləminə aparır. Saf, isti, yumşaq bir qəlbdən süzülüb gələn misralar maqnit kimi oxucunu özünə çəkir: “Kəpənəkşeirində oxuyuruq:

 

Hələ ömür yarıdır,

 

Qonum, sonra uçaram”.

 

Deyirsənsə, kəpənək,

 

Qon, ovcumu açaram.

 

 

 

Çox alışma bu ələ,

 

Yumruğunu dar elər.

 

Bu əllərdi vaxtilə,

 

Çərpələnglər qaçıran.

 

Hiss edirsən ki, Əli şeir yazmağa ötəri hiss maraqla yanaşmır. O, kiçik həcmli şeirlərində az sözlə yeni məna mətləblərə nail olmağa çalışır. Bir çox hallarda buna nail olur. Onun kiçik həcmli şeirləri birbirindən rəngarəngliyi zərif fikirləri ilə fərqlənir. Bu xüsusiyyət Əlinin şeirlərindəki forma məzmunla deyil, həm yeni deyim tərzi ifadə tərzi ilə seçilir. Sözlərin səslərin düzülüşü ahəngdarlığı da qulağa xoş gəlir. Bu da onu deməyə əsas verir ki, Əli qəlbən , ruhən şeirə köklənib öz duyduqlarını düşündüklərini yazır.Ayrılıqadlı şeirində oxuyuruq:

 

Ayazlı bir qışa bənzər ayrılıq,

 

Ümidlərin bədənini isitməz.

 

Göz yaşların yanağında buzlaşar,

 

Hayqırarsan, səni heç kəs eşitməz.

 

yaxud:

 

Quşları sevirəm,

 

Balıqları da.

 

Uçmağı bacarmasam,

 

Üzməyi bilməsəm .

 

Səssizliyi sevirəm,

 

Elə uşaqları da...

 

Əli özü lirik təbiətli oğlandır.Onun güclü həyat müşahidəsi var. Buna görə şeirləri obrazlarının məlahəti, şirinliyi həyati detalları ilə diqqəti çəkir. O, sanki təbiətin yaratdıqları ilə təbiətin öz dilində danışır. İctimai hadisələri dərindən dərk edir onu şeirə gətirir, yeni mənəvi məna verə bilir. O, bakirə duyğuları ilə oxucunu düşündürə bilir. Bu da oxucularını gənc şairlə doğmalaşdırır.Şeirləri oxuduqca onun mənəvi aləminə yaxından bələd oluruq. Əli bunlara öz istedadının gücünə nail olur. Bu istedadın duyğudüşüncəsinə qiymət vermək, ona hörmətlə yanaşmaq hər birimizdən qədirbilənlik tələb edir. Onu qarşıda poeziyanın enişliyoxuşlu yolları gözləyir. Mən bu mənada Əlinin gələcəyinə böyük ümidlə baxıram. Arzu edirəm ki, onun sənət eşqi ilə çırpınan ürəyindəki inam, ümüid işığı sönməsin, daha da alovlansın.

 

Fərqi yoxdu, olsan da,

 

Əvvəlaxır yox olursan.

 

Həyat eşqi ürəyində,

 

Bu dünyada sıxılırsan.

 

 

 

Sevinirsən, dərd çəkirsən,

 

Yaşamaqçün ev tikirsən.

 

Qalan ömrə göz dikirsən,

 

Gedən ömrə dağılırsan.

 

 

 

Qəlb yorulur yormasan da,

 

Əcəl gəlir sormasan da.

 

Bir dağ kimi durmasan da,

 

Bir dağ kimi yıxılırsan.

 

Əli Rüzgarın şeirlərindəki müsbət cəhətlər ümidverici gənc şairimiz kimi, onun haqqında bu yazını yazmağıma vəsilə oldu. Ona yeniyeni yaradıcılıq uğurları arzulayıram...

 

 

Həzi Həsənli

İki sahil.- 2021.- 12 avqust.- S.14.