Aslan Aslanov: “Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli
dövlət xadimləri
ilə görüşlərinin
demək olar ki, hamısında iştirak etmişəm"
Aslan
Aslanov: “Xoşbəxtəm ki, Heydər Əliyevin
dünyanın görkəmli dövlət xadimləri ilə
görüşlərinin demək olar ki, hamısında
iştirak etmişəmAslan Aslanov
“1993-cü il iyunun 10-da bizi AZƏRTAC-ın rəhbərinin yanında iclasa dəvət etdilər. O vaxt mən işə
təzəcə qəbul
edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum olmuşdu ki, o vaxt Naxçıvan
Muxtar Respublikası Ali Sovetinin sədri
olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyasının Rəyasət
Heyətində görüş
keçirəcək. Qərara alındı
ki, həmin görüşə fotomüxbir
Oqtay Məmmədov və mən gedəcəyik. İyunun
11-də Heydər Əliyev
məşhur İsmailiyyə
binasının qarşısında
maşından çıxdı.
Həmin günlərdə
yəqin ki, Azərbaycanın taleyi həll olunurdu. Heydər Əliyev ABŞ-ın və Böyük Britaniyanın
ölkəmizdəki səfirləri
ilə, sonra Akademiyanın Rəyasət
Heyətinin üzvləri
ilə görüşlər
keçirdi".
“Report” xəbər verir ki, bu fikirləri
Azərbaycanın tanınmış
jurnalisti, Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) İdarə
Heyətinin sədri Aslan Aslanov ümummilli
lider Heydər Əliyevin iştirakı ilə keçirilən ilk tədbir barədə informasiyanı
hazırladığı xatirələrindən
danışarkən deyib.
Daha sonra
fikirlərini davam etdirən A.Aslanov bildirib ki, bu
görüşlər xeyli
davam etdi: "Sonra ümummilli lider Türkiyənin Azərbaycandakı səfiri
Altan Karamanoğlu ilə görüşmək
üçün Türkiyə
səfirliyinə yollandı.
Heydər Əliyev səfirliyə gələndən
sonra foyedə biz jurnalistlərlə qısa söhbət etdi. O, gözlənilmədən
məndən soruşdu:
“Sən hansı təşkilatdansan? Görürəm
səhərdən bizimləsən”.
AZƏRTAC-ın əməkdaşı
olduğumu biləndə
dedi: “Baxa bilərəmmi nə yazmısan?”. Mən həyəcanlı halda öz bloknotumu ona verdim. Birinci
informasiyanın sərlövhəsi
belə idi: “Görkəmli dövlət
xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”.
Heydər Əliyev bu başlığı oxuyub təbəssümlə
soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?”. Bu anda səfir
foyeyə çıxdı
və Heydər Əliyevi öz kabinetinə dəvət etdi”.
Onun sözlərinə görə, o gündən
2003-cü ilədək Heydər
Əliyevin respublikada keçirdiyi görüş,
qəbul və iclasların əksəriyyətini
işıqlandırmağı, həmçinin xarici səfərləri zamanı
agentliyin müxbiri kimi ulu öndəri
müşayiət etməyi
ona tapşırırdılar:
“Xoşbəxtəm ki,
Heydər Əliyevin dünyanın görkəmli
dövlət xadimləri
ilə bəzən iki-üç saat davam edən görüşlərinin demək
olar ki, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il
ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim”.
Heydər Əliyevin
AZƏRTAC qarşısında qoyduğu ən əsas hədəflərdən
biri də Azərbaycan reallıqları
barədə məlumatların
dünyaya çatdırılması,
ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub. Aslan Aslanov
ümummilli liderlə
bu barədə etdiyi söhbətlərdən
birini belə xatırlayır: “Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı,
Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri
Təşkilatının (OANA-nın) üzvü olmalıdır. O dövrdə Azərbaycanda
media sahəsində belə bir beynəlxalq
təşkilatın mövcudluğundan
xəbərdar olanlar az idi, Heydər
Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda
üzvlüyün zəruriliyini
və vacibliyini müdrikcəsinə görürdü.
2004-ci ildə biz OANA-ya daxil olduq,
12 ildən sonra isə bu təşkilata
rəhbərlik etdik”.
Qeyd edək
ki, bu gün
Azərbaycanın tanınmış
jurnalisti, Azərbaycan
Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) İdarə
Heyətinin sədri Aslan Aslanovun doğum günüdür.
A.Aslanovun 70 yaşı
tamam olur.
Aslan Əhməd
oğlu Aslanov 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub.
O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin
(hazırda Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini
bitirib. Ali təhsilini
başa vurduqdan sonra respublikanın müxtəlif qəzetlərində,
o cümlədən “Kommunist”
qəzetində işləyib.
A.Aslanov 1992-ci ildə Azərbaycan Dövlət İnformasiya
Agentliyində müxbir
kimi işə başlayıb. O, ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirlərin, xarici səfərlərin tam əksəriyyətinin
işıqlandırılmasında
AZƏRTAC-ın xüsusi müxbiri
kimi fəaliyyət göstərib.
Aslan Aslanov
AZƏRTAC-da baş redaktorun
müavini və baş redaktor vəzifələrində çalışıb. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin Sərəncamı ilə
agentliyin baş direktorunun birinci müavini təyin edilib.
O, 45 ildən artıq çalışdığı Azərbaycan jurnalistikasının
inkişafına verdiyi
töhfələrə görə
Əməkdar mədəniyyət
işçisi fəxri
adına layiq görülüb, "Tərəqqi"
medalı, "Vətənə
xidmətə görə"
ordeni, "Şöhrət"
ordeni, "TÜRKSOY-un 20 illiyi"
yubiley medalı, Həsən bəy Zərdabi, "Qızıl
qələm", "Ali Media",
"MDB-nin yubiley gümüş medalı",
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi"
yubiley medalı, Rusiya Prezidentinin Fərmanı ilə “Dostluq” ordeni, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin,
Dövlət Sərhəd
Xidmətinin və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilib.
2002-ci ilin oktyabrında
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Fərmanı ilə Aslan Aslanov AzərTAc-ın baş direktoru təyin edilib.
Aslan Aslanov 2007-ci il
dekabrın 12-dən Asiya
və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının (OANA) büro üzvüdür.
2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. 2011-ci
il iyunundan
2013-cü ilin martınadək
Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü
olan 14 ölkənin informasiya agentlikləri alyansının – BSANNA-nın
prezidenti olub. O,
2013-cü ilin sentyabrında
OANA-nın vitse-prezidenti
seçilib. 2013-cü ilin noyabrında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvlüyünə
qəbul edilib. 2016-2019-cu illərdə Aslan Aslanov dünyanın
hər yerindən
150-yə yaxın xəbər
agentliyini birləşdirən
Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və
Sakit Okean Ölkələri İnformasiya
Agentlikləri Təşkilatının
(OANA) prezidenti olub.
2008-ci ildən
AZƏRTAC-ın üzv olduğu
Avropa Xəbər Agentlikləri Alyansında
agentliyi təmsil edir.
AZƏRTAC-ın dünya informasiya məkanına çıxışı ilə
bağlı atılan
addımlar sırasında
ən yaddaqalanı
2016-cı ildə baş
verib. Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi,
Heydər Əliyev Fondunun və
AZƏRTAC-ın təşkilatçılığı
ilə Bakı eyni vaxtda iki
mötəbər beynəlxalq
təşkilatın əsas
forumlarına - Dünya
Xəbər Agentliklərinin
V Konqresinə, Asiya və Sakit Okean
Ölkələri Xəbər
Agentlikləri Təşkilatının
(OANA) XVI Baş Assambleyasına
yüksək səviyyədə
ev sahibliyi etdi, AZƏRTAC hər iki qurumun rəhbəri
seçildi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı
dünya mətbuat tarixinə həmişəlik
yazıldı.
Aslan Aslanov hazırda OANA-nın vitse-prezidenti, həmçinin Reuters, Associated Press, France
Press (Fransa), Press Association (Böyük Britaniya), TASS
(Rusiya), Yonhap (Koreya Respublikası), SPA (Səudiyyə Ərəbistanı),
EFE (İspaniya) agentliklərinin
– ümumilikdə 13 agentliyin
daxil olduğu Dünya Xəbər Agentlikləri Şurasının
üzvü və
2017-ci ildən İslam Əməkdaşlıq
Təşkilatına üzv
ölkələrin İnformasiya
Agentlikləri Birliyinin
(UNA) İcraiyyə Şurasının
üzvüdür.
Bundan əlavə, Aslan Aslanov Azərbaycan Respublikasının Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının,
Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının,
"Dünya Reytinqi"
üzrə Beynəlxalq
Ekspert Şurasının
və YUNESKO üzrə
Azərbaycan Respublikası
Milli Komissiyasının
üzvü kimi fəaliyyət göstərir.
AZƏRTAC
publik hüquqi şəxs statusu aldıqdan sonra 2018-ci il martın 15-də Prezident İlham Əliyevin Sərəncamı
ilə Azərbaycan Dövlət İnformasiya
Agentliyinin İdarə
Heyətinin sədri təyin edilib.
Aslan Aslanov ictimai-siyasi mövzularda Azərbaycanda və xarici ölkələrin mətbuatında dərc edilən yüzdən artıq məqalənin, həmçinin media və
informasiya ilə bağlı monoqrafiyaların
müəllifidir. Onun "Heydər Əliyev və AzərTAc",
"AzərTAc-dan AzərTAc-a
mürəkkəb və
şərəfli yol",
"AzərTAc-90", "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın
yeri: təşəkkül
tarixi və inkişaf mərhələləri",
“Dövlət siyasətinin
informasiya təminatı”
kitabları dərc edilib. “İnformasiya yaradıcılığı: Standartlar
və yeni yanaşmalar” nəşri Azərbaycanın ali təhsil müəssisələri üçün
dərslik kimi təsdiq olunub. Bu kitab eyni zamanda Ankarada də dərc olunaraq yeni nəsil
jurnalistlər üçün
tövsiyə edilib.
İki sahil.- 2021.- 19
avqust.- S.6.