İtalyan jurnalist Gəncədə şahidi olduğu erməni vəhşiliklərindən yazıb

 

 

 

İtaliyanın nüfuzlu “İl Giornale/Inside Over” qəzetinin müxbiri Emanuel Pietrobonun ölkəmizə baş tutan səfəri ilə bağlı həmin qəzetdə silsilə yazıları dərc olunmağa başlayıb.

 

AZƏRTAC xəbər verir ki, jurnalist ilk yazısını Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması onun nəticələri mövzusuna həsr edib.

 

Gəncə qırğını, unutmaq olmazsərlövhəli məqaləsində jurnalist ötən il sentyabrın sonu noyabrın əvvəllərində Qafqazın yüksəkliklərində tarixin yazıldığını, son nəfərə kimi vuruşmaqla, bütün müttəfiqlərini səfərbər etməklə əllərində olan hər silahdan istifadə etməklə, Bakı İrəvanın Cənubi Qafqazda postsovet dövrünün sonunu sürətləndirdiyini yeni, Sovet dövründən ötən bir dövrün əsasını qoyduğunu bildirir.

 

Beynəlxalq münasibətləri izləyənlər bu paradiqmanın dəyişməsinin təsirlərini nəticələrini tam olaraq yalnız qısa uzunmüddətli perspektivdə anlaya biləcəklər, lakin bir şey artıq indidən, daha doğrusu, ötən ilin noyabrından bəri aydındır: İkinci Qarabağ müharibəsi Ermənistan istisna edilməklə, başda Azərbaycan Türkiyə olmaqla bütün oyunçuların əllərindəki imkanları artırmaqla Cənubi Qafqazdakı proseslərə təkan verdi”, - deyə jurnalist qeyd edir.

 

E.Pietrobon bildirir ki, münaqişədəki Qələbə Bakıya fayda üstünlüklər gətirib gətirməkdə davam edir, lakin müharibə travmalarsız ötüşməyib. “Qeyd edilən itkilərlə, həmçinin bombardmanların gurultusu döyüş görüntüləri ilə əlaqədar travmalar, Azərbaycanda Gəncənin bombalanması kimi gözlənilməz qanunsuz hücumların izi kimi yadda qalan travmalar”, - deyə jurnalist vurğulayır.

 

Üç yüz mindən çox əhalisi olan Gəncənin ölkənin ən xarakterik mənzərəli yerlərindən biri olduğunu deyən jurnalist paytaxt Bakıda olduğu kimi, böyük şəhər olan Gəncənin düşüncədə dünyəviliyi, memarlıqda türkçülüyü tarixdə qloballığı ilə Azərbaycan xalqının multikulturalizminin mükəmməl aynası Qafqazın incisi olduğunu bildirir.

 

Gəncə hərbi əməliyyatların əhatə olunduğu Qafqazın açıq damarı olan qanlı Qarabağ torpaqlarında yerləşmir, ancaq bu fakt Gəncəni ötən il Azərbaycan Ermənistanın apardığı 44 günlük müharibə zamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəf alındı hələ həmin günlərin travmasını özündə daşıyır”, - deyə E.Pietrobon qeyd edir.

 

İrəvanın müharibə psixologiyasından istifadə edərək qorxu yaratmaqla şəhərdən əhalinin çıxarılmasına nail olmaq istədiyini vurğulayan jurnalist bildirir: Bəlli olan faktlar var: 4, 8, 10 17 oktyabr. Şəhərin Ermənistan işğalçı qüvvələrinin mövqelərindən atılanScudtipli ballistik raketlərlə 4 gecə qəfil bombalanması heç təsadüfi deyildir. 32 ölü 125 yaralı ilə nəticələnən, ailələri məhv edən, bir neçə uşaq da daxil olmaqla günahsız dinc sakinlərin həyatını əlindən alan gecələr”.

 

Jurnalist qeyd edir ki, Bakı əsl müharibə cinayəti olan Gəncəyə hücumların qisası olaraq Füzulinin azad olunmasını sürətləndirdi, münaqişə ocağından kənarda yerləşən xüsusilə mülki şəxslərə aid olmasına görə ictimaiyyətin daha güclü birliyi dəstəyinə səbəb olan bu məsələ Ermənistanın hərbi qüvvələrinin məğlub etdirilməsinə gətirib çıxardı.

 

Bu gün, müharibənin bitməsindən 9 ay sonra, azərbaycanlılar turistlər qələbəni sözün həqiqi mənasında gözləri ilə görüb, ona əlləri ilə toxuna bilərlər, çünki şəhərlərdən kəndlərə, binaların divarlarından su şüşələrinə qədər üstündə gecə-gündüz görünən bir yazı var: “Qarabağ Azərbaycandır!” Hər yaş qrupunu sosial təbəqəni əhatə edən, görünməmiş bir vətənpərvərlik hərəkatına səbəb olan, lakin bəzi yerlərdə, məsələn, Ermənistanın atəşinə məruz qalmış Gəncə məhəllələrində fərqli şəkildə yaşanan bir qələbə”, - deyə jurnalist fikirlərinə davam edir.

 

Çünki Gəncədə cəbhədən fərqli olaraq qurbanlar mülki şəxslər idi. Burada bütün ailə üzvləri ölən ailələr var, məsələn Şahnəzərli ailəsi kimiailə üzvlərinin sayı dörd nəfərdən birə - üç yaşlı bir qıza endirilmiş ailə. Burada 10 aylıq olan Narin Əsgərova kimi yeni doğulmuş körpələrin cəsədini tapdılar. Burada Nurəddin Ağayevdən (77 yaş) Nigar Əsgərovaya (17 oktyabr gecəsi həyatını itirdi, ertəsi gün 15 yaşı tamam olacaqdı) qədər hər yaşda insan qətlə yetirildi yaşayış binalarından oyun meydançalarına qədər heç bir şey ballistik raketlərin həmin bombaları atanların ölümcül amorallığından xilas olmadı”, - deyə E.Pietrobon ölkəmizə səfəri ilə bağlı xatirələrini bölüşür.

 

Jurnalist hazırda Gəncədə Qələbənin havada olduğunu, amma əhval-ruhiyyənin fərqli olduğunu Qarabağın azad olunmasının mötədilliklə qeyd edildiyini bildirir. “Çünki burada baxmağa, dayanıb düşünməyə məcbur edən dağıntılar var. Burada, hər yerdən daha çox, yas tutmaq üçün məsum ölülər var”, - deyə jurnalist vurğulayır.

 

O qeyd edir ki, Ermənistan ordusu bəlkə Gəncədə törətdikləri ilə Füzulinin azad edilməsinin təsirini aradan qaldırmaq ümidi ilə psixoloji savaşın qorxunc potensialına həqiqətən inanırdı. Bəlkə hərbi yolla Azərbaycan xalqını mənəvi şəkildə ruhdan salmaq istəyi ilə vaxt qazanmaq istəyirdi, bəlkə daha sadə desək, qorxu toxumları səpmək istəyirdi. Başqa bir yolu da istisna etmək olmaz: münaqişənin Ermənistan ərazisinə qədər uzanacağını gözləmək. Çünki Azərbaycanın Ermənistanın suverenliyinə ərazi bütövlüyünə təcavüzü Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aktivləşdirmək istəyini doğrultmuş olardı. Kremlin rədd edə biləcəyi bir istək, lakin buna baxmayaraq, şübhəsiz ki, müharibənin qarşısını ala biləcək bir rol oynaya bilərdi”, - deyə E.Pietrobon bildirir.

 

Fikirlərinə davam edən jurnalist deyir: “O günləri yenidən nəzərdən keçirdikdə görünür ki, Paşinyan Gəncənin əhalisini boşaltmaq arzusundan daha çox, münaqişənin axarını dəyişmək üçün asimmetrik bir qisas alacağına əmin idi. Riskli bir hesablama, Gəncəyə raket hücumu Ermənistan üçün beynəlxalq humanitar hüququ pozduğuna görə ittihamlar yağışına, sonra isə məğlubiyyətə uğramasına səbəb oldu. Çünki Bakı, müharibənin uzanması ilə əlaqəli riskləri, siyasi cəhətdən - KTMT-nin müdaxiləsi, iqtisadi cəhətdən davamlılığın təmini hərbi cəhətdən daha geniş müdafiə olunan bir döyüş sahəsindəki dronların effektivliyi kimi riskləri yaxşı bildiyi üçün, bu ağır travmanı stimullaşdırıcı bir hadisəyə çevirə bilərdi”.

 

Jurnalist məqaləsini bu fikirlərlə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. “Scud”ların zərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri orada qalmaqda davam edir gələcəkdə onları xatırlamaq, anmaq üçün orada qalacaqlar”.

 

İki sahil.- 2021.- 21 avqust.- S.7.