Müstəqilliyə gedən yol: Heydər
Əliyev şəxsiyyəti və siyasi reallıqlar
(1969-1982)
XX əsrin son əlli ilini Azərbaycanda,
postsovet məkanında, eləcə də dünya
miqyasında gedən proseslər baxımından Heydər
Əliyev şəxsiyyətindən və siyasi fəaliyyətindən
kənarda təsəvvür etmək mümkün deyildir. Heydər Əliyev müdrikliyi və siyasi uzagörənliyi
haqqında dünyanın siyasi liderlərindən sadə
insanlarınadək müxtəlif fikirlər söyləməkdədirlər.
Çünki siyasi təlatümlərlə dolu olan XX əsrdə
ömrünün 50 ilini dövlət idarəciliyi məktəbinin
lideri olaraq siyasi proseslərin ən qaynar nöqtəsində
yaşamışdır. Dahi şəxsiyyətin cox önəmli
cəhəti onun siyasət nəhəngi olaraq həyata
keçirdyi planların uzun tarixi zamanlarda gerçəkliyə
cevrilməsi ilə səciyyələnir.
Nəzərə almaq lazımdır ki, Azərbaycana
qarşı uzanan qara əllər XX əsrdə daha da
aqressivləşmişdir. Bu zaman ən çətin tarixi vəzifənin
məhz Heydər Əliyevin üzərinə
düşdüyünü anlamaq cətin deyidir. Sovet
bürokratizm maşınının tüğyan etdiyi zamanda
vətən, millət sevgisini nəinki qorumağı, onu həyat
amalına cevirməyi yalnız siyasi müdrikliyə malik iradə
sahibi edə bilərdi. Məhz Heydər Əliyevin nurlu zəkasının
sayəsində XX əsrdə bir necə dəfə Azərbaycan
xalqının taleyi pərdə arxası oyunların, siyasi
anarxiya və eksperimentlərin qurbanına cevrilməkdən
xilas olmuşdur.
Məlumdur ki, 1941-ci ildən Heydər
Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində şöbə müdiri vəzifəsinə
başlamış, 1944-cü ildə isə dövlət təhlükəsizliyi
orqanlarında, 1964-cü ildən Azərbaycan SSR Nazirlər
Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi
sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində
general-mayor rütbəsinə qədər yüksəlmişdir.
Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq)
xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda isə Heydər Əliyev Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi
seçilərək Azərbaycana rəhbərliyə
başlamışdır.
Burada bir məqama diqqət etməliyik. Məlumdur ki,
XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri
millətlərin nümayəndələrinin yuva
salmış olduğu və xalqımıza qarşı
qanlı repressiyalar hazırlayıb həyata keçirmiş
Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın)
azərbaycanlılaşdırılması və
xalqımızın düşmən ünsürlərdan təmizlənməsi
ilk dəfə - hələ sovet rejiminin ən güclü
vaxtında məhz Heydər Əliyevin üzərnə
düşmüşdür. Bu gün
bütün azərbaycanlılar, o cümlədən
xalqımızın hər bir nümayəndəsi aydın dərk
etməli və unutmamalıdır ki, daşnaklar
xalqımıza qarşı həyata keçirdikləri
1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet
işğalında da yaxından iştirak etdilər. Onlar daha sonralar KQB-də (Dövlət Təhlükəsizlik
Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər
Komissarlığında) əsas mövqeləri ələ
keçirdilər. Erməni
"çekistləri" uydurma "cinayət işləri"
qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı
kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə
Cavidləri, Müşfiqləri - Azərbaycan xalqının
qaymağını məhv etdilər. Bu baxımdan Heydər
Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki
xidmətləri Vətəni və xalqı
qarşısında adi xidmətlər deyil! Başqa
sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli
Vətən oğullarını Dövlət Təhlükəsizlik
Komitəsinə işə cəlb etməklə, əslində
xalqımızın namuslu övladlarına qarşı
yönəlmiş növbəti təqiblərin
qarşısını almışdır.
Respublikaya rəhbərliyinin ilk günlərindən
bütün sahələrdə olduğu kimi, görkəmli
şəxsiyyətlərin yubileylərinin müntəzəm
olaraq qeyd olunması bir ənənə halına cevrilmiş,
milli düşüncə sahiblərinin himayə olunması
ilə milli dəyərlərə sahib cıxmağın
tarixi yaddaşla sintezi konsepsiya olaraq qarşıya
qoyulmuşdur.
Bütün bunlar ən önəmli vasitələr
olaraq Azərbaycan xalqının ümummilli problemləri
sırasında milli özünüdərkə xalqın
tarixi yaddaşının özünə qaytarılmasına,
müstəqil dövlətçilik ideyalarının yenidən
gerçəkləşdirilməsinə yaradılan real zəmin
idi. Həmin dövrün totalitar sisteminin
elm və mədəniyyət xadimlərinə, ziyalılara
qarşı etdiyi ağır təzyiqlər, təqib və təhdidlər
sovetlər ittifaqının bir çox başqa
respublikalarında özünü aşkar hiss etdirirdi. Yenilməz iradəyə sahibi olan Heydər Əliyev
düşüncəsinin imkanları Azərbaycanda
yaradıcı insanların sərbəst düşünmək
və düşündüyünü tam ifadə edə bilmək
kimi milli potensialını üzə
cıxarmışdır.
Azərbaycanın XX əsrin 60-cı illərində
ağır iqtisadi tənəzzülə dücar olması
dahi şəxsiyyətin cox böyük
narahatcılığına səbəb olan məsələ
idi. O, bu barədə
demişdir: “Qətiyyətlə bildirmək olar ki, 60-cı
illərdə respublika iqtisadiyyatı bütövlükdə
dərin və uzunmüddətli böhran mərhələsinə
qədəm qoymuşdu. Yaranmış
ağır vəziyyətdən çıxış yolu
tapılmalı, iqtisadiyyatın inkişafı
üçün prinsipial cəhətdən yeni konseptual
yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında
köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq
və iqtisadi həvəsləndirmə işində təzə
metodlar tətbiq edilməli idi”.
XX yüzilliyin 60-cı illərinin sonunda Heydər
Əliyevin doğma xalqına həsr olunmuş yeni, daha
geniş, çoxşaxəli, qaynar fəaliyyət
dövrünün başlaması ilə Azərbaycanın
tarixində böyük dönüş mərhələsi
başladı.
Tarixi inkişafın sonrakı gedişi
sübut etdi ki, bu günkü yeni, müstəqil Azərbaycanı
Heydər Əliyev hələ o zaman qurmağa
başlamışdı. Əslində demək
mümkündür ki, azərbaycan xalqının tarixi
taleyinin və müqəddəratının müəyyən
edilməsində xüsusi mərhələ elə bu tarixdən
başlamışdır.
Sovet dövründə Heydər Əliyevin yalnız
kommunist lider və ictimai xadim olaraq təqdim olunmasına
baxmayaraq yuxarıda sadaladığımız real tarix dahi
siyasi xadimin Azərbaycan xalqının milli-mədəni
intibahı naminə gördüyü işlərin əsl
mahiyyətini müstəqilliyin ilk illərindən
başlayaraq araşdırılması zərurətini
yaratdı. Mənbələr
göstərir ki, 1969-cu ilin iyulundan 1982-ci ilin dekabrınadək
Heydər Əliyevin sədrliyi altında keçirilən Azərbaycan
KP MK bürosunun demək olar ki, bütün iclaslarında xalqın
tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəviyyatı
ilə bağlı məsələlər dərindən
müzakirə olunub və milli tərəqqiyə yönələn
mühüm qərarlar qəbul edilib. Bu dövr
həm də Azərbaycanın Cənubi Qafqaz respublikaları
arasında liderə çevrildiyi dövr olmaqla yanaşı,
ümumittifaq problemlərin həllində sovet rəhbərliyinin
Heydər Əliyevin tövsiyələrindən yararlanmaq məcburiyyətində
qaldığı dövr kimi xarakterizə edilə bilər.
Məşhur tarixci T.Svyatoçovski Azərbaycanın
dövlətçilik tarixinin 60-cı illərindən
sonrakı dövrü "tarixdə Əliyev
dövrünün başlanması" kimi səciyyələndirməsi
də hec təsadüf deyildir.
Proseslərin mahiyyətinə vardıqca tarixi hadisələrin
bir sıra məqamlarının müqayisəsi zərurəti
meydana cıxır. Məlum olur ki, bir çox siyasi xadimlərin
cətin şəraitdə öz xalqı ücün
taleyüklü məsələlərin həllinin öhdəsindən
gələ bilmədiyi halda Heydər Əliyev dühası
istənilən cətin siyasi situasiyadan aslı olmayaraq
xalqının taleyüklü məsələlərini həll
edə bilmişdir. Həmin illər Azərbaycanda
milli kadrların rəhbər vəzifələrdə təmsil
olunması, iqtisadiyyatın sürətli inkişafı və
ədəbi dilin, milli mədəniyyətin intibah
dövrü kimi Heydər Əliyev zəkasının milli
düşüncəsinin məhsulu idi. Bu
addımlar bilavasitə Azərbaycanın gəlcək müstəqilliyinin
baza prinsiplərini formalaşdırmışdır. Təkcə o dövrdə milli həbici kadrların
hazırlanmasına olan diqqətin bu günkü Azərbaycan
Respublikasının qüdrətli ordu quruculuğunun möhkəm
təməlinin qoyulmasındakı rolu dahi siyasi xadimin
xalqı qarşısında böyük bir tarixi vəzifəni
həlli etməsi demək idi.
70-ci illərin
sonunda ali məktəblərə tələbə
qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə
keçirilən ənənəvi müşavirələrdə
Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinə
yerli əhalidən ilbəil qəbul faizinin
artirilmasını tələb edərək demişdir:
"Yerli əhalinin nümayəndələrini təyyarəçilik
məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq
lazımdır. Bu günlərdə
kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım.
Dəstəyə bir nəfər də olsun azərbaycanlının
cəlb olunmamasından narazılığımı bildirdim.
Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə
ancaq təyyarəçilik məktəblərini bitirənləri
götürürlər. Bu məsələ
ilə də maraqlandım. Aydın oldu ki,
SSRİ-nin təyyarəçilik məktəblərində
Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun
nümayəndəsi təhsil almır. Bəs siz hara
baxırsınız?!".
SSRİ-nin
kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı
gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan
rəhbəri gənclərin ali təyyarəçilik
məktəblərinə göndərilməsini şəxsi
nəzarətinə götürmüşdür.
Bu
baxımdan Heydər Əliyevin nadir siyasi düşüncə
sistemi onun təkcə dövlət başçısı
kimi yox, milli ruha malik ideoloq, mütəfəkkir kimi
xalqının ən çətin anlarında
xilaskarlığını öz misilsiz fədakarlığı
ilə həyata kecirmək bacarığına malik
olmasında, yaşadığı fırtınalı zaman
dönəmində özünün istənilən təhlükələrə
məruz qalmasına baxmayaraq xalqının xoşbəxtliyini
ən məqəddəs məqsəd kimi reallşdırmaq
bacarığında öz təsdiqini tapıb. Heydər Əliyevin sovet dövrü fəaliyyətinin
xarakterik xüsusiyyətlərindən daha önəmlisi isə
onun tarixi hadisələrin gedişini öncədən qiymətləndirməsi,
müstəqilliyin gələcək əsaslarına dair
böyük əhəmiyyət daşıyan qərarlar qəbul
etmək kimi siyasi iradəsi olmuşdur. Bu
gün həmin qərarların ümummilli miqyası Heydər
Əliyevin timsalında zamanı qabaqlayan dahi terminini siyasi
leksikona daxil etdi.
Bir necə məqamın tarixi mahiyyətini acmaq zərurətindəyik. 1969 cu ildə
Heydər Əliyev hakimiyyətinin ilk günlərindən
yüksək vəzifəli yarıtmaz məmurların təmizlənməsi
ilə yeni milli mühitin islahatlar kontekstində dəyişdirilməsini
həyata kecirməyə başladı. Bu
addım əslində Partiya komitələrinin katibləri və
istehsalat rəhbərlərindən tutmuş hakimiyyət
elitasınadək Azərbaycanda "qətiliklə ictimai tənqidin
çulğalaşması, mənəviyyatın
tapdanmasına aparan səhv addımların ciddiyyətlə təqib
olunması və intizama çağırış" kimi təsvirə
malik idi. Bu siyasi ustalıq bütün sovet ictimai
mühitinə və onun rəhbərliyinə sübut etdi ki,
iqtisadiyyatdakı ziddiyyətli şəraitə və struktur
zəifliyinə baxmayaraq, məqsədəyönlü kadr
siyasəti, nizam-intizam və qanunçuluğu gözləməklə
mühüm nailiyyətə nəinki nail olmaq mümkün
idi, faktiki olaraq yarana biləcək istənilən gərgin
siyasi vəziyyəti düzəltmək mümkündür. Heydər Əliyevin XX əsrin 70 ci illərində
mühüm nəticələr vermiş idarəcilik sistemi
ittifaq miqyasında nümunəvi təcrübə roluna
cevrilmişdir. 1974-cü ildə Azərbaycanın
ittifaq respublikaları arasında sənaye sahəsində məhsuldarlıq
və milli gəlirin artımına görə 4-cü yeri,
ümumsənaye məhsuldarlığına görə isə
6-cı yeri tutması isə siyasi sistemin möhkəm sosial
bazasının yaradılması təcrübəsinin tətbiqi
ilə mümkün olmuşdur.
Digər bir məsələ budur ki, Heydər Əliyev
mühüm əhəmiyyətli vəzifələrə təyinat
zamanı slavyan mənşəli namizədlərdən istifadə
edilməsinə maraq göstərmirdi, rus milliyyətindən
olan ikinci katiblərin Moskva tərəfindən təyin edilməsinə
isə etiraz təbii ki, mümkün deyildir. Lakin
bütün millətlərin dostluq, mədəni -mənəvi
yaxınlaşama prosesində cox mühüm addımlar
atırdı.Öz xalqının milli dəyərlərinin və
ziyalılarının qiymətinin isə ittifaq səviyyəsində
verilməsini tələb edirdi. Başqa
xalqlara yanaşmada da bu prinsipi gözləyirdi. Stalin siyasətinin qurbanı olmuş ədib
Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana
gətirilməsi ilə tarixi həqiqətlərin dərk
edilməsini haminin qarşısında vacib məsələ
kimi qoymuşdur. Rus dili və mədəniyyətinin
hökm sürdüyü bir siyasi rejimdə bunların edilməsi
yalnız böyük iradə və vətən təəsübkeşliyinin
nəticəsi idi. XX əsrin 60-cı illərindən
başlayan bu mənzərə həm də bir sıra
taleyüklü məsələləri həll etmiş oldu.
Belə ki, Bakı əhalisinin sürətli inkişafına
olan diqqət, dirçələn ziyalı təbəqəsindən
ehtiyat qüvvələrin hazırlanmasında ali
təhsilli kadrların sayının 150 min nəfərə
çatmasında özünü göstərdi. Hökumət
qulluqçularının nisbəti isə 20,1
faizi təşkil edirdi. Hər iki istiqamətdəki
inkişaf ikidilliliyin güclənməsi ilə bir araya
düşdü ki, hətta rus dilində
danışanların sayı getdikcə daha
üstünlük təşkil edirdi. Azərbaycan
dilini özünün ana dili hesab edənlərin isə xeyli
hissəsi bu dildən əsasən, danışıq dili kimi
istifadə edirdi. Hətta belə bir mənzərə
yaranmışdır ki, Azərbaycan dili dərin
düşüncələri ifadə etmək
üçün yaramır. Bu barədə
"Gəlin açıq danışaq."- deyə daxili narahatçılıq hissi
keçirən Bəxtiyar Vahabzadə yazırdı. “Rus məktəblərində
oxuyan azərbaycanlılar çox vaxt öz fikirlərini ana
dilində ifadə edə bilmirlər... Azərbaycan
məktəblərində isə rus dilinin tədrisi 1-ci sinifdən,
daha doğrusu, uşaqlar öz doğma dilini mükəmməl
öyrənməmiş, onun özünəməxsus təbiətini
və gözəlliyini duymamış başlayır”. Bu baxımdan, assimilyasiya dərəcəsindəki
böyük fərqlərin yaranması və bunun tənzimlənməsi
yolunda effektli addımların atılması cox mühüm
milli məsələ idi. Digər tərəfdən,
ikidilliliyə münasibətini ifadə edən müəllif
göstərir ki, “kənddən olan azərbaycanlı
çağırışçılar rus dilini yaxşı
bilmədiklərindən hərbi xidmətdə diskriminasiyaya
məruz qalırdılar”. Sovet dönəmində
yaranan belə bir milli ucurumun qarşısının
alınması yolunda Heydər Əliyevin həyata kecirdiyi tədbirlər
bütün böhran ünsürlərə bir
aydınlıq gətirdi. Ana dilimizə
qarşı olan ögey münasibətin və mədəni
mühitin milliləşməsi istiqamətində həyata
kecirilən tədbirlər nəticəsində yadlaşma
siyasətinin qarşısı alındı.
Bütün
bu islahatların məntiqi nəticəsi olaraq Heydər
Əliyev növbəti mərhləni belə xarakterizə
edirdi: “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə
ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına,
iqtisadi və sosial sahələrdə aparılan dərin
struktur islahatlarının xarakterinə, xalqın maddi rifah
halının keyfiyyətcə yeni mərhələyə
keçirilməsinə görə doqquzuncu, onuncu və on
birinci beşilliklər Azərbaycanın yeni tarixində ən
mühüm yerləri tutur”.
Cünki, 1970-1985-ci illəri əhatə edən qısa
bir dövr ərzində, bütövlükdə respublika ərazisində
yüzlərlə zavod, fabrik, istehsalat sahələri
yaradılmış, 213 iri sənaye müəssisəsi
işə salınmışdır. Bir çox
mühüm istehsal sahələrinə görə Azərbaycan
Sovet İttifaqında aparıcı yerlərdən birini
tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul
dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları
öz həcminə görə əvvəlki 50 ildəkinə
bərabər idi. Həmin illərin Azərbaycanı
nəhəng bir tikinti meydanını xatırladırdı.
Bakının və respublika rayonlarının
siması büsbütün dəyişmişdi. Bu
gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik,
yaraşıq verən yüzlərlə yaşayış
binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət
sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil
edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri,
iri istehsal kompleksləri, su anbarları, dəryaçalar,
Kür su kəməri, yaşıllıq zonaları, istirahət
ocaqları, neçə-neçə yollar, o cümlədən
yurdun şimal-qərb ucqarını paytaxta bağlayan
Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə
- Bakıya bağlılığını artırmaq və
orada Azərbaycan mühitini canlandırmaq üçün
görülən mühüm tədbirlər, o cümlədən
Xankəndinə dəmiryolu çəkilməsi Heydər
Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin,
bütün varlığına hopmuş xalqına, vətəninə
bağlılığının nəticəsi idi. Azərbaycanın həmin dövrdə əldə
etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də
xalqın uzaq gələcəyini nəzərdə tutan
güclü kadr potensialının, o cümlədən nadir
ixtisaslar üzrə mütəxəssislər ordusunun
yaradılması idi. Belə ki, həmin illərdə
iqtisadiyyatın sürətli və çoxşaxəli
inkişafına uyğun olaraq respublikanın ali və orta
ixtisas təhsili şəbəkəsi genişləndirilərək
SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı
gənc göndərilmiş, hər il təhsil almaq
üçün Azərbaycandan kənara 800 tələbə
yola salınmaqla, hərbi təhsilin inkişafına xüsusi
diqqət yetirilmişdir.
XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində
həyata kecirilmiş kompleks inkişaf proqramları nəticəsində
Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd
təsərrüfatı və mədəniyyət
respublikasına çevrildi. Bu, Heydər
Əliyevin müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin
parlaq nəticəsi idi. Əldə edilən uğurlu
nailiyyətləri şərh edərək dahi siyasi xadim
demişdir: “Azərbaycanın Sovet dövründə
inkişafının ən bariz nəticəsi odur ki, həmin
dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni
potensial respublikamızın tam müstəqil dövlət
kimi fəaliyyət göstərməsi üçün
möhkəm zəmin yaratmışdır”.
XX əsrin
80-ci illərində isə Sovet İttifaqının
dağılmasının labüdlüyü rejimin azərbaycan
xalqına qarşı məkrli niyyətinin növbəti dəfə
ic üzünü acdı. Sovet
rəhbərliyi siyasi riyakarlıqdan qaynaqlanan milli
ayrıseckilik və baş qaldıran dərin
böhranların əsirinə cevrilməyə məhkum oldu.
Bu ziddiyyətlər fonunda azərbaycan xalqına qarşı
məqsədli şəkildə edilən haqsızlıqlara
qarşı Heydər Əliyev acıq aşkar üsyan etdi və
xalqının haqq səsinə səs verdi.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən
Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz
edərək öz vəzifəsindən istefa verdi.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar
SSRİ rəhbərliyinin iki-üzlü siyasətinə
etirazını acıq şəkildə bildirərkən ədalətsizliyə
qarşı böyük siyasi iradə nümayiş etdirdi. Bunlar dahi
siyasi xadimin vətən təəsübkeşliyinin təzahürü
idi. O, Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını da 1991-ci ilin iyununda bu ədalətsizliklərə
cavab olaraq tərk etmişdir. 1990-cı ilin
iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl
Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin
ildə də Azərbaycan Ali Sovetinə deputat
seçilmişdir.
O,
1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri, Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini, 1992-ci ildə isə
Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilmişdir. Dahi siyasi xadimin baş verən
hadisələrdə ortaya qoyduğu vətəndaş
mövqeyi gələcək mütəqilliyimizə
hesablanmış cağırışların
acıq-aşkar ifadəsi kimi dəyərləndirilməlidir.
1990-cı illərdən başlayaraq azərbaycan
xalqına qarşı sovet rejiminin ədalətsiz,
düşməncılık münasibətində nə qədər
dərinləşmə müşahidə olunurdusa Heydər
Əliyev bir o qədər xalqının milli haqqının
müdafiəsi ücün mübarizəsini dərinləşdirmişdir.
Heydər
Əliyev demişdir: "Biz sovet rejimində yaşayırdıq.
Məgər biz bu rejimi dəyişdirə bilərdik?
Amma iş ondadır ki, bu rejim altında olsa da sən
xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə,
onda onun imkanlarmdan istifadə edib xalqına kömək
göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə
qalxdı".
Əlbəttə, bütün sovet hakimiyyəti illərində
yeridilən siyasətin başdan-başa
yaramadığını və yanlış olduğunu
söyləmək doğru olmazdı. Digər bir nitqində deyirdi:
"...Heç bir dövrü, heç bir şəxsi
ideallaşdırmaq lazım deyildir. Təəssüf
ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə
girmişdir ... Tarixin hər bir dövrünü olduğu kimi
yazmaq lazımdır".
Bu tarix yazılarkən məlum oldu ki, Azərbaycan
xalqının milli-mədəni intibahı, millətin gələcəyi
naminə Heydər Əliyev siyasi təfəkkürünün
nəyə qadir olduğu dərindən təhlil olunmalı,
tarixi həqiqətlər zaman-zaman öyrənilməlidir. Cünki, xalqının
yenidən mustəqillik arzularını güclü dövlətcilik
strategiyasinın qurulması ilə reallaşdıran,
müasir Azərbaycanın qurucusu və banisi bütün
taleyüklü problemləri öz qətiyyəti,
prinsipiallığı ilə xalqının mənafeyi naminə
həll edən Heydər Əliyev dühası milli liderdən
Ulu Öndər statusuna yüksəlmiş yeganə tarixi
şəxsiyyətdir.
İlham Məmmədzadə
AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru,
professor
Sənan Həsənov
YAP Fəlsəfə və Sosiologiya
İnstitutu Ərazi Partiya Təşkilatının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
İki sahil.- 2021.-26 avqust.- S.4.