Möhkəm təməl
üzərində qurulan
ailə sağlam cəmiyyətin simasıdır
Hər
bir xalqın milli-mənəvi dəyərlərinin ilk
formalaşdığı mühit olan ailəni təsadüfən
kiçik dövlət adlandırmırlar. Bütün dövlətlərdə
olduğu kimi Azərbaycanda da ailə institutu yüz illərdən bəri qorunan möhkəm sütunlara əsaslanır: Böyüyə
hörmət, ailə
başçısına-ataya, anaya ehtiram, insanlara qayğı! Başqa sözlə deyilsə, ailədə təkmilləşən
ictimai münasibətlər
cəmiyyətdə davam
etdirilir. İslam aləminin parçası
olan, Şərq mədəniyyətini qoruyub
saxlayan, əsrlərdən
bəri yaşadan Azərbaycan ailəsi möhkəmliyi, dəyanəti
ilə həmişə
nümunə göstərilib.
Son illərdə dövlətlərarası
münasibətlərin möhkəmlənməsi,
sərhədlərin açılması,
sosial şəbəkələr
vasitəsilə yaranan
tanışlıqlar nəticəsində
qurulan qarışıq
(mulat) ailələr də cəmiyyətimizə
təsirsiz ötüşmür.
Bəzi netativ hallar istisna olmaqla ölkəmizdə ailələr
ulularımızın ərənlərimizə,
nənələrimizin qız-
gəlinlərimizə verdikləri
xeyir-dua ilə qurulur. Ölkəmizdə
ailə institutu ilə bağlı demoqrafik statistika yüksələn rəqəmlərlə
ifadə olunur, güclü dayaqlar üzərində möhkəmlənir.
İllərdən bəridir ki, ölkəmizdə gender bərabərliyi siyasəti
qorunur, müsbət keyfiyyətlərlə inkişaf
edir. Hazırda Azərbaycan qadınları
təkcə ailənin
ikinci məsul şəxsi sayılan ana kimi deyil,
eyni zamanda, ictimai işlərdə, yüksək vəzifələrdə
çalışır, sahibkar
olaraq ailə büdcəsinə yardım
göstərirlər. Hər
kəsə nümunə
olan, milli adət-ənənələrimizi qoruyan, sağlam düşüncəli övlad
yetişdirən ailələrimizin
çoxluğuna baxmayaraq
narahatlıq doğuran
ən adi problem üzündən dağılan ailələr
də vardır. Etiraf etmək lazımdır ki, hələ də ailənin müqəddəsliyini,
böyütdükləri övladlarının
xalq, Vətən üçün əhəmiyyətini
başa düşməyənlər,
yaxınlarını narahat
edənlər də vardır.
İctimai və
sosial bəla olan boşanma hallarının artması
günümüzün problemi
kimi hamını düşündürür. Psixoloqların,
sosioloqların araşdırmalarından
aydın olur ki, qısa tanışlıqla,
başqalarının vasitəsi
ilə qurulan, «bərkə-boşa düşməyən»
ailələrdə problemlər
daha çox olur. Ailəyə ötəri hiss kimi yanaşanlar unudurlar ki, Azərbaycanda
ailə müqəddəsliyi
müasirləşən, qloballaşan
cəmiyyətdə uzun
illərdən bəri
öz fundamental dəyərlərini itirmədən
qoruyur. Məişət
qayğıları, sosial-iqtisadi
məsələlər insanlar
kimi, ailələrə
də təsir göstərir. Yalnız sağlam duyğular, qarşılıqlı anlaşma
ilə qurulan ailələr bütün
çətinlikləri birgə
səyləri ilə aradan qaldırırlar. Möhkəm təmələ
əsaslanan belə ailələr kənar müdaxilələrə, ailə
büdcəsinin tələblə
təklifə uyğun
olmadığı hallarda
belə yaranan iqtisadi problemlərə fikir birlikləri ilə qalib gəlirlər.
Cəmiyyətimizdə haqqında «ananın südü sənə halal olsun» sözlərinin
dəyərini qazanan,
böyüyə hörməti,
kiçiyə qayğısı,
ətrafındakılara ehtiramı
ilə seçilən
qızlarımız, gənclərimiz
çoxdur. Gələcəyimizi
etibar edəcəyimiz
belə gənclərimizin
çoxluğu hər
kəsi sevindirir.
Amma… İctimai nəqliyyatda,
cəmiyyət arasında
davranışı, milli
dəyərlərimizə yad
hərəkətləri ilə
ikrah doğuran qızlarımızı, böyük-kiçik
fərq qoymadan jarqon danışığı
ilə şəxsi keyfiyyətlərini büruzə
verən, adi oturmaq qaydası ilə özü haqqında pis fikir, mənfi rəy yaradan gənclərimiz ilk növbədə tərbiyə aldıqları
ailə barədə təsəvvür formalaşdırırlar.
İctimai nəqliyyatda
sərbəst oturub, qarşısındakı yaşlıya
yer verməyən qız və yaxud oğlan çox güman ki, böyüdüyü mühitdə aldığı
tərbiyəyə
uyğun olaraq kiməsə qayğı göstərmək etikasından
çox-çox uzaqdır.
Xüsusilə özlərini
qərbsayağı aparan
qızlarımız unudurlar
ki, Qərbin də nümunə göstərilə biləcək
etik qaydaları, cəmiyyətdə yüksək
qiymətləndirilən davranış,
əxlaq kodeksi vardır. Amma nədənsə cəmiyyətə zərər
verən, milli-mənəvi
keyfiyyətlərimizlə uzlaşmayan
pis vərdişlərə
meyillik daha çox narahatlıq doğurur. İnsani dəyərlərin qiymətləndirilmə
prinsipi müxtəlif
olduğu üçün
polemika yarada bilər. Xarici ölkələrdə mövcud olan dəblə ayaqlaşmağı
müasirlik hesab edənlər üçün
bu fikirlər qəribə görünə,
keçmişin qalığı
kimi anlaşıla bilər. Özlərinin açıq-saçıq geyimləri
ilə diqqəti cəlb etməyə çalışanlar, «fatmanisələrə»
«pfu» deyib dodaq büzənlər üçün belə yanaşmalar köhnəliyin qalığı
hesab edilir. Eqoizm ruhunda böyüyən, ailədə də bu cür tərbiyə
alanların övladlarının
da özlərinə bənzəyəcəyi şübhəsizdir.
Özlərini cəmiyyətdən
kənarlaşdıran, başqalarından
üstün tutan belə «ərköyünlər»
adi iqtisadi problemlə rastlaşanda ilk seçimlərini yollarının ayrılması olur. Ayrılan yolda bələdçisiz qalan,
ilk zərər görən isə uşaqlar olur. Ailədə də mənəmlik iddiasında
olanların, qarşı
tərəfin istəyinə
hörmətlə yanaşmayanların
taleyi məhkəmə
salonlarında həll
olunur. Atanın, yaxud ananın
günahı üzündən
dağılan, qarşılıqlı
hörmətə əsaslanmayan,
«mənəmliyin» hökm
sürdüyü bu cür ailələrin sonrakı ağır, qaranlıq taleyini çətinliyini, həyatın
ən ağır zədəsini həddi-buluğa
çatmayan uşaqlar
hiss edir. Ata dayağını, ana mərhəmətini hiss etməyən, nəzarətsiz qalan uşaqlar böyüyəndə
həyatın burulğanında
özlərinə yer
tapmayaraq mafioz dəstələrlə rastlaşır,
narkomanların əlində
vasitəyə çevrilirlər.
Məişət cinayətləri,
qadına qarşı
zorakılıq adətən
sağlam ailə tərbiyəsi almayanlar tərəfindən törədilir.
Ailənin müqəddəsliyini
bilməyən təbii
ki, öz ailəsinə də insani keyfiyyətlər baxımından yanaşa bilməz. Atalarımızın
nəsihətlərində qeyd olunduğu kimi, təcrübəli bağbanın bağında
daha ətirli meyvələr yetişdirilir.
Cəmiyyətin tərkib
hissəsi olan ailələrimizin sağlam
təməl üzərində
formalaşması üçün
təkcə valideynlər
deyil, hər bir vətəndaş məsuliyyət daşımalıdır.
Xuraman İsmayılqızı
İki sahil.- 2021.- 31 avqust.- S.29.