Molla Pənah Vaqifin Şuşada ucaldılan məqbərəsi
azərbaycanlıların bu
diyarda əbədi yaşayacaqlarının rəmzidir
Azərbaycan
xalqının ümummilli lideri, görkəmli dövlət
xadimi Heydər Əliyevin təşəbbüsü ilə
keçən əsrin 80-ci illərində çoxmillətli
tərkibə malik Dağlıq Qarabağda, ölkəmizin qədim
mədəniyyət mərkəzi Şuşada Molla Pənah
Vaqifin abidəsi bir azərbaycançılıq abidəsi
kimi ucaldılmışdı. Molla Pənah Vaqifin ermənilər tərəfindən
dağıdılmış məqbərəsi Prezident
İlham Əliyevin göstərişi ilə
əsaslı şəkildə
yenidən qurularaq ucaldılarkən bura bir daha Azərbaycan
möhürü vuruldu.
Bu gün Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksi Qarabağda möhtəşəm bir Azərbaycan möhürüdür.
AZƏRTAC xəbər verir ki, bunu
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik İsa Həbibbəyli Vaqif Poeziya Günləri
çərçivəsində jurnalistlərə müsahibəsində
bildirib. Akademik deyib: “Molla Pənah Vaqifin poeziyası əbədi olduğu kimi, Şuşa şəhərində
ucaldılan bu muzey-məqbərə də
azərbaycanlıların bundan
sonra bu diyarda əbədi olaraq yaşayacaqlarının
rəmzidir. Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın,
Bülbülün ermənilər
tərəfindən güllələnmiş abidələrinin
Prezidentin böyük
səyləri ilə Şuşa şəhərində
yenidən ucaldılması
Azərbaycan xalqının
məğlubedilməzliyinin rəmzidir. Bütün bunlar hamısı XXI əsrin əfsanəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Qarabağın
işğaldan azad edilməsi və Molla Pənah Vaqifin abidəsinin ucaldılması əfsanələri
həyata keçirməyin
mümkünlüyünü isbat etdi”.
İki sahil.- 2021.-31 avqust.- S.24