Ərazi bütövlüyümüzün bərpasının

təqdimatı: Zəfər paradı

 

Ötən ilin bu günlərində Qələbəmizin dünyaya təqdimatında mühüm rol oynayan Zəfər paradına böyük qürurla, sevinc hissi ilə hazırlaşan xalqımız son bir ildə işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərin miqyasının genişliyi fonunda Böyük Qayıdışı gözləyir

 

Ötən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Dövlət başçısı İlham Əliyev Zəfər paradındakı nitqində bildirmişdir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaqancaq irəli gedəcəyik.”

 

Onu da xüsusi qeyd etmək lazımdır ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev nitqində bildirmişdir ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Dövlət başçısı bu əminliyi də ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində həmin gün gəldi. Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış Zəfər Günümüz, həmçinin bu qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerlixarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Zəfər paradı Azərbaycan-Türkiyə birliyinin bir daha təqdimatı oldu. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı, dövlət başçısı İlham Əliyevi bir an da olsa belə tək qoymayan, ilk gündən dünyaya «Azərbaycan tək deyil» mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da Azərbaycan Prezidentinin yanında oldu və çıxışında bu birliyin sarsılmazlığını nümayiş etdirən mesajlarını səsləndirdi. Bu baxımdan iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi qəbul olundu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raketartilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizin ən yaddaqalan səhifəsi kimi yazıldı. Hər bir mühüm hadisə keçilən yolu, onu şərtləndirən amilləri bir daha nəzərdən keçirməyi zərurət kimi ortaya qoyur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-cü ildə böyük inam və qətiyyətlə söylədiyi bu fikirləri xalqımız qürur hissi ilə xatırlayır: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Dövlət başçısı İlham Əliyevin son 18 ildə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir ki, onun hər bir vədini konkret əməli işi ilə təsdiqlədiyini görək. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini vermişdir. Son 18 ilin uğurları bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin «güclü dövlət» konsepsiyasının əsasını iqtisadi, siyasi və hərbi güc təşkil edirdi ki, məhz onların vəhdəti nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində qalib olduq. Cənab İlham Əliyev ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək neft-qaz gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsini, iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkandan səmərəli istifadə istiqamətində atılan addımlar 3 Dövlət Proqramının icrasının başa çatmasını, dördüncü Proqramın icrasının davam etdirildiyini xüsusi qeyd eməliyik. Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün islahatların zamana və məkana görə təkmilləşdirilməsi, kadr islahatları uğurla həyata keçirildi. Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer aldı.

Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artması digər sahələrdə davamlı addımların atılmasını şərtləndirdi. Hər bir ölkənin inkişafından bəhs edərkən iqtisadi tərəqqi ilə yanaşı, müdafiə gücü daim önə çəkilir. Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordu quruculuğu dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə daha geniş miqyası əhatə etdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.

İqtisadi müstəqillik siyasi uğurların əldə olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan yeni-yeni dostlar, tərəfdaşlar qazandı. Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlli üçün möhkəm hüquqi bazanın yaradılması da Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı. 30 ilə yaxın müddətdə sülh danışıqlarına önəm verən Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edirdi ki, hərb variantı da istisna edilmir. Bu əminlik Azərbaycan Ordusunun gücünə, qüdrətinə əsaslanırdı. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziriRusiya Federasiyasının Prezidentinin imzaladığı Bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin yeni Zəfər səhifəsini yazdı. Bu Qələbəmizin qazanılmasında görülən işləri tarixçilər hələ çox tədqiq edəcəklər. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd edirdi ki, tarixçilər istər müharibə dövrünün, istərsə də müharibədən sonrakı vaxtın reallıqlarını tədqiq edəcəklər.

Böyük qürur hiss ilə qeyd edirik ki, məhz ölkə Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində Qələbəmizi rəsmiləşdirən bu Bəyanatın imzalanması mümkün oldu. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə istiqamətdə yorulmadan mübarizə apardı. Orduya rəhbərliyi, siyasidiplomatik fəaliyyəti və informasiya cəbhəsində gördüyü işlər bugünkü Qələbəmizin reallaşması yolunda həlledici amillərdən oldu. Ali Baş Komandanın bu misilsiz xidmətləri öz bəhrəsini vermiş oldu. Ona görə də bu Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi uğurudur. 10 noyabr üçtərəfli razılaşmasından öncə noyabrın 8-də Qarabağın ürəyi Şuşamızın, noyabrın 9-da 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan haqq müharibəsində bütün xalqın bir yumruq kimi öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi Qələbəmizi təmin etdi. Bu haqq yolunda aparılan mübarizədə qazanılan Zəfər şəhidlərimizin ruhunu şad etdi, onların valideynlərinə və yaxınlarına təsəlli oldu, xalqımızın 30 illik nisgilinə, ağrılarına son qoydu. Önəmli hadisələr, bayram tədbirlərində hər zaman səsləndirilən arzu bu oldurdu: Bayramlarımızı işğaldan azad edilən torpaqlarımızda, Qarabağda qeyd edək, müqəddəs üçrəngli bayrağımız bu torpaqlarımızda dalğalansın. Artıq bu, reallıqdır. Son bir ilin hadisələrinə diqqət yetirsək görərik ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram günlərini, ən önəmli hadisələri işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir, 30 il sahibini gözləyən torpaqlarımızı sevindirir.

Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Döyüşlərdə oğlunu, qardaşını, atasını, həyat yoldaşını itirən Azərbaycan qadını Müzəffər Ali Baş Komandana “dayanmayın, arxanızdayıq!” şüarı ilə dəstək verdi. Başına düşmən silahları yağan mülki Azərbaycan vətəndaşı “biz yağı düşməndən qorxub, öz doğma yurdumuzu tərk etməyəcəyik, ölsək də Vətən uğrunda şəhid gedəcəyik. Amma biz qorxmuruq, ordumuza və rəhbərimizə inanaraq, yerimizdən bir addım da çəkilməyəcəyik” deyib, birlik, həmrəylik göstərdilər. Şəhid valideynləri “Şəhidlər ölməz, Vətən bölünməz!, Vətən sağ olsun!” dedilər”. Budur, Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi, birliyi, həmrəyliyi, dəmir yumruq kimi birləşməsi.

Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir. «Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik: «Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi

 

Yeganə Əliyeva

 

İk isahil.- 2021.-7 dekabr.- S.8.