Dünya siyasətinin
lideri
"Dünyada təhlükəsizlik
zonası yoxdur, hətta müasir hərbi avadanlıq belə
uzun məsafələrə təhlükəsizliyi təmin
etmir. Təhlükəsizlik siyasi yolla təmin
olunmalıdır".
İlham Əliyev
İnformasiya müharibəsində də müzəffər
Ali Baş Komandan olan Prezident İlham Əliyev dünya siyasətində
liderlik edir.
Azərbaycan
Respublikasının Prezidenti - Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev həmkarları
üçün əlçatmaz olan fitri istedadı,
uzaqgörən müdrik siyasəti, dərin zəkası, zəngin
intellektual səviyyəsi və yüksək mədəniyyəti
ilə dünyanın aparıcı telekanallarına,
xüsusilə də əvvəlcədən öyrədilib
göndərilmiş "erməni virusu"na yoluxdurulmuş
qərəzli jurnalistlərə böyük səbr və təmkinlə
verdiyi çoxşaxəli möhtəşəm müsahibələri
ilə dünya siyasətində liderlik edir, sanki yer kürəsini,
dinləyiciləri dünyanı idarə edən beynəlxalq
mərkəzlərin siyasi ideoloqları olan bir auditoriyaya
çevirir, onlara əxlaqın siyasəti, və siyasətin əxlaqından
dərs keçir, siyasi möhtəkirlərə, ədalətsiz
beynəlxalq birliklərə liderliyin kökündə əxlaqa
söykənən ədalətin olduğunu özünün
timsalında fakt olaraq göstərir və onları ədalətə
səsləyir!...
Zəngin,
siyasi bilik tələb edən sərrast
hazırcavablığı ilə dünyanın diqqətini
özünə cəlb edən cənab İlham Əliyev,
işğalçı Ermənistanın davamlı hərbi təcavüzünə
məruz qalan Azərbaycanın öz torpağında Vətəni
müdafiə etdiyini, BMT Təhlükəsizlik
Şurasının 30 ildir icra edə bilmədiyi məlum 4 qətnaməsinin
tələblərini yerinə yetirdiyini və bu haqq müharibədə
heç bir beynəlxalq hüququ və müharibə
qaydalarını pozmadığını, ermənilərdən
fərqli olaraq dinc əhaliyə təhlükə yaratmadan
1949-cu il Cenevrə Konvensiyasına riayət etdiyini beynəlxalq
aləmə sübut edərək, təkzibedilməz faktlarla
dünya ictimaiyyətinin gözü qarşısında mənfur
qüvvələri ifşa etdi.
Sosializm
sisteminin süqutuna səbəb olan kapitalizmin baş ideoloqu,
yeni dünya nizamının əsasnaməsi sayılan məşhur
"Texnotron era" adlı kitabın müəllifi, siyasətçi
və dövlət xadimi Zbiqnev Bjezinski ulu öndər Heydər
Əliyev haqqında demişdir: "Heydər Əliyevin
ölümü ilə dünya siyasətində bir boşluq
yarandı!" Ancaq dünyada gedən ictimai-siyasi proseslərdəki
fəaliyyəti onu göstərir ki, cənab İlham
Əliyevin simasında o boşluq artıq dolmuşdur...
Belə
ki, dünyada gedən ictimai-siyasi prosesləri bizim əleyhimizə
yönəldən və Azərbaycan haqqındakı həqiqətləri
özümüzdən də yaxşı bilən,
Dağlıq Qarabağ ətrafında cərəyan edən
bütün hadisələri, əvvəldən axıra qədər
bizdən də artıq izləyən və həqiqətləri
beynəlxalq ictimaiyyətdən gizlədərək
açıqdan-açığa onları müdafiə edən
ermənipərəst dünya birliklərinin qərəzli
hücumlarına sinə gərmək, onların Dağlıq
Qarabağ həqiqətləri ətrafında yaratdıqları
30 illik informasiya blokadasını darmadağın etmək,
riyakar Paşinyanın dövləti və hərbi cinayət
törədərək soyqırım siyasəti aparan
faşist olduğunu, əsrlərdir ki, ermənilərin
özləri haqqında dünyada yaratdıqları mifi belə
darmadağın etmək və heç vaxt olmadığı
kimi beynəlxalq aləmdə dünyanın gözündən
salmaq və bütün bunların fövqündə öz
millətinin adını və şərəfini ucaltmaq, məhz
milli vətənpərvərlik, iti zəka, fitri istedad, zəngin
siyasi bilik və igidlik tələb edir.
Təsadüfi
deyildir ki, o vaxt Sultan (qızıl) Əbdülhəmidi
yıxmadan Osmanlı İmperiyasını devirə bilməyən
qüvvələrin törəmələri ulu öndər
Heydər Əliyevi vəzifəsindən
uzaqlaşdırılmasına nail olduqdan sonra Dağlıq
Qarabağı işğal edən qüvvələr, bu
gün torpaqlarımızı işğaldan azad edə biləcək
yeganə qüvvə cənab İlham Əliyev olduğunu
çox gözəl bildiklərindən bütün güc və
səylərini onun hakimiyyətini devirməyə cəhd
edirdilər.
Mən
bütün məsuliyyətimlə deyərdim ki, ataya
ağıl öyrədən və onu yaşca böyük qəbul
edib, lakin ağılca böyüklüyünü qəbul
etməyən gənc gələcəkdə xoşbəxt ola bilməz. Bizim zaman-zaman
uduzmağımızın səbəbi milli birliyimizin
olmamasındadırsa, onun da səbəbi öz liderimizi
vaxtında görüb dəyərləndirə bilməməyimiz
olub. İştirakçısı
olduğumuz məlum hadisələrdən, bəlalardan,
oddan-alovlardan bizi xilas edən böyük şəxsiyyətlərimizi
etiraf edək ki, vaxtında və lazımi qədər dəyərləndirə
bilməmişik. Bir az keçmişə
ekskursiya edib başımıza gələn hadisələri təhlil
edəndə öz-özlüyümüzdə bunların təsdiqini
tapmış oluruq. Belə ki, 30 ildir yalan vədləri
və mənasız bəyanatları ilə vaxtı uzadan
ATƏT-in Minsk qrupunun məqsədi məhz cənab İlham
Əliyevin Prezidentlik səlahiyyətlərinin qurtarmasına
hesablanmışdı. Lakin gördülər ki, Azərbaycan
xalqı müdriklik edib onun prezidentlik səlahiyyətlərini
artırdı və onda başa düşdülər ki, yox,
onların məkrli planları işləməyəcək və
bu vaxtı gözləməyərək çoxdan xərçəng
kimi içimizə yaydıqları "beşinci kalon"u və
onun simptomlarını işə saldılar və cənab
İlham Əliyevin hakimiyyətini devirməyi ön plana
çəkdilər. Çünki bilirdilər
ki, cənab İlham Əliyev nəinki Qarabağı, hətta
keçmiş əsrlərdə ermənilərə
verilmiş torpaqlarımızı da geri alacaqdır.
Lakin, 44 günlük vətən müharibəsi öz
işini gördü... Prezidentlə öz
xalqı arasında uçurum yaradan qüvvələr aradan
qaldırıldı, xalq öz liderinə qovuşdu, onu
olduğu kimi görə bildi və onu yenidən kəşf
etdi.
Qədirbilən müdrik Azərbaycan xalqı öz
liderini yaxından tanıdı, ona güvəndi və sevdi. Bütün
Azərbaycan xalqı bir yumruq kimi onun ətrafında birləşdi.
Azərbaycan tarixində misli-bərabəri görünməyən,
müharibədə qələbəmizə zəmanət verən
və heç vaxt sarsılmayacaq bugünkü möhtəşəm
ümumxalq birliyi yarandı! Bu, məni qələbəmiz qədər
sevindirir ona görə ki, bütün xalqımız öz
lideri ilə arasında yaradılmış gözəgörünməz
"Çin səddini" yarıb keçə bildi, onda
olan böyük vətənpərvərliyi, bir ali baş
komandan kimi məğlubedilməz fitri istedada malik olduğu bu
yüksək dəyərləri görə bildi və
möhtəşəm ümumxalq birliyi sarsılmaz oldu.
Məhz,
Ümummilli lider Heydər Əliyev siyasi kursunu həyata
keçirən ölkə prezidenti cənab İlham
Əliyev, milli vətənpərvərlik ruhunda yetişdirdiyi
gənclərdən ibarət yaratdığı müzəffər
ordunun Ali Baş Komandanı kimi, "Dəmir yumruq"u
işə salaraq, 44 günlük Vətən müharibəsindəki
qazandığı möhtəşəm tarixi zəfərin
ilhamverici qüvvəsi, vətənpərvərliyimizin,
milli-mənəvi dəyərlərimizin bariz ifadəsi kimi
ümumxalq birliyimiz oldu!.. Təəssüflər olsun ki,
dünyanın mütərəqqi dövlətlərinin fəxrlə
dilə gətirdiyi "Dəmir yumruq"un
qazandığı beynəlxalq nüfuzunu düşmənlərlə
bərabər içimizdə də həzm edə bilməyənlər
varsa, bu, milli ideologiyanın
çatışmazlığına dəlalət edir. Bu
gün inkişaf etmiş rabitə və texnologiyalar sayəsində
kütləvi informasiya vasitələrinin internet vasitəsi ilə
dünyada daxil olmadığı bir ev belə
qalmamışdır. Yer kürəsi sanki bir
aula dönüb. Hər şeyin gün kimi aydın
olduğu belə bir şəraitdə cəmiyyətdən
heç nəyi gizlətmək mümkün
olmadığı halda, açıq-aşkar Ermənistanın
hərbi təcavüzünü dəstəkləyən və
özünü müdafiəyə qalxaraq, öz torpaqları
uğrunda Vətən müharibəsi aparan Azərbaycana
qarşı birləşən dünya güclərinin
qarşısında Ali Baş Komandan cənab İlham
Əliyevin necə məğrur dayandığını,
hansı güclərə və necə qalib gəldiyini
görməmək və ya görməzdən gəlmək Vətənə
xəyanətdən başqa bir şey deyildir. Cənab
İlham Əliyev 44 günlük Vətən müharibəsi
ilə başlana biləcək üçüncü dünya
müharibəsini Qafqaz orbitindən çıxardı. Bu, Qafqazın və mən deyərdim ki, bəşərin
xilaskarı kimi yazılmayan bir qəhrəmanlıqdır.
Zahirən ermənilərlə, daxilən bütün
dünyaya qarşı özünü müdafiə
müharibəsi aparan müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev dövrümüzün qəhrəmanlıq
salnaməsi olan 44 günlük Vətən müharibəsindəki
möhtəşəm qələbəsi ilə Azərbaycan
ordusunun yenilməzliyini və xalqımızın adını
tarixə qızıl hərflərlə yazdı, ata vəsiyyətini
yerinə yetirdi. Xaqımızın 200 illik
yarasına məlhəm qoydu. 28 il ərzində
BMT TŞ-nin daimi üzvü olan üç böyük
nüvə dövlətinin, dünyanın aparıcı
ölkələrinin belə qandıra bilmədiyi
işğalçı erməniləri, siyasət aləminin ədalət
rinqində "Dəmir yumruq" qandırdı. Azərbaycanı
və Azərbaycan xalqını sevən hər bir vətənpərvər
insan tək Vətən müharibəsindəki qələbəsinə
görə yox, həm də adımızı və
sanımızı da özününküləşdirən
ermənilərin özləri haqqında yaratdıqları
minillik mifi dağıtdığına, maskalarını
cıraraq iç üzlərini açdığına və
oğurlanmış adımızı, nüfuzumuzu
özümüzə qaytardığına və
başımızı ucaltdığına görə cənab
İlham Əliyevə borcludur. Onun Vətən, xalq
qarşısında titanik fəaliyyəti danılmazdır.
Dövrümüzün
qəhrəmanlıq salnaməsi kimi tarixə düşən
44 günlük Vətən müharibəsindən sonra da
davam edən informasiya müharibəsinə də Ali Baş
Komandanlıq edən cənab İlham Əliyev, verdiyi
müsahibələr və beynəlxalq görüşlərində
qazandığı davamlı siyasi uğurları ilə
özü öz yubileyinə hədiyyələr etmiş,
xalqına isə onu yalnız alqışlamaq, təbrik etmək
imkanı yaratmışdır.
Əziz və
çox hörmətli Prezident cənab İlham Əliyev! Sizi
60 illik yubileyiniz münasibəti ilə bütün Heydərsevərlər
ordusu adından səmimi-qəlbdən təbrik edir, Sizə ən
böyük nemət olan cansağlığı və ali fəaliyyətinizdə vətən və
xalq naminə yeni-yeni uğurlar diləyirəm. Allah sizi və
ailənizi qorusun!
Əziz
xalqım, bu gün 44 günlük Vətən müharibəsində
qalibiyyətimizin səbəbkarı kimi düşmən
qüvvələrin hədəfində məhz cənab
İlham Əliyevdir! Onu göz bəbəyi kimi
qorumalıyıq.
O Allahdan
bir nemətdir!
Onu
düşməndən qoruyaq!
Özü
bütöv bir millətdir-
Milləti
şərdən qoruyaq!
Yubileyiniz mübarək, cənab Prezident.
Həsən Şirinov
General-mayor, Qızıl qələm
mükafatı laureatı
İki sahil.-
2021.- 24 dekabr.- S.16.