Əsrə bərabərUzaq yaxın Lütfi Zadəömrü

 

 

Lütfi Zadənin iştirak etdiyi konfranslar məhz bu sənədli film ilə başlayırdı. Hər kəs kimi mən onu qeyri-səlis məntiq nəzəriyyəsinin atası, Kaliforniyanın Berkli Universitetinin ömürlük professoru, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatın - “Honda”nın sahibi kimi tanıyırdım. Ta ki, “Uzaq yaxın Lütfi Zadə”yə qədər..

 

Təsəvvür edin ki, bu dahi şəxsiyyət məqalələri üzərində işləyəndə kompüterdən istifadə etmirdi. Məqalənin hansısa bir hissəsini əvvələ gətirmək lazımdırsa, həmin hissəni qayçı ilə kəsir, lazım olmayan abzasın üzərinə yapışdırırdı. Bu zaman vizual situasiyanın təsiri ilə qəhrəmanla bağlı maraqlı ziddiyyət ekrana gətirilirdi. Görüntü sırası qəhrəmanın işləmə metodu ilə bağlı sözün belə aciz qaldığı səmimiliyi göstərirdi.

 

Bir sözlə, film ABŞ-ın sabiq prezidentləri Nikson Trumen, həmçinin Mstislav Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin portretini çəkən professor Zadəninuzaq yaxınportretini bizə göstərirdi. o zaman anladım ki, sən demə, biz alimi heç tanımırmışıq.

 

Əsrə bərabər ömründə, alimin 100 yaşında filmin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi, professor Oqtay Babazadə ilə söhbətləşdim. Söz sözü açdı məlum oldu ki..

 

FİLMİN ÇƏKİLİŞİ 5 İL GECİKİB

 

Oqtay Babazadə: 1991-ci ilin noyabrında ermənilər tərəfindən vurulan vertolyotda həlak olanlar arasında görkəmli alimimiz, akademik Tofiq İsmayılov da vardı. Bu hadisə baş verən kimi qərara gəldik ki, onun haqqında film çəkək. Qarışıq siyasi vəziyyət bir cür əl-qolumuzu bağlamışdı, digər tərəfdən isə maliyyə dəstəyimiz yox idi. Dostumpublisist, nasir Möhbəddin Səmədlə kafedə oturub çay içə-içə vəziyyətdən şikayətlənirdik. Birdən onun ağlına maraqlı fikir gəldi: Bəlkə, Lütfi Zadə haqqında film çəkək?”. Öz-özümə düşündüm ki, burdan-bura Bakıda akademik Tofiq İsmayılov haqqında film çəkməyə pul tapmırıq, o ki qaldı okeanın o tayında yaşayan alimimizlə görüşmək. Çox ümidsiz idik. Hardasa, 3 il sonra elə gətirdi ki, film ilə bağlı professor Zadənin dostu, alim Rafiq Əliyevlə görüşdük. Onun dəstəyi ilə 1994-cü ildə üz tutduq Tehrana, beynəlxalq konfransa. Çəkiliş planımıza görə konfransda iştirak edən digər alimlərdən Lütfi Zadə haqqında fikirlərini soruşmalı idik, daha sonra alimdən müsahibə alıb Bakıya qayıtmalıydıq.

 

Plana uyğun olaraq müsahibələr götürüldü. Lakin alim konfransa gəlib çıxmadı. Sonradan Amerikada, San-Fransiskoda Lütfi Zadə ilə görüşdə rejissor O.Babazadə alimdən üçün konfransa gəlmədiyini soruşur. Professor Lütfi Zadə cavab verir ki, həmin illərdə Amerika onun qarşısında iki seçim qoymuşdu: Ya İrana gedib, başqa heç bir ölkəyə səfər edə bilməmək. Ya da bu konfransdan imtina etmək. Tehrandakı çəkilişin üstündən düz 2 il keçir nəhayət, 1996-cı ildə Rafiq Əliyevin dəstəyi ilə yaradıcı heyət yollanır okeanın o tayına. Doğma Vətəninə soydaşlarına onu daha yaxın etmək üçün uzaqlarda yaşayan Lütfi Zadənin yanına.

 

Oqtay Babazadə: Amerikaya yeni çatmışdıq, yerli vaxtla gecə saat 3-də qeydiyyat şöbəsindən məni foyeyə çağırdılar dedilər ki, zəng var. Çox təəccübləndim ki, Amerikada tanışım yoxdur. Mənə bu vaxt kim zəng vura bilər ki. Dəstəyi qaldıranda isə tanış olmayan doğma səsi eşitdim. Danışan Lütfi Zadə idi. Bizi qarşılaya bilmədiyi üçün üzrxahlıq etdi. O da eyni vaxtda İtaliyadan, konfransdan qayıdıbmış. Dünya şöhrətli alimin sadəliyi, təvazökarlığı, diqqəti məni təəccübləndirmişdi. Səhər isə özü bizi böyük hörmət ehtiramla qarşıladı.

 

Onun sadəliyi həyat tərzinə, yaşam fəlsəfəsinə yansımışdı. Berkli Universitetindəki kiçik kabinetinə gedən yol kitabların arasından keçirdi. Kiçik mənzili, sevimli hobbisifotoreportyorluq üçün ayrılmış xudmani köşəsi, qədər uzaq olsa da, kababı, dolmanı sevdiyini deməsi ürəyinin bir küncündə yaşayan Azərbaycan həsrəti...

 

Oqtay Babazadə: Bakıda alimin xalası qızı, Xalq artisti, rejissor Cənnət Səlimovadan müsahibə almışdıq. Ssenariyə əsasən, mənzilində çəkiliş edən zaman professor bu filmi izləməli idi. Amma elə oldu ki, kaset evdə göstərmədi.  Müsahibəni güclə yeni formata köçürə bildik. Amerikada sonuncu günümüzdə professordan bu müsahibəni izləməsini xahiş etdim. Lakin o, çox mədəni şəkildə imtina etdi. Mən təkid etdim. Soruşdu ki, qədər vaxtımızı alar? Dedim ki, 15 dəqiqə. Video bitdi. Kamera iri planda onu çəkirdi. Film boyu ilk dəfə alimin gözləri dolmuşdu. Kuliminasiya nöqtəsində idik. Həmin anda anladım ki, Azərbaycan hələ onun ürəyindədir Lütfi Zadə Vətənini heç unutmayıb da.

 

O.Babazadə böyük alimlə dəfələrlə görüşən bir insan kimi L.Zadənin heç vaxt azərbaycanlı olduğunu gizlətmədiyini, əksinə, bununla qürur duyduğunu deyir: “Onun evində Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin kasetləri vardı”.

 

Bu müsahibə Lütfi Zadəyə Bakının qoxusunu, uşaqlığın rəngini, uzaqda qalan Vətənini gətirmişdi. Onu uzaqlara, okeanın o tayında qoyub gəldiyi Lütfiyə yaxın etmişdi. Bəlkə bu yaxınlığın təsiri ilə o, həyat yoldaşı Faina xanıma verdiyi sözü tuta bilmədi. Ömrünün son günlərində kremasiyadan imtina etdi vəsiyyətinə əsasən, Azərbaycanda, birinci Fəxri xiyabanda dəfn olundu.

 

O hesab edirdi ki, həyatda sərhəd yoxdur, hər şey nisbidir, həyat sonsuzluqdur, heç bir vahid ədəd, dəqiq yalan, dəqiq düzgünlük mövcud deyil. Elə Lütfi Zadə belə idionda həm yaxınlıq vardı, həm uzaqlıq.

 

Nərmin Nəbiyeva

 

Bakı Dövlət Universitetinin,

Televiziya radio jurnalistikası  kafedrasının doktorantı

 

İki sahil.- 2021.- 2 fevral.- S.14.