ADA Universitetində Lütfi Zadənin 100 illik yubileyi münasibətilə onlayn elmi mühazirə keçirilib

 

ADA Universitetində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətiləElm Texnologiyada yeni trendlərmövzusunda onlayn mühazirə keçirilib.

 

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, rektor Hafiz Paşayev mühazirədə iştirak edən yüz nəfərdən çox tələbə elmi-ictimaiyyət nümayəndələrini salamlayıb. Rektor H.Paşayev Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı xatırladıb. Gəncləri Lütfi Zadə irsini dərindən öyrənməyə səsləyən Rektor H.Paşayev, ADA Universitetində görkəmli elm xadiminin adına təqaüd təsis edildiyini indiyədək 57 tələbənin bu təqaüddən yararlandığını bildirib.

 

Professor Rafiq Əliyev elmi sələfi Lütfi Zadə ilə birlikdə yazdığı alimin ikinci kitabı olanQeyri-səlis məntiqnəzəriyyə tətbiqetmələrəsərindən bəhs edib. Professor R.Əliyev bildirib ki, Lütfi Zadənin dünya elmi ictimaiyyətinə təqdim etdiyi alimin soyadını daşıyan “Z-çevirmənəzəriyyəsi müasir rəqəmsal idarəetmə, informasiya kommunikasiya sistemlərinin əsasını təşkil edir.

 

Mühazirənin əsas çıxışçılarından Merilend Universitetinin (ABŞ) professoru, akademik Roald Saqdeyev qeyd edib ki, Lütfi Zadənin irəli sürdüyü inqilabi nəzəriyyə riyaziyyat kibernetika sahəsində yeni mərhələnin əsasını qoydu. Qeyri-səlis məntiq nəzəriyyəsi mücərrədlik reallıq arasında əlaqə yaratdı, informasiyanın mənasını təsvir etməyi təmin etdi.

 

İki sahil.- 2021.- 6 fevral.- S.5.