Alim ömrü: akademik Arif Paşayev Azərbaycan elminin təhsilinin inkişafına böyük töhfələr verib

 

 

Bu günlərdə 87 yaşı tamam olan Əməkdar elm xadimi, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev hərtərəfli fəaliyyəti ilə Azərbaycan elminə təhsilinə böyük töhfələr verir.

 

AZƏRTAC Azərbaycan elmi elitasının parlaq nümayəndələrindən biri olan akademik Arif Paşayevin həyat fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

 

Arif Mir Cəlal oğlu Paşayev elmi fəaliyyətinə 62 il əvvəl, 1959-cu ildə AMEA-nın Fizika İnstitutunda başlayıb. Yüksək ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul cihazların işlənməsimövzusunda namizədlik (1966), "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri tətbiqi perspektivləri” (1978) mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

 

Bir sıra nüfuzlu beynəlxalq akademiyaların üzvü olan Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası texnikasıdır. O, yüksək ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını müəyyənləşdirib. İlk dəfə olaraq yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləyib bu üsulları reallaşdıran elmi cihazlar yaradıb.

 

Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın monoqrafiyanın, 30-dan çox ixtiranın müəllifidir. “VEKTOR” — Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı iləAzərbaycanın tanınmış alimləribeynəlxalq layihəsinin qalibi olub “XXI əsrin tanınmış alimibeynəlxalq diplomu ilə təltif edilib. “Şöhrət”, “Şərəf”, “İstiqlalordenlərinə layiq görülüb.

 

Arif Paşayev 25 ildir ki, Milli Aviasiya Akademiyasına uğurla rəhbərlik edir. Mülki aviasiya üzrə milli kadrların yetişməsində Akademiya misilsiz rol oynayır. Akademik Arif Paşayevin təşəbbüsü ilə bu ali təhsil ocağında tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Akademiya şəhərciyində yeni tədris korpusu, müasir idman kompleksi, tələbə yataqxanası digər binalar tikilərək istifadəyə verilib.

 

Akademiyanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri hazırkı dövr üçün xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır.

 

Akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərcik salınıb. Davamlı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarət, sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərin tədris prosesinə cəlb olunması Arif Paşayevin əsas prinsipləri uğurun açarıdır.

 

Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı iləMülki Aviasiya ali təhsil müəssisəsisertifikatına layiq görülüb Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.

 

Görkəmli akademik geniş elmi-praktiki, elmi-təşkilati, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqətdə saxlayan qayğıkeş rəhbər, səmimi insandır.

 

İki sahil.- 2021.- 17 fevral.- S.6.