Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb

 

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyiAna fəryadıabidəsini ziyarət ediblər.

Daha sonra Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə  çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA Qafqazşünaslıq İnstitutunun direktor müavini, Tarix üzrə fəlsəfə elmləri doktoru Ramilə Dadaşova, Bakı Ali Neft Məktəbinin İngilis dili humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OrdusuDəmir yumruqəks-hücum əməliyyatı keçirərək təxminən 30 il davam edən düşmən işğalından 44 gündə ərazilərimizi azad etdi. Rektor qeyd edib ki, bununla da, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alınıb.Tədbirdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş, Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımının antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı amansızlığı ilə seçildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması  Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalıya Ədalətkampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti daim məlumatlandırılır müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. Tədbir iştirakçıları Ermənistan Respublikasının Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən Müharibəsi dövründə insanlıq əleyhinə cinayətlərini davam etdirdiyini vurğulayıblar.

Ermənistanın məqsədyönlü şəkildə hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən şəhərləri, mülki şəxsləri, infrastrukturu ballistik raketlər kaset bombaları ilə hədəfə alması nəticəsində 100 mülki şəxsin qətlə yetirildiyi qeyd edilib.

Daha sonra Xocalı soyqırımını Vətən müharibəsində düşmənin məğlubiyyətini əks etdirən video çarx nümayiş olunub.Xatırladaq ki, bütövlükdə, Xocalı faciəsi nəticəsində 106 qadın, 63 uşaq 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini 130 uşaq isə bir valideynini itirib.

 

İki sahil.- 2021.- 27 fevral.- S.21