Yüz il sonra sorsan bəs o hardadır?”..

 

 

 

Dahi Azərbaycan şairi mütəfəkkiri, dünya poeziyasının sönməz günəşi, “mənəvi müasirimizNizami Gəncəvinin adı tarixə qüdrətli söz sərrafı, hikmət çeşməsi, humanizm ideyalarının carcısı, məşhur şərqşünas Y.Bertelsin sözləri ilə desək, “Poeziya dünyasının Allahıkimi yazılıb.

 

Qüdrətli söz ustadı Nizami Gəncəvi yalnız Azərabycanda deyil, dünya poeziyasında özünəməxsus yeri olan şair mütəfəkkirdir. Ədəbiyyat tarixində lirik şeirlər, fəlsəfi poemalar müəllifi kimi tanınan Nizami Gəncəvinin bütün əsərlərində məhəbbətin, gözəlliyin tərənnümü, insan ləyaqətinə, əməyə, sənətə hörmət ehtiram, zülmə, haqsızlığa, istibdada, ədalətsiz hökmdarlara dərin nifrət insanlara qayğı, etibar əsas yer tutur. Azərbaycanın qədim diyarı Gəncədə dünyaya göz açan şair onun hüdudlarından kənara çıxmasa da, dünyəvi elmlərə vaqif olan bir sənətkardır. Öz işıqlı təfəkkürü, bəşəri ideyaları, insanpərvərliyi, humanizmi ilə bütün bəşəriyyətin bədii fikir salnaməsində layiqli yeri olan Nizami Gəncəvi dünya durduqca yaşayacaq, yüz-yüz illər bundan sonra da şairin misilsiz söz inciləri dünyanı dolaşacaqdır.

 

Bu il dahi şairin 880 yaşı tamam olur. Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il böyük mütəffəkirin şərəfinəNizami Gəncəvi ilielan edilib. Bu Sərəncam bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan böyük şairə ehtiram, onun qiymətli irsinin daha geniş təbliği tədqiqi baxımından uğurlu bir addım olmaqla, həm milli ədəbiyyatımıza mədəniyyətimizə, onun görkəmli simalarına diqqət qayğının parlaq təzahürüdür.

 

Dünya poeziyasının nəhəng simalarından olan Nizami Gəncəvinin həmişəyaşar ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, tərbiyə bilik mənbəyi, əvəzsiz hikmət xəzinəsidir. Yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin ölməz bəşəri irsi mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Çünki böyük sənətkarın yaradıcılığı bəşər mədəniyyətinin, Azərbaycanın zəngin mədəni irsinin, tariximizin qaranlıq səhifələrini işıqlandıran əbədi məşəldir. Bu baxımdan dövlətimizin başçısının Sərəncamı ilə yaşadığımız ilinNizami Gəncəvi ilielan edilməsi dahi şairin irsinin daha dərindən tədqiqi təbliğinin parlaq ifadəsidir.

 

880 ildir ki, Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında « Xəmsə» («Beşlik») adlanan poemalar silsiləsinin əsasını qoyan dahi şairin adı, sözü, sənəti Azərbaycan xalqı ilə birlikdədir. Gəncədə doğulan, Gəncədə yazıb yaradan Gəncədə vəfat edən ölməz sənətkarın sənətinin, istedadının miqyası o qədər böyükdür ki, o, bütün bəşəriyyətin övladı kimi tarixə düşüb. Şeyx Nizami qədər milli şairdirsə, o qədər bəşəri şairdir.

 

Böyük fərəh hissi ilə demək lazımdır ki, Prezident İlham Əliyevin böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı 2021-ci ili « Nizami Gəncəvi ili » elan etməsi dövlətimizin başçısının xalqımızın mədəni irsinə göstərdiyi diqqət qayğının bariz nümunəsidir.

 

Tarix qocaldıqca gəncləşən, ölməz ideyaları idealları ilə bugünümüzə daha da yaxınlaşan, ölməz sənətkarımız dərin təfəkkürünün, misilsiz istedadının fitrəti ilə adını dünya ədəbiyyatının nəhəng simalarının sırasına əbədi həkk etdirib. Şeir, sənət dünyasında günəş kimi parlayan, bütün zamanların-dünənin, bu günün gələcəyin qüdrətli şairi olan Nizami Gəncəvi daim tarixdə yaşayacaq, var olacaq, böyük idealları ideyaları ilə dünyaya işıq saçacaq :

 

Dedim : Məni görmək istəsə hər kim,

 

                            Beytimdə görünər ona surətim.

 

                            Şeiri oxunanda bu Nizaminin,

 

                               Özü hər sözdə görünər yəqin.

 

Yüz il sonra sorsan bəs o hardadır?

 

Hər beyti səslənər: Burda, burdadır!

 

Zahid Rza

İki sahil.- 2021.- 26 fevral.-S.20