crübəli geoloq, yorulmaz tədqiqatçı-alim

 

Elmira Vəliyeva - 85

 

Təcrübəli neftçi, Prezident təqaüdçüsü Elmira xanım 85 ilin zirvəsindən geri baxanda illərin izlərindən böyük məmnunluq hissi keçirir

 

Neftçilər – geoloqdan mühəndisə qədər bir çox ixtisasları özündə birləşdirən sənayenin ən mürəkkəb sahəsindəki mütəxəssislərdir onlar...     Neftçi -  geoloji-kəşfiyyat, neft hasilatı və emalı sahəsində bütün mütəxəssislərin ümumiləşdirilmiş adıdır. Onların hər biri yeni neft yataqları aşkarlamaqquyu qazma texnikalarını inkişaf etdirmək üçün qabaqcıl texnologiyanı istifadə edən yenilikçilərdir.

XX əsrdə, elə müasir cəmiyyətimizdə də neftçi peşəsi “kişi peşələri” kateqoriyasına aid edilir. Əlbəttə, fiziki olaraq neftçi kimi çalışmağı zərif cinsə yaraşdırmamaq, onu qadın üçün kobud peşə hesab etmək xanımların bəhs etdiyimiz ixtisasa yiyələnməsinin qadağan olunduğu anlamına gəlmir...

Bu gün 50 ildən artıq neft sənayesinə saysız yeniliklər bəxş edən, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyası GeologiyaGeofizika İnstitutunun şöbə müdiri işləmiş, çoxsaylı elmi məqalələri, monoqrafiyaları ilə neft sənayesinə misilsiz töhfələr verən  geologiya-mineralogiya elmləri doktoru, 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elmira Bağır qızı Vəliyevanın 85 yaşı tamam olur.

Azərbaycan neftçilərinin, eləcə də elmi ictimaiyyətin yaxşı tanıdığı Elmira Vəliyeva 1936-cı ildə Bakıda neftçi ailəsində dünyaya göz açmışdır. 1954-cü ildə orta məktəbi bitirən Elmira xanım həyatını neft sənayesinə bağlamağı qərara almışdır. O, qəbul imtahanlarını verib M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan NeftKimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti) geoloji kəşfiyyat fakültəsinə daxil olmuşdur. E.Vəliyeva təhsil aldığı tədris ocağının əlaçı tələbəsi olmaqla yanaşı, həm də idmanla məşğul olaraq, əldə etdiyi nailiyyətlərlə yadda qalmışdır. Belə ki, o, idman gimnastikası üzrə respublika birinciliyində qalib gəlmiş, “Neftçiidman klubunun yeniyetmələrdən ibarət voleybol komandasının kapitanı kimi böyük şöhrət qazanmışdı. Tələbə idmançıların Ümumittifaq birinciliyində də Azərbaycan NeftKimya İnstitutu komandasına qələbəni məhz Elmira xanımın dəqiq zərbələri qazandırmışdı.

İnstitutu 1959-cu ildə bitirib, dağ mühəndisi-geoloq ixtisasına yiyələnmiş Elmira xanım əmək fəaliyyətinə “Orconikidzeneft” Neft-Mədən İdarəsində ( indiki “Suraxanı Oyl” Əməliyyat Şirkəti) operator kimi başlamışdır. Daha sonra elmi-tədqiqat istehsalat işləri sexində neft-mədən laboratoriyasının texniki təyin edilmişdir. 1962-ci ildə “Qum adası” neft-mədən idarəsi yaradılanda orada əvvəlcə mühəndis, daha sonra elmi-tədqiqat istehsalat işləri sexinin geologiya və işlənmə laboratoriyasının böyük geoloqu vəzifələrində çalışmışdır. O, “Qum-dəniz” neft-qaz yatağının işlənmə layihəsinin tərtib olunmasında və neft-qazlılığının qiymətləndirilməsində fəal iştirak etmişdir.

1967-ci ildə E.Vəliyeva “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin neft-qaz yataqlarının işlənmə texnologiyası şöbəsinin geoloqu vəzifəsinə təyin edilmiş, 1973-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının Dərin NeftQaz Yataqlarının Problemləri İnstitutuna göndərilmişdir. Burada o, 1982-ci ilədək çalışmış, institutun neftqaz ehtiyatının hesablanması laboratoriyasının böyük elmi işçisi kimi Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Lökbatan-Puta-Quşxana, Bibiheybət yataqlarının və bir sıra digər yataqların neft-qaz ehtiyatlarının hesablanmasının və bir sıra elmi-tematik işlərin məsul icraçısı olmuşdur. Təcrübəli və dərin biliklərə malik olan mütəxəssis kimi o, neft-mədən geologiyası və yataqların işlənməsi sahəsində kompleks məsələlərin həllində, neft-qaz yataqlarının ehtiyatlarının hesablanması və yenidən qiymətləndirilməsi üçün hesablama parametrlərinin əsaslandırılması prinsiplərinin inkişaf etdirilməsi və metodikasının hazırlanmasında bilavasitə iştirak etmişdir.

E.Vəliyeva 1974-cü ildə “Bakı arxipelaqı neft-qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatları” mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ildə isə onaböyük elmi işçi” dərəcəsi verilmişdir.

1982-1985-ci illərdə E.Vəliyeva Sovet ittifaqı ilə Vyetnam Sosialist Respublikası arasında neft sahəsində əməkdaşlıq çərçivəsində yaradılmış “Vyetsov-petro” birgə müəssisəsində tematik partiyanın böyük geoloqu vəzifəsində çalışmışdır. O, Cənubi-Çin dənizindəki “ pələng” neft-qaz yatağı ehtiyatının hesablanması və Cənubi-Çin dənizinin Vyetnam hissəsinin neft-qazlılığının perspektivliyi üzrə hesabatın hazırlanmasına müvəffəqiyyətlə rəhbərlik etmiş, eyni zamanda, vyetnamlı mütəxəssislərə neft-mədən geologiyasına və ehtiyatların hesablanması metodikasına dair mühazirələr oxumuş, onlara açıq dərslər keçmişdir.

Xatırladaq ki, Elmira xanım Vyetnamda çalışdığı illəri, xüsusilə də 1983-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ümummilli lider Heydər Əliyevin həmin ölkəyə səfərini, “ pələng” yatağında Azərbaycan və Vyetnam neftçiləri ilə Ulu Öndərin görüşünü indi də həyəcanla xatırlayır. Elə həmin görüşdə Azərbaycan neftçiləri adından Elmira Vəliyevanın ulu öndər Heydər Əliyevə gül dəstəsi təqdim etməsi o hadisədə iştirak edənlərin xatirində əbədi iz salıb.

1993-cü ildə E.Vəliyeva “Neft-qaz yataqlarının təbii ehtiyatlarının kompleks qiymətləndirilməsinin geoloji əsasları” mövzusunda dissertasiya müdafiə etmişona geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Bu hadisədən təxminən iki il əvvəl isə o, Dənizdə Neft və Qazçıxarma İB-nin Neftqaz yataqlarının işlənməsi şöbəsinin aparıcı mühəndisi təyin olunmuşdu. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisində baş mütəxəssis, neftqaz yataqlarının işlənməsi və ehtiyatların uçotu şöbəsi rəisinin müavini, 1995-ci ildən isə şöbə rəisi vəzifələrində çalışmışdır.

2003-cü ildə Elmira xanım SOCAR-ın Baş ofisində neftqaz yataqlarının işlənməsi şöbəsinin rəisi təyin olunmuşdur. 2009-cu ilədək həmin şöbəyə rəhbərlik etmiş E.Vəliyeva neftqaz yataqlarının işlənməsi sahəsində dərin biliklinüfuzlu mütəxəssis kimi SOCAR-ın xarici tərəfdaşlarının - Qərb ölkələrinin məşhur neft şirkətləri mütəxəssislərinin də böyük hörmətini qazanmışdır. Bu fədakar neftçi-alimin çoxillik səmərəli fəaliyyəti “Tərəqqi” medalı, SOCAR-ın Fəxri Fərmanı ilə qeyd olunmuş, 2009-cu ildə isə o, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Elmira Vəliyeva SOCAR-ın neftqaz ehtiyatları üzrə Mərkəzi Komissiyasının, Avropa Geoloqları Assosiasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının, Azərbaycan Milli Elmlər Akademiyası neftqaz yataqlarının işlənməsi və neft-qaz problemləri üzrə Elmi Şurasının, Amerika Neftçi-Geoloqları Assosiasiyası Azərbaycan Bölməsinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. O, bir çox beynəlxalq simpoziumlarda Azərbaycanın neft elmini ləyaqətlə təmsil etmişdir.

E.Vəliyeva neft-mədən geologiyasına, neftqaz yataqlarının işlənməsinə və ehtiyatlarının hesablanmasına dair 3 monoqrafiyanın və 115-ə qədər elmi məqalənin müəllifidir. O, dəyərli elmi əsərlərindən birini - “Neftqaz yataqları ehtiyatlarının kompleks qiymətləndirilməsinin geoloji əsasları” adlı monoqrafiyasını mərhum həyat yoldaşının - Azərbaycanın tanınmış geoloqu və Əməkdar mühəndisi Müslüm Vəliyevin xatirəsinə həsr etmişdir.

Elmira xanım Vəliyevanı 85 yaş - yubileyi münasibətilə ürəkdən təbrik edirik. Yubilyara xoş əhval-ruhiyyə, sevincli günlər, möhkəm cansağlığı, uzun, mənalı ömürbundan sonra da neçə belə yubileylər qeyd etməsini arzulayırıq.

 

Günel Eyyubova

 

İki sahil.- 2021.- 28 iyul.- S.15.