Xüsusi təyinatlıların ən gənc
şəhidi
Qısa
tanıtım: Şahbazov Kənan Natiq oğlu 23 iyul 2002-ci il
tarixdə Masallı rayonunun
Ağakişibəyli kəndində anadan
olub. Doğum
tarixi valideynlərinin yaşayış
yeri üzrə rayonun Kəlbəhüseynli kəndində
qeydiyyata alınıb. 2008-ci ildə ailəsi ilə birlikdə
Bakı şəhərinə köçən Kənan
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Ələddin
Məmmədov adına 76 saylı
tam orta məktəbin birinci sinifinə qəbul
olunub. 2010-cu ildən valideynlərinin işi ilə əlaqədar
Tatarıstanın paytaxtı
Kazan şəhərinə köçüb və orta təhsilini orada davam etdirib.
Sonra yenidən Bakı şəhərinə qayıdıb və
Xətai rayonunda 138 saylı tam orta məktəbdə təhsil
alıb.
Qaydasız döyüşlər idman
növü ilə məşğul olan K. Şahbazov yeniyetmələr
arasında ölkə üzrə keçirilən idman
yarışlarında və beynəlxalq turnirlərdə
diplom və medallara layiq görülüb.
2019-cu ildə Kazan Açıq Federal
Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə
daxil olub. Ali məktəbin birinci kursunu bitirdikdən sonra
2020-ci ildə təhsilini
qiyabi yolla davam etdirib.
2020-ci ilin iyul ayında Azərbaycan Silahlı
Qüvvələrinin “N” saylı hərbi hissəsində
müddətli həqiqi hərbi xidmətdə
çağırılıb.
Fiziki hazırlığına,
idman göstəricilərinə, eləcə də bilik və
bacarığına
görə hərbi xidmətə Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində
(XTQ) başlayıb.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan
Silahlı Qüvvələri tərəfindən erməni
seperatçılarının işğalı altında olan ərazilərin
azad edilməsi üçün başlanan Vətən
müharibəsi zamanı döyüşlərə
qatılıb. Füzuli rayonu istiqamətində Ermənistan
Silahlı Qüvvələrinə qarşı keçirilən
əks-hücum əməliyyatı zamanı düşmən
gülləsinə tuş gələrək şəhid olub.
Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə
doğulduğu Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında
torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq sərəncamları
ilə Kənan Şahbazov
ölümündən sonra "Vətən uğrunda" və
"Kəlbəcərin azad olunmasına görə"
medalları ilə təltif edilib.
6 ölkənin 153 pəhləvanından biri
Gənclər və İdman Nazirliyinin Vətən
müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş
idmançıların siyahısında Kənan Şahbazovun
adı uşu döyüşçüsü kimi təqdim
olunub.
Kənan qədim Çin döyüş sənəti
olan uşu ilə uşaqlıq
çağlarınan məşğul olurdu. “Kunq-fu" termini
ilə eyni mənanı ifadə edən bu
döyüş sənəti insandan daxili yetkinlik,
inadkarlıq, özünə inam, böyük iradə tələb
edir. Uşu qaydalarına görə
döyüşçü özünü bütün təhlükələrə,
o cümlədən də ölümə
hazırlamalıdır.
Kənan isə təkcə idman uşu növünün deyil, həm də
klassik güləşin sirlərinə yiyələnmişdi. Xaricdə idmanın
bu növünə Yunan-Rîma güləşi
dåyilir. 2015-ci ildə Bakıda
“Sərhədçi” Olimpiya İdman Mərkəzində 20
yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr
olunmuş yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri
arasında keçirilən beynəlxalq turnirdə Kənan Şahbazov 54
kq çəki dərəcəsi üzrə finala gürcüstanlı Vano
Godelaşvili ilə fəxri kürsüyə
çıxmışdı. Gürcüstanla yanaşı,
İran, Qazaxstan, Rusiya və Özbəkistandan 153 pəhləvanın
mübarizə apardığı yarışın ilk
günü Kənan Azərbaycana 3 qızıl, 7
gümüş və 10 bürünc medal qazandıran
güləşçilərimizdən biri olub.
Kənan Şahbazov Bakıda “Prezident Kuboku”
daxil olmaqla Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı
ilə keçirilən müxtəlif yarışlarda onlarla
qızıl, gümüş və bürünc medallar
qazanmış, diplom və pul
mükafatları ilə təltif edilmişdir.
Professor Dilqəm Quliyev "İkinci Qarabağ
müharibəsinin şəhid idmançıları” adlı
kitabın xüsusi buraxılışını nəşrə
hazırlayır. Kitaba Vətən müharibəsində
şücaət göstərmiş və qəhrəmancasına
şəhid olmuş idmançıların keçdiyi şərəfli
döyüş yolu, idman aləmində qazandıqları
uğurlar barədə təəssüratlar, onların
fotoşəkilləri daxil ediləcək. Azərbaycan
xalqının milli suverenliyi və ərazi
bütövlüyünün təmin edilməsində Azərbaycan
idmançılarının vətənpərvərlik təşəbbüsünün
təbliğ olunması çox təqdirəlayiq və
xeyirxah işdir. Ümidvarıq ki, kitabın səhifələrində
Kənan Şahbazov haqqında da maraqlı təəssüratlar
əksini tapacaq və heç vaxt unudulmayacaq şəhidlərimizin
qəhrəmanlığı, həyat və döyüş
hekayələri ilə bərabər bir daha xatırlanıb,
gənc nəsilə tanıdılacaqdır.
Anasını tək qoymaq istəmədi...
Dayısı Elçin Əsədovun dediyinə
görə, Kənan yeniyetmə yaşlarından hüquqşünas olmaq arzusu ilə
yaşayıb. Hələ səkkinci sinifdə oxuyanda
atasına zarafatla deyərmiş ki, əgər mən
prokuror və ya məhkəmə olsam, qayda- qanunla işləyəcəm.
Atam olsan da qanunları əgər
pozsan, sənə də
qanunla müəyyən edilmiş cəza tətbiq edəcəyəm.
Çox təəssüf ki, Tatarısatan paytaxtının
havası Kənanın anası Alidə xanıma düşmür. Ona görə
Bakıya qayıtmalı olur. Bacısı Röyalə ailə
həyatı qurandan sonra Naxçıvanda yaşayırdı
. Kənan da anası tək qalmasın deyə təhsilini
qiyabi yolla davam etdirmək qərarına gəlir.
...Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Masallı rayon şöbəsi tərəfindən həqiqi
hərbi xidmətə
çağrılanda Kənanın
18 yaşı bir-iki gün idi
ki, tamam olmuşdu. Peşəkar idmançı olması, Azərbaycan və türk dili ilə
yanaşı, rus dilində sərbəst
danışması onun XTQ-də nümunəvi əsgər kimi hörmətini, nüfuzunu
artırmışdı.
Kənanın sevə-sevə xidmət etdiyi XTQ
düşmən təxribatının qarşısını
almaq üçün Azərbaycan
Ordusunun demək olar ki, əsas güc mənbəyi hesab olunurdu. Xüsusi təyinatlıların
arasında xüsusi hazırlanmış qruplar olur ki, onlar
döyüş isitiqamətində aparılan əməliyyatlarda
daha peşəkar olurlar. Kənan da belə oğullardan
biri idi. Hərbi hissədə
xidmətə başladığı
üç ay qısa müddət olsa da o, universal döyüş vərdişlərinə yiyələnmişdi.
27 sentyabr 2020-ci ildə
başlanan Vətən müharibəsində bütün
növ atıcı silahlardan istifadə edə bilən, fiziki
cəhətdən olduqca güclü, yüksək tələblərə
cavab verən, iradəli, əlbəyaxa döyüşlərdə
ustalıqla vəziyyətdən çıxa bilən, gecə
və pis hava şəraitində istiqaməti və gediləcək
məntəqəni dəqiq bilən xüsusi təyinatlılar
erməni faşistlərinin canına qorxu salmışdı.
Kənangilin qrupu da xüsusi tapşırıq əmrini mərdliklə yerinə
yetirirdi. Hər zaman qorxmaz olan,
bütün çətinliklərə sinə gəlməyi
bacaran Kənan öz cəsarəti
və çevikliyi ilə əməliyyatlarda fərqlənirdi. Nə yazıq ki, müharibədə ən uğurlu əməliyyatlar
belə qurbansız
ötüşmür. Oktyabrın 2-də igid pəhləvanımız növbəti əməliyyat
tapşırığını yerinə
yetirərkən
düşmən mövqelərindən açılan atəş nəticəsində ölümcül yaralanır və
şəhid olur.
Şəhidlik şərəf, qeyrət,
ucalıq və qəhrəmanlıq zirvəsidir
Oktyabırn 3-də xüsusi təyinatlıların
ən gənc şəhid əsgəri olan Kənan
Şahbazovun Azərbaycan
bayrağına bürünmüş tabutu
Çaxırlı kəndində böyük izdihamın
müşayiəti ilə son mənzilə yola salındı.
Millət vəkillərinin, Masallı Rayon İcra Hakimiyyəti,
rayon hüquq-mühafizə orqanları nümayəndələrinin,
kənd sakinlərinin iştirak etdikləri mərasimdə nəvəsinin tabutunun
büküldüyü bayrağı dəfələrlə
öpüb gözlərini
üstünə qoyan babası Yaşar kişi dedi: “Mən
nəvəmlə fəxr edirəm.
Ona görə fəxr edirəm
ki, Kənan Vətən uğrunda şəhid olub. Masallıda Kənan kimi
oğullar çoxdur.
Düşmən Kənanın qolunu da qatlaya bilməzdi. Şərəfsizlər
onu uzaqdan güllə ilə vurublar...”
Kənanın yolunu gözləyən anası
Alidə xanım indi tək qalmasın deyə bacısı
Röyalə Naxçıvandan Bakıya dönüb.
Uşaqlıq çağlarından qəribə
tale yaşamış şəhid Kənanın dayısı
Elçinlə Şərəfə kəndində
görüşdük. Bacısı oğlunun Vətənə,
anaya olan sevgisindən söhbət açan Elçin Əsədov
onun idman yarışlarında qazandığı uğurlarından danışdı və
uşaqlığı ilə bağlı xatirələrini
bizimlə bölüşdü .
Şəhidlik
- vətənpərvərliyin
ən ali məqamıdır. Allah qatında
seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən
bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə
qovuşurlar. Şəhidlik ona görə ölümlərin ən şərəflisi
və müqəddəsi sayılır ki, bu zirvəyə ucalmaq
hər kəsə qismət olmaz.
Qısa
ömür sürsə də Kənanın əziz
ruhu onun əməllərinin
sorağı kimi yaşayır. Onun şəhid
olması xəbəri Bakının Xətai rayonunda təhsil
aldığı məktəbin müəllim və şagird
kollektivini, Əhmədli qəsəbəsində qonşuluqda yaşadığı
hər kəsi sarsıtmışdı. Sosial şəbəkə
hesabında uşaqlıq yoldaşlarından biri Kənana
xitabən yazır: “Bir məhəllədə
qalırdıq. Çox da aramız yox idi. Dalaşardıq səninlə.
Heyif, kaş o günlər olardı, yenə dava edərdik.
Bütün Əhmədli, bütün Azərbaycan səninlə
fəxr edir, Kənan!” Yeganə Talıbzadə adlı bir xanım
isə yazır: ”Canım Kənanım, qara gözlüm, biz hələ də
sənin yolunu gözləyirik...”
Bu günlərdə Milli Məclisin
deputatı Məşhur Məmmədovun ictimai əsaslarla köməkçisi Hekayət Nəzərov
və Masallı RİHB-nın Çaxırlı kəndi
inzibati ərazi dairəsi üzrə nümayəndəsinin
baş məsləhətçisi Ziyafət Məmmədovla
Çaxırlı kənd qəbiristanlığında Vətən müharibəsində həlak olan şəhidlərin məzarlarını
ziyarət etdik. Qəlbimdən keçən kövrək hisslərim, duyğularım ruhumda belə misralandı:
İgidin qaşı yaxşı,
Kirpiyi, qaşı yaxşı.
Şəhid yatan məzarın,
Torpağı, daşı yaxşı.
Nurəddin Ədiloğlu
İki sahil.-
2021.- 4 iyun.- S.21.