Braziliyalı jurnalistlərdən
şəhid olan azərbaycanlı həmkarlarına
dəstək
2021-ci
ilin 8 iyun tarixində azərbaycanlı jurnalistlərin və
dövlət məmurunun Kəlbəcər rayonu ərazisində
peşə xidmətlərini yerinə yetirərkən mina
partlayışı nəticəsində dünyalarını
dəyişməsi ilə əlaqədar Azərbaycanın
Braziliyadakı səfirliyində mətbuat konfransı
keçirilib.
Səfirlikdən "Report"a verilən
məlumata görə,
mətbuat konfransında
ölkəmizin Braziliyadakı
səfiri Elxan Poluxov, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və Beynəlxalq Münasibətləri Təhlili
Mərkəzinin sədr
müavini Esmira Cəfərova çıxış
edib, baş verən hadisə ilə bağlı tədbir
iştirakçılarına ətraflı məlumat təqdim edərək, mövcud regional vəziyyət, xüsusilə
də azad edilmiş ərazilərdə
mina təhlükəsi,
onun doğurduğu ağır nəticələr,
Ermənistanın məsuliyyətsiz
davranışı, habelə
beynəlxalq ictimaiyyətin
rolu barədə fikirləri ilə bölüşüblər.
Mətbuat konfransında
əyani və video-konfrans şəklində
Braziliyanın CNN-Brazil,
Jurnal O Globo, Rebe TV və digər aparıcı mətbuat orqanlarını
təmsil edən 40-a yaxın jurnalist, bloqer və beyin mərkəzlərinin
nümayəndələri iştirak
ediblər.
Tədbirin açılışında
mina partlayışı
nəticəsində həlak
olan azərbaycanlı
jurnalistlərin xatirəsi
bir dəqiqəlik sükut ilə yad edilib. Tədbirdə səslənən çıxışlarda
baş verən qanlı hadisənin təfərrüatları, habelə
bölgədə mövcud
olan cari vəziyyət, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdə Ermənistan
tərəfindən geniş
miqyasda minalanmanın həyata keçirilməsi,
hətta əraziləri
tərk edərkən belə Ermənistan tərəfindən
bu ərazilərdə
minaların basdırılması,
çoxsaylı mülki
və hərbi şəxsin mina qurbanına çevrilməsi,
ərazilərin minalardan
təmizlənməsinin ölkə
gündəmində dayanan
əsas təhlükəsizlik
çağırışı olması və bu xüsusda həyata keçirilən tədbirlər barədə konfrans iştirakçılarına ətraflı
məlumat verilib. Həmçinin azad edilmiş ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri, yaranmış
əməkdaşlıq perspektivlərindən
bəhs edilib.
Mətbuat konfransında Azərbaycanın
azad olunmuş ərazilərinin dünyanın
ən çox minalanmış ərazilərindən
biri olduğu vurğulanıb və Ermənistanın səbəbkarı
olduğu qanlı təxribatın yalnız azərbaycanlı jurnalistlərə
qarşı deyil, həmçinin dünya jurnalistikasına və mülki əhaliyə qarşı olan təhdid və hücum kimi qiymətləndirildiyi bildirilib
və buna qarşı etirazın edilməsinə çağırış
edilib.
Braziliyalı jurnalistlər çıxışçılara
ünvanlanmış sual
və şərhlərində
bu hadisədən məyus olduqlarını ifadə edib və dərin hüznlə başsağlığı
bildirərək Azərbaycan
xalqının kədərini
bölüşdüklərini vurğulayıblar. Jurnalistlərə
peşə fəaliyyətində
maneələrin törədilməsi
və onların hədələnməsinin qəbulolunmaz
olduğunu vurğulayan
tədbir iştirakçıları
bu halın beynəlxalq səviyyədə
pislənilməsinin vacibliyini
qeyd ediblər.
Mətbuat konfransı
zamanı iştirakçılara
hadisəyə dair müvafiq təbliğat materiallarından ibarət
məlumat qovluqları
təqdim edilib.
İki sahil.- 2021.- 10
iyun.- S.9.