Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası rənglərin dili ilə
Rəssam Məlik Məmmədxanovun
Milli Qurtuluş Gününə həsr olunmuş fərdi sərgisində
müəllifin Türkiyə-Azərbaycan
qardaşlığını əks etdirən tablosunun təqdimatı
keçirildi
Müstəqilliyimizin əbədiləşdirildiyi 15 İyun-Milli Qurtuluş Günü respublikamızda
böyük təntənə
ilə qeyd olunur. Xalqımızın xilaskarı , ulu
öndər Heydər
Əliyevin Azərbaycanda
hakimiyyətə qayıdışı
ilə əlamətdar
olan həmin gün keçirilən bütün tədbrlərdə
qeyd olunduğu kimi, AXC-Müsavat iqtidarının səbatsızlığı
üzündən respublikada
yaranan çətin vəziyyəti aradan qaldırmaqla xilaskarlıq
missiyasını yerinə yetirən
ulu öndər Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirməklə,
respublikanı iqtisadi böhrandan çıxardı,
genişmiqyaslı , uzun
illər üçün
nəzərdə tutulan
inkişaf konsepsiyasını
müəyyənləşdirdi, xalqımızda milli təfəkkürü formalaşdırdı,
azərbaycançılıq ideyasını təkmilləşdirdi,
Ulu Öndərə ümumxalq məhəbbətini
rənglərin dili ilə bildirən rəssam Məlik Məmmədxanovun 15 İyun-
Milli Qurtuluş Gününə həsr olunmuş fərdi sərgisində nümayiş
etdirilən əsərlərin
hər birində dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərinin yaddaqalan məqamları əks olunub. Xilaskarımızın siyasi fəaliyyətinin,
milli-mənəvi dəyərlərimizə
göstərdiyi diqqət
və qayğının
əks olunduğu və tədbir iştirakçılarında xoş
təəssürat yaradan
əsərlərdə əsası
ulu öndərlər
Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən qoyulan
həmrəyliyi əks
etdirən tablolar ən çox diqqəti cəlb edən əsərlərdən
idi.
Rəssam Elnurə və
Aygün İsgəndərovaların
layihəsi olan və YAP Yasamal rayon təşkilatının
dəstəyi ilə keçirilən tədbirdə
qeyd olundu ki, hər il
Milli Qurtuluş Günü ərəfəsində
belə fərdi sərgilərin təşkilinin
ənənəvi hal alması mədəniyyətin
inkişafına qayğı
göstərən Ulu
Öndərə incəsənət
nümayəndələrinin ehtiramı və hörmətidir.
Sərgini giriş
sözü ilə açan Elnurə İsgəndərovanın vurğuladığı
kimi burada nümayiş etdirilən
30-a yaxın əsərdə
ümummilli lider Heydər Əliyevin dühası, əzəməti
hiss olunur:
- İstedadlı
rəssam Məlik Məmmədxanovun «Zəfərin
mübarək, Azərbaycan»
adlı sərgisi ikiqat əlamətdardır.
44 gün davam edən İkinci Qarabağ müharibəsindən
sonra daha böyük təntənə
ilə qeyd olunan Milli Qurtuluş
Günü xüsusilə
əlamətdardır. Müəllifin Azərbaycan-
Türkiyə həmrəyliyini
əks etdirən tablosu ilk dəfə
tamaşaçılara təqdim
olunur. Prezident İlham Əliyevin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qoşa çəkilmiş
tablosu əsl mənada qardaşlığın
əbədiyyət rəmzidir.
Fərdi sərginin müəllifi
Məlik Məmmədxanov
əsərləri haqqında
məlumat verərək
bildirdi ki, Ulu Öndərin dahiliyini, Vətən müharibəsindəki Qələbəmizi,
Milli Ordumuzun Zəfərini rənglərin
dili ilə tamaşaçılara çatdırdığım
üçün özümü
xoşbəxt sayıram:
« Bundan sonra yaradıcılığımın əsas motivləri işğaldan azad olunmuş ərazilərimizdə
aparılan quruculuq, abadlıq işləri olacaq, cənnətməkan
Qarabağımızın gözəlliklərini
tamaşaçılara çatdıracağam.
Sərgi, Məlik Məmmədxanovun
yaradıcılığ ilə
bağlı təəssüratlarını
bölüşənlər arasında ölkəmizdə
fəaliyyət göstərən
diplomatik korpus təmsilçilərinin, hərbçilərin,
incəsənət nümayəndələrinin,
təhsil işçilərinin,
müxtəlif yaş qruplarından olan tamaşaçıların
iştirakı müəllifin
geniş təfəkkür
və hazırlığı
ilə bağlıdır.
Şimali Kipr Türk
Cümhuriyyətinin ölkəmizdəki
nümayəndəliyinin rəhbəri
Növber Ferit Vechi Türkiyə- Azərbaycan dostluğunu əks etdirən əsərlərdən məmnunluğunu,
Meksikanın Azərbaycandakı
səfiri Xuan Rodriqo Lubardini Flores bütün xalqların bir ailə kimi yaşadığı respublikamız
haqqında xoş təəssüratlarını
bildirdilər.
Milli Qurtuluş Günü
münasibətilə tədbir
iştirakçılarını təbrik edən «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin vurğuladığı
kimi, müasir Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 15 İyun tarixi, eyni zamanda xalqımızın
özünəqayıdışının,
varlığının təsdiqi günüdür:
«Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Milli Ordumuzun qazandığı
Zəfər də xilaskarımız Heydər
Əliyevin müəyyənləşdirdiyi,
dövlət başçımızın
uğurla davam etdirdiyi siyasətin Qələbəsidir.»
Sərgi haqqında
təəssüratlarını bölüşənlər müəllifə
bundan sonra da böyük yaradıcılıq uğurları
arzuladılar. Sonda Məlik Məmmədxonova
diplom təqdim olundu.
Daha sonra
YAP Yasamal rayon təşkilatının sədri
Tağı Əhmədov
diplomatik nümayəndələri
qəbul edib.
Xuraman İsmayılqızı
İki sahil.- 2021.- 12 iyun.- S.11.