«Şərq qapısı» qəzeti Azərbaycanın
müstəqilliyi dövründə
«Mən «Şərq qapısı» qəzetinin
təsiri altında tərbiyələnmişəm. Hələ
gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda
oxuyanda müxtəlif məsələləri öyrənmək
üçün «Şərq qapısı»ndan çox istifadə
etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə
qalıb.»
Ümummilli Lider Heydər Əliyev
Mətbuat millətin
inkişaf göstəricisi, tarixin yazılı salnaməsi,
ictimai fikrin formalaşma strukturudur. Kütləvi informasiya
vasitələri sırasında yaranma tarixinə görə
televiziya, radio, internet və digər informativ vasitələrdən
öncə gələn qəzetçilik anlayışı
günümüzdə də aparıcı mövqeyini
qorumuş, müasirləşərək dövrün tələblərinə
uyğun formalaşmışdır. Azərbaycan müstəqillik
əldə etdikdən sonra bütün sahələrdə
olduğu kimi junalistika sahəsində də nəzərəçarpacaq
irəliləyişlər əldə olunmuşdur. Ölkədə
söz və mətbuat azadlığına yaradılan şərait
jurnalistikanın inkişafına, mətbuat tarixinin
araşdırılıb öyrənilməsinə geniş
imkanlar yaratmışdır. Hələ ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbərliyi dövründə
yeni forma və məzmun əldə edən Azərbaycan
jurnalistikası ölkə prezidenti İlham Əliyevin
regionların sosial-iqtisadi inkişafı haqqında sərəncamından
sonra özünə yeni fəaliyyət istiqamətləri
müəyyən etmiş və inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur. İnkişafın yeni mərhələsindən
yararlanan sahələrdən biri Azərbaycan mətbuat tarixində
öz fasiləsiz nəşri, Azərbaycan Sovet Mətbuatının
və müstəqil Azərbaycanın ilk müstəqil qəzeti
olan və 1921-ci ildən Naxçıvanda fəaliyyətə
başlayan “Şərq qapısı” qəzeti olmuşdur.
1993-cü ildə
xalqın tələbi ilə siyasi hakimiyyətə gələn
ümummilli lider Heydər Əliyev xaos və anarxiyanın
yaratdığı müharibə sindromunu öz güclü
iradəsi və siyasi uzaqgörənliyi ilə dəf etdikdən
sonra müharibə və parçalanma təhlükəsi
altında olan Azərbaycanda hərbi vəziyyətlə
bağlı 1993-cü ilin 15 aprelindən senzuranın tətbiqinə
başlanılmışdır.
Bu dövrdə
Naxçıvan Muxtar Respublikanın da ictimai-siyasi, iqtisadi və
mədəni həyatında yaranan boşluqlar, yerli hakimiyyət
orqanları arasındakı anlaşılmazlıqlar “Şərq qapısı”
redaksiyasından da yan ötməmişdir. Bu səbəbdən
1994-cü ildən qəzet öz tirajını və
dövriyyəliyini xeyli azaltmış, ondan sonrakı ildə
isə fasilələrlə nəşr olunmuşdur.
1994-cü il ərzində onun cəmi 54 nömrəsinin
işıq üzü görməsi də təəssüf
doğuran məqamlardandır.
1995-ci ilin
sonlarında Azərbaycan Milli Məclisinə və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
keçirilən parlament seçkilərindən sonra muxtar
respublika ali qanunverici orqanının yeni tərkibdə fəaliyyətə
başlaması durğunluğa, ətalətə son
qoymuş, yeni həyat quruculuğu sahəsində geniş
imkanlar açmışdır. İctimai sabitliyiyin tam bərpasına,
dövlət quruculuğunun əsasını təşkil edən
bazaların möhkəmlənməsinə nail olduqdan sonra
1996-cı ildə “Dövlət sirri haqqında” qanun qəbul
olunur. Bu qanun senzuranın ləğvini reallaşdırsa da,
buna 1998-ci ildən tam nail olunur.
Bu səbəbdən
1996-cı ildən “Şərq qapısı” qəzetinin fəaliyyətində
də canlanma yaranmış, onun üzləşdiyi maliyyə
problemləri birdəfəlik həllini taparaq həftədə
iki dəfə işıq üzü görməyə
başlamışdır.
Müstəqillik
dövründə “Şərq qapısı” qəzetinin ilk
yubileyi 1996-cı ilin dekabr ayında keçirilmişdir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev «Şərq
qapısı» qəzetinin onun həyatında
oynadığı rolu qiymətləndirərək, hətta
Azərbaycan Respublikasının Prezidenti işlədiyi
dövrdə onun 75 illik yubileyini unutmamış, ölkə rəhbəri
kimi qəzet redaksiyasına təbrik məktubu
ünvanlamışdır. Qəzetin 26 noyabr 1996-cı il
tarixli sayında dərc olunan təbrik
Naxçıvan mətbuat tarixində ölkə
başçısı tərəfindən qəzet redaksiyasına
ünavanlanan ilk məktub idi. Ölkə
başçısının onun həyat və fəaliyyətində
mühüm rol oynamış doğma qəzetinə təbrik
məktubu göndərməsi qəzetin respublika səviyyəli
nüfuzunu artırmış, onun dövlət səviyyəsində
diqqətdə olduğunu bir daha təsdiqləmişdir. Dahi rəhbər
təbrik məktubunda redaksiya əməkdaşlarının əməyini
yüksək qiymətləndirərək onun gələcək
fəaliyyət istiqamətini də göstərirdi: «Azərbaycan
müstəqillik əldə etdikdən sonra «Şərq
qapısı» qəzetinin kollektivi öz fəaliyyətində
canlı dönüş yaratmış, ölkəmizdə
gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin
həyata keçirilməsi prosesinə fəal
qoşulmuşdur. Əminəm ki, «Şərq qapısı» qəzeti
Azərbaycanın azad və demokratik mətbuat sistemində
layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmlənməsi
yolunda bütün qüvvələri səfərbər etmək,
hər oxucuda müstəqil Azərbaycanın sabahına inam
yaratmaq üçün var gücünü sərf edəcəkdir».
Ümummiyyətlə,
Azərbaycan tarixində Kütləvi İnformasiya Vasitələrinin
hüquqi bazası, KİV və dövlət münasibətlərinin
tənzimlənməsi, medianın IV hakimiyyət kimi
formalaşması dahi öndər Heydər Əliyevin ölkəmizə
rəhbərlik illərinə təsadüf edir. Senzuranın
aradan qaldırılmasından sonra bir-birinin ardınca imzalanan
fərman və sərəncamlar medianın dövlət
üçün xüsusi əhəmiyyəti ilə
seçildiyini bir daha təsdiqləmiş olur.
Ümummilli lider
Heydər Əliyevin «Azərbaycanda milli mətbuatın
yaradılmasının 125 illiyi haqqında» 27 mart 2000-ci il
tarixli fərmanını rəhbər tutaraq Muxtar Respublika Ali
Məclisi Sədri “Naxçıvan Muxtar respublikasının
Dövlət Mətbuat orqanlarının maddi-texniki vəziyyətini
yaxşılaşdırmaq tədbirləri haqqında” (29 mart
2000-ci il) sərəncam vermişdir. Sərəncamda muxtar
respublikanın aparıcı mətbu orqanı olan “Şərq
qapısı” qəzetinin maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması ilə yanaşı,
şəhər və rayon icra hakimiyyətlərinin
orqanları olan qəzetlərin də bu sahədəki problemlərinin
həlli istiqamətində müəyyən tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulurdu.
«Şərq
qapısı» qəzetinin xərclərinin azaldılması
üçün redaksiyanın yerləşdiyi binanın
Dövlət Mətbuat Komitəsinin balansına verilməsi və
əsaslı təmiri də sərəncamda nəzərdə
tutulan müddəalardan idi.
5 iyul 2000-ci ildə
qəzetin yerləşdiyi redaksiya binası əsaslı təmirdən
sonra istifadəyə verilir. Redaksiya binasının ən son
texnoloji avadanlıqlarla təmin olunması və “Əcəmi”
Nəşriyyat Poliqrafiya Birliyinin ofset üsulu ilə qəzet
nəşrinə başlamasından sonra isə qəzetdə
daha yüksək keyfiyyət dəyişikləri
müşahidə edilməyə başlayır.
2001-ci ildə
«Şərq qapısı» qəzetinin 80 illik yubileyi təntənə
ilə qeyd edilir. Qəzetin 24 noyabr 2001-ci il tarixli nömrəsi
80 illik tarixi yola həsr olunub. Yubiley münasibətilə xalq
şairi Məmməd Araz, «Azərbaycan» qəzetinin baş
redaktoru, yazıçı Əmir Mustafayev, AzTV-nin sədri,
professor, millət vəkili Nizami Xudiyev, akademik İsa Həbibbəyli,
«Ədalət» qəzetinin baş redaktoru Aqil Abbas və digər
tanınmış simalar qəzetə təbrik məktubları
ünvanlamışlar.
Şair Məmməd
Arazın təbrik məktubunda deyilir: «Naxçıvanda
çıxan «Şərq qapısı» qəzeti sanki işığa, nura,
haqqa, ədalətə açılmış bir qapı
kimidir».
«Şərq qapısı» həmişə
obyektiv fikrə, düz və qərəzsiz sözə
söykənib, insanları yaşamağa, qurub-yaratmağa
sövq edib. Qəzetin
Naxçıvanda elmi və ədəbi mühitin
formalaşması və inkişafındakı rolundan bəhs
edən, yaradıcı insanlar üçün geniş elmi
söz meydanı olduğunu vurğulayan akademik İsa Həbibbəyli
həmin nömrədə «Şərq qapısı» mənim
həyatımda» başlıqlı məqalə ilə
çıxış edərək yazır:...«Şərq
qapısı» yaşadığımız günlərin
güzgüsüdür....Naxçıvan diyarının ən
mükəmməl ensiklopediyası da «Şərq
qapısı» qəzetidir».
Muxtar
respublikanın həyatının ən müxtəlif cəhətlərinin,
həyat ritminin «Şərq qapısı» qəzetində
yüksək peşəkarlıqla əks olunduğunu qeyd edən
məqalə müəllifi bundan əlavə qəzetin sabit
mövqeyə malik olduğunu xüsusi vurğulayır.
Qəzetdə
maraq doğuran məqalələrdən biri də xalq
yazıçısı Hüseyn İbrahimovun «İlk xitabət
kürsüm» başlıqlı məqaləsidir. Bir vətəndaş
və yazıçı kimi böyüyüb ərsəyə
çatmağında, püxtələşmiş qələm
sahibi olmağında xüsusi rol oynayan «Şərq
qapısı» qəzeti haqda xatirələrini oxucularla
bölüşən yazıçı yazır: «Etiraf edirəm
ki, bir yazıçı kimi yetişməyimdə ilkin olaraq
«Şərq qapısı»na borcluyam».
Beləliklə,
təqdim olunan nümunələrdən
göründüyü kimi, 80 illik tarixi yol Naxçıvan mətbuatı
və ədəbi mühitində silinməz izlər
buraxmış, bir çox qələm sahiblərinin
yaradıcılığına təkan vermişdir.
Jurnalist əməyinə
yüksək qiymət verən Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Sədri ildən-ilə qəzet
redaksiyasının maddi texniki bazasının gücləndirilməsi,
qəzetin yaradıcı heyətinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına xüsusi diqqət və
qayğı ilə yanaşır. Elə bunun nəticəsidir
ki, XXI əsrin əvvəllərində həftədə 3 dəfə
nəşr olunan qəzet hazırda gündəlik ictimai-siyasi
mətbu orqan kimi nəşrini davam etdirir. Qəzetin 80 illik
yubiley nömrəsində baş redaktor Məmməd Məmmədov yazırdı: “Gündəlik,
çoxsəhifəli, qəzet çapına nail
olduq...Keyfiyyət dəyişiklərini də önə
çəkməyi unutmadıq. Mətbuata yeni-yeni imzalar gətirdik”.
«Şərq
qapısı» qəzetinin yubiley nömrəsində təqdim
olunan «Dostluq şarjları»nda redaksiya kollektivinin iş fəaliyyəti
canlandırılıb.
Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin Sədri 2004-cü
ildə Azərbaycan Milli Mətbuatının
yaradılmasının növbəti ildönümündə
Naxçıvan jurnalistləri ilə keçirdiyi
görüşdə onların gələcək fəaliyyətlərinə
istiqamət verməklə, bir sıra tövsiyə və
tapşırıqlar verir. Elə həmin görüşdə
“Şərq qapısı” qəzetinə rəqəmli foto
aparat, iki müasir səsyazma avadanlığı və digər
hədiyyələr təqdim edən Ali Məclisin Sədri
redaksiyanın maddi-texniki bazasına yeni avadanlıqlar əlavə
etməklə bərabər, qəzeti dövrün tələbləri
səviyyəsində görmək arzusunu da ifadə edir.
Azərbaycan mətbuatının
130 illik yubiley tədbirləri isə muxtar respublikada
böyük təntənələrlə yadda qalmış,
keçirilən tədbirlərin yekununda Ali Məclis Sədrinin
jurnalistlərlə növbəti görüşü
keçirilmişdir. Elə həmin tədbirdə
Naxçıvan Muxtar Respublikasında jurnalistikanın
inkişafındakı xidmətlərinə görə “Şərq
qapısı” qəzetinin baş redaktoru Məmməd Məmmədov
“Əməkdar jurnalist” fəxri adına layiq
görülmüşdür. Azərbaycan Respublikası
Prezidentinin sərəcamı ilə qəzet əməkdaşlarından
Cəfərqulu Paşayev Azərbaycan Respublikasının əməkdar
jurnalisti, Məhəmməd Fərəcov isə «Tərəqqi»
medalı ilə qiymətləndirilmişdir.
2006-cı ilin
noyabrında «Şərq qapısı» qəzetinin 85 illiyi təntənə
ilə qeyd edilir. Bu münasibətlə qəzetin 4 noyabr
2006-cı il tarixli sayı 85 illik tarixi yola həsr olunur.
Baş redaktor Məmməd Məmmədovun
«Naxçıvanın 85 illik söz tribunası»
başlıqlı məqaləsi mərhələli şəkildə
qəzetin inkişaf tarixini özündə əks etdirir.
Akademik İsa Həbibbəylinin «Şərq qapısı» məktəbi»
adlı genişhəcmli məqaləsi «Şərq
qapısı»nın tarixi və metodoloji mənzərəsini
aydın canlandırır. Yubiley münasibətilə göndərilən
təbrik məktublarından «Azərbaycan» qəzetinin baş
redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun
«Milli mətbuat tarixində özünəməxsus yeri olan qəzet»,
«Xalq» qəzetinin baş redaktoru Həsən Həsənovun «Həqiqət
carçısı», «Yeni Azərbaycan» qəzetinin baş
redaktoru Alqış Həsənoğlunun «Öz dəsti-xətti
olan qəzet», «İki sahil» qəzetinin baş redaktoru Vüqar
Rəhimzadənin «Sağlam mövqeyi ilə seçilən qəzet»,
«Ekspress» qəzetinin baş redaktor müavini İlham
Tumasın «Şərqin qapısının 85 yaşlı
«Şərq qapısı» başlıqlı təbrik məktublarındakı
fikirlər qəzetin respublika miqyaslı nüfuzunu göstərməklə
bərabər ona verilən qiymətin səviyyəsini də müəyyən
etməyə imkan verir.
Şair Vaqif Məmmədovun
«Döndü Naxçıvanın salnaməsinə» adlı
şeiri yubilyar qəzetə həsr olunmuş şeirlərə
yeni nəfəs gətirir:
«Cavanlar həyatı»,
«Füqəra səsi»
Oldu bu qəzetin
ilkin nəğməsi,
Halallıq zəhməti,
eşqi, həvəsi
Ellərə
yayandı «Şərq qapısı»nda.
Neçə
tufanlara o, gərdi sinə,
Hər zaman haqq
verdi haqqın səsinə
Döndü
Naxçıvanın salnaməsinə,
Haqq üzdə
dayandı «Şərq qapısı»nda.
Yubiley nömrəsində
akademik İsmayıl Hacıyev «Təsir imkanları
böyük olan qəzet» başlıqlı məqaləsində
«Şərq qapısı»nın son illərdəki fəaliyyətini
dəyərləndirərək yazır: « «Şərq
qapısı» qəzeti bütün xüsusiyyətlərinə
görə seçilir. Qəzetin səhifələrində
muxtar respublikamızın həyatının bütün sahələri
öz əksini tapır».
Qəzetin son səhifəsində
verilmiş «Oxucu qəzetin dayağıdır» adlı məqalədən
aydın olur ki, yubileylə bağlı Naxçıvan
Dövlət Universitetinin jurnalistika ixtisasının tələbələri
ilə görüş keçirilmiş, qəzetin tarixi
inkişaf yoluna nəzər salınmışdır.
«Şərq
qapısı» qəzetinin növbəti sayında verilmiş xəbərdən
məlum olur ki, 85 illik yubileylə bağlı
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov qəzetin
yaradıcı heyəti ilə
görüşmüşdür. Qəzetlə bağlı
fikirlərini bildirən Ali Məclisin Sədri müasir
dövrdə qəzetçilik peşəsinin məsuliyyətindən,
mətbuatın bir universitet və məktəb qədər cəmiyyət
həyatı üçün əhəmiyyətindən
söz açmışdır. Öz fəaliyyəti
dövründə bütöv bir jurnalistlər nəsli
yetişdirən «Şərq qapısı»nın həyat
proseslərinin güzgüsünə çevrilməsi
üçün yaradıcı heyətin
çalışmalı və yaradıcılıq vərdişlərini
artırmalı olduqlarını qeyd edən Ali Məclisin Sədri
öz tövsiyyələrini də vermişdir.
2011-ci ildə qəzetin
90 illik yubileyinin qeyd olunması, Ali Məclis Sədrinin
kollektivlə görüşməsi bu mətbu orqana göstərilən
davamlı dövlət qayğısının ifadəsi idi.
“Şərq qapısı” nın 90 illik yubileyində qəzet
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı
ilə təltif edilmiş, bir əməkdaş mənzillə
təmin olunmuşdur.
“Şərq
qapısı” qəzetinin 94-cü və 95-ci ildönümləri
münasibətilə Amerika Birləşmiş
Ştatlarının Milvauki vilayətində hökumət bəyannaməsi
qəbul edilmişdir.
2011-ci ildə
“Şərq qapısı” qəzetinin 90 illiyi münasibətilə
kollektivlə görüşündə Ali Məclisin Sədri
demişdir: “ Qəzet Naxçıvanda maarif və mədəniyyətin, elmin
inkişafına mühüm töhfələr vermiş,
peşəkar jurnalist kadrların hazırlanmasında baza
rolunu oynamış, ictimai fikrə öz təsirini göstərmişdir.
Bu gün də
cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun
ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi
və ictimai-mədəni həyatının
işıqlandırılmasında, milli-mənəvi dəyərlərin
qorunmasında, günümüzün quruculuq və inkişaf
salnaməsinin yazılıb gələcək nəsillərə
çatdırılmasında “Şərq qapısı” qəzetinin
üzərinə mühüm vəzifələr
düşür.” Qloballaşan dünyamızda, texnologya əsrinin
təlblərindən bri olan internet artıq informasiyanın sərhədsiz
yayılması və təbliğində böyük rol
oynayır. Bu səbəbdən 2012-ci ildən qəzetin
internet saytı da fəaliyyətə
başlamışdır. 2021-ci ildə doğma qəzetimizin
100 illik yubileyi tamam olur. Bu münasibətlə
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri
Sərəncam imzalamış, tədbirlər planı təsdiq
etmişdir.
Hazırda öz
fəaliyyət tarixinin ikinci intibah dövrünü
yaşayan qəzet dövlətimizin ardıcıl diqqət və
qayğısı altında öz nəşrini davam etdirir. Azərbaycan
dövlətinin, muxtar respublika rəhbərliyinin mətbuatın
inkişafına göstərdikləri yüksək səviyyəli
qayğının müqabilində isə jurnalistilərimizdən
yalnız öz əməli fəaliyyətləri, iti və kəsərli
qələmi, operativliyi ilə onlara göstərilən
inamı doğrultmaları tələb olunur.
Naxçıvan
MR Ali Məclisinin Sədri çıxışlarından
birində demişdir: “Muxtar Respublikada kütləvi informasiya
vasitələri hər cür dövlət qayğısı
ilə əhatə olunmuşlar. Belə bir şəraitdə
jurnalistlərimiz öz üzərlərinə düşən
tapşırıqları layiqincə yerinə yetirməli,
dövlətçilik və ümummilli prinsipləri uca
tutmalı, günün tarixini yazmalıdırlar”.
Ümid edirik ki,
müstəqil dövlət quruculuğu, dövlətçilik,
vətənpərvərlik, insanları maarifləndirmə
kimi nəcib təşəbbüslərə xidmət edən
“Şərq qapısı” qəzeti bundan sonra da öz
inkişafının daha böyük zirvələrini fəth
edəcəkdir.
Seyid Surə.
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.-2021.-22 iyun.-S.22.