Azərbaycan Dövlət İqtisad
Universitetində Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin fəal üzvləri ilə görüş
keçirilib
İyunun
23-də Azərbaycan Dövlət
İqtisad Universitetində Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin fəal üzvləri ilə görüş
keçirilib.
Əvvəlcə YAP İdarə Heyətinin
üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov gəncləri
ali təhsil ocağında yaradılan şəraitlə
tanış edib. Universitetin həyətində
yaradılan, gəncləri vətənpərvərliyə,
milli ruha səsləyən “Şəhidlər ölməz, Vətən
bölünməz!” xatirə kompleksindən başlanan tanışlıq akt
zalında tədbirin
keçirilməsi ilə davam edib.
Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov
ali təhsil ocağının yeniliklərindən, təhsilin
keyfiyyətini yüksəltmək üçün atılan
addımlardan geniş bəhs edərək bildirib ki, universitet
dünya ali təhsil bazarında "UNEC” brendi olaraq
çıxış edəcəyini ictimaiyyətə bəyan
etdi: “Yeni mərhələdə universitet, ilk növbədə,
tədrisin keyfiyyətinin yüksəldilməsini prioritet
olaraq seçdi və bu istiqamətdə tədris prosesinin
elektronlaşdırılmasına, informasiya təminatının
yaxşılaşdırılmasına, şəffaflığın
artırılmasına, elmi-pedaqoji heyətin gücləndirilməsinə,
tədris plan və proqramlarının modernləşdirilməsinə
və beynəlxalq mübadilə və ikili diplom
proqramlarında iştirakın genişləndirilməsinə
xüsusi əhəmiyyət verir.”
Rektor beynəlxalq
ikili diplom proqramları üzrə tədrisdən, tələbə məmnunluğunun
artırılmasından, yeni dövrün
çağırışlarından geniş bəhs edib. Rəqəmsal
iqtisadiyyat qurulduğunu önə çəkən rektor rəqəmsal təhsilə
keçidin qaçılmaz olduğunu bildirib.
Görüşdə bu əminlik də
ifadə edilib ki, ölkəmizin
inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq
nüfuzu sayəsində yaxın gələcəkdə UNEC
dünya universitetlərinin reytinq siyahılarında Vətənimizi
daha yüksək yerlərdə təmsil edəcək,
Prezident İlham Əliyevin universitet qarşısında
qoyduğu vəzifələri layiqincə yerinə yetirərək
Azərbaycanın inkişafına böyük töhfələr
verəcək.
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin sədri Bəxtiyar İslamov görüşün
yüksək səviyyədə təşkilinə, onlara
tanışlıq üçün yaradılan gözəl
şəraitə görə Universitetin rektoru, YAP İdarə
Heyətinin üzvü Ədalət Muradova təşəkkürünü
bildirərək bu inamını ifadə edib ki, universitetdə imza atılan yeniliklər fonunda hədəflərə
qısa zamanda nail olunacaq, hər zaman olduğu kimi, fəal gənclər arasında Azərbaycan
Dövlət İqtisad
Universitetinin tələbələri
və məzunları çoxluq
təşkil edəcək: “Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin yeni
formalaşmış tərkibində də İqtisad Universitetinin məzunları çoxluq təşkil
edir. Bu göstərici bir çox məqamları özündə
ehtiva edir. Universitetdə yaradılan şərait, səsləndirdiyiniz çağırışlar gənclərə
diqqət və qayğının təzahürüdür. Gənclərə belə şəraitin
yaradılması onların üzərinə böyük məsuliyyət
qoyur. Onlar bu imkanlardan bəhrələnərək
daha böyük bilik
qazanmaq, gələcəkdə
ölkənin inkişafına töhfələr vermək
imkanındadırlar.”
Diskussiya şəklində
davam edən tədbirdə gəncləri maraqlandıran
suallar cavablandırılıb, Universitetlə əməkdaşlığın
yeni layihələrin icrası ilə
davam etdiriləcəyinə əminlik ifadə edilib.
İki sahil.-2021.-24 iyun.-S.7.