Narkomaniyaya
qarşı mübarizə hər kəsin borcudur
Narkotik
maddələrin gənc nəsillər arasında
yayılması təhlükəsini nəzərə alaraq,
bir çox ölkələr «Narkotiksiz gələcək naminə»
milli proqramlar qəbul ediblər. Buraya təhsil ocaqlarında,
hüquq mühafizə orqanlarında, təşkilatlarda
narkomaniyanın ziyanı haqqında maarifləndirilmə
kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya
vasitələri, o cümlədən internet şəbəkəsi
vasitəsilə aparılır.
Ölkəmizdə
də narkomaniyaya qarşı mübarizə tədbirləri hər
il daha da genişləndirilir. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər
Agentliyinin həssas əhali qruplarından olan şəxslər
üçün Sığınacaq və Sosial Reabilitasiya
Müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə
məşğul olur və müəssisədə müəyyən
yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin,
baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanların, habelə
görmə qabiliyyəti məhdud olan şəxslərin
sosial reabilitasiyasının həyata keçirilməsi, sosial-hüquqi,
tibbi-sosial, sosial-məişət xidmətlərinin, sosial-məsləhət
yardımının göstərilməsi məqsədilə
onlara yarımstasionar və stasionar formada sosial xidmətlər
göstərilir. Həmçinin, müəssisədə
müvafiq kateqoriyadan olan şəxslərə narkotik vasitələrin
təsiri altına düşməsinin
qarşısının alınması ilə bağlı
profilaktik tədbirlər həyata keçirilir. Müəssisədə
çarpayı sayı 95 olmaqla, çətin həyat şəraitində
olan 18 yaşdan yuxarı müəyyən yaşayış
yeri olmayan şəxslərin reabilitasiyası şöbəsinə
50, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayan şəxslərin
reabilitasiyası şöbəsinə 25, görmə
imkanı məhdud şəxslərin reabilitasiyası
şöbəsinə 20 yer ayrılmışdır. Həmçinin,
müəssisədə məişət
zorakılığından zərər çəkmiş
şəxslər üçün yeni şöbə
yaradılmış və hazırda sakinlərin qəbulu ilə
bağlı hazırlıqlar davam etdirilir.
31
may 2021-ci il tarixinə müəssisədə xidmət olunan
şəxslərin sayı 93 nəfərdir. Onlardan 61 nəfər
çətin həyat şəraitində olan 18 yaşdan
yuxarı müəyyən yaşayış yeri olmayan şəxsə,
20 nəfər baxımsız, kimsəsiz, sosial təhlükəli
vəziyyətdə olan yetkinlik yaşına çatmayan
uşağa və 12 nəfər görmə imkanı məhdud
şəxsə müxtəlif sosial xidmətlər göstərilir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 434
nömrəli qərarı ilə Nazirliyin tabeliyində Sosial
Xidmətlər Agentliyinin tabeliyində penitensiar müəssisələrdə
cəza çəkməkdən azad edilmiş şəxslər
üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi
yaradılmışdır. Mərkəzin yaradılmasında
məqsəd penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş şəxslərin
sosial mühitə uyğunlaşdırılması, hüquq
və azadlıqlarının, qanuni mənafelərinin
qorunması, bu şəxslər tərəfindən törədilə
biləcək yeni cinayətlərin qarşısının
alınması məqsədilə onlara hüquqi,
sosial-psixoloji, sosial-məsləhət yardımı və
sosial-məişət xidmətlərinin göstərilməsi,
həmçinin onların
narkotik vasitələrin təsiri altına düşməsinin
qarşısının alınması məqsədilə
profilaktik tədbirlərin görülməsi və şəxslərin
sosial adaptasiyası ilə bağlı digər tədbirləri
həyata keçirməkdən ibarətdir.
«Sosial
xidmət haqqında» Azərbaycan Respublikası Qanununa əsasən
Nazirlik tərəfindən 2013-cü ildən etibarən sosial
xidmət sahəsində dövlət sifarişlərinin
qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına
verilməsi yolu ilə çətin həyat şəraitində
olan şəxslərin müdafiəsinin təmin edilməsi məqsədilə
həmin kateqoriyalardan olan uşaqlar üçün sosial
sifarişlər həyata keçirilir.
Layihələrin
məqsədi həssas kateqoriyalardan olan uşaqlara sosial xidmətlərin
təşkili, onların ailələrinə dəstək xidmətlərinin
göstərilməsi, problemlərinin həlli məqsədilə
həssas kateqoriyalardan olan uşaqların müvafiq qurumlara
yönləndirilməsi, uşaqların dövlət uşaq
müəssisələrinə düşməsinin
qarşısının alınması, sağlamlıq
imkanları məhdud uşaqların sosial reabilitasiyası,
onların cəmiyyətə adaptasiya olunmasına köməklik
göstərilməsi, ölkə daxilində və xaricdə
müalicəsi və asudə vaxtlarının təşkili,
sosial təhlükəli vəziyyətdə olan yetkinlik
yaşına çatmayanlar üçün
sığınacaq və reinteqrasiya xidmətlərin,
hüquqi, sosial, tibbi, psixoloji yardımın göstərilməsi,
onların təhsil almalarına köməklik göstərilməsi,
təhsildən yayınma hallarının aradan
qaldırılması vasitəsilə onların uşaq
alverinin və məcburi əməyin qurbanı
olmasının qarşısının alınmasının təmin
edilməsindən ibarətdir.
Buna
müvafiq olaraq, çətin həyat şəraitində
olan uşaqların və ailələrin sosial xidmətlərə
çıxışının təmin edilməsi istiqamətində
2020-ci il ərzində 57 qeyri-hökumət təşkilatı
tərəfindən 132 sosial xidmət layihəsi icra
edilmiş və ümumilikdə 14021 şəxs göstərilən
xidmətlərdən yararlanmışdır. Əlavə
olaraq bildiririk ki, 2021-ci ildə Nazirliyin tabeliyində Dövlət
Məşğulluq Agentliyi tərəfindən peşəyönümü
məsləhət xidmətləri istiqamətində də
ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə
alınmaqla təlim-tədris prosesinin təşkili ilə
bağlı qəbul olunmuş qaydalara uyğun olaraq kütləvi
tədbirlər həyata keçirilməmişdir. Gələcəkdə
keçiriləcək tədbirlər zamanı peşə
seçimi, əmək bazarının cari vəziyyəti, əmək
bazarında ən çox tələb olunan peşə və
ixtisaslar, eləcə də müvafiq peşə və
ixtisaslar üzrə işlə təmin edilmə və ya
peşə hazırlığına cəlb olunma imkanları
ilə yanaşı narkomanlığın yayılmasına,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizənin dövlət
siyasətinin prioritet istiqamətlərindən biri olduğu
qeyd olunmaqla bu problemin həlli istiqamətində görülən
işlər haqqında maarifləndirici söhbətlərin
aparılması nəzərdə tutulmuşdur. Bir sözlə,
bu gün övladlarımızın
xoş gələcəyi üçün narkomaniyaya
qarşı mübarizə hər kəsin şərəf
borcu olmalıdır.
Cavid Əbdul-Qədirov,
ƏƏSMN-nin
aparat rəhbərinin müavini
İki sahil.-2021.-19 iyun.-S.15.