Azərbaycan qalib dövlət kimi yeni hədəflərə
doğru inamlı addımlar atır
Milli Məclisin
deputatı Səbinə
Xasayeva www.yap.org.az saytına
müsahibə verib:
- Səbinə
xanım, bu gün Azərbaycanın qalib dövlət kimi
qarşısında yeni hədəflər dayanır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri
üçün keçirdiyi
mətbuat konfransında
bu məsələ haqqında da fikirlərini bildirib. Bu barədə nə deyə bilərsiniz?
- Artıq tarixə qovuşmuş
2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində
Azərbaycan Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir.
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın
tacı olan qədim Şuşanın
işğaldan azad edilməsinin ardınca böyük Qələbənin
qazanılması xalqımızın
tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində
torpaqlarımız
Ermənistanın işğalından
azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə
son qoyuldu.
Prezidentimizin bu tarixi qələbənin qazanılmasında
nümayiş etdirdiyi
qətiyyətli mövqe
xalqımıza, o cümlədən
hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər,
çavuş, gizir, zabit və generalları
yüksək peşəkarlığa,
qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə
göstərdi və sübut etdilər.
Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda,
Şuşada, Ağdamda,
Kəlbəcərdə və
Laçında dalğalanması
Ali Baş Komandanımız İlham
Əliyevin yüksək
və məğlubedilməz
sərkərdəlik qabiliyyətinin,
ordumuzun, xalqımızın
qırılmaz gücünün,
möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir.
Heç şübhəsiz,
bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti
və əvəzolunmaz
yeri qədirbilən xalqımız tərəfindən
həmişə yüksək
qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
Bu Qələbənin
qazanılmasında şanlı
və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə
minnətdarlıq hissi
ilə xatırlayacaq.
Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır.
Ölkəmiz bu hədəflərə çatmaq
üçün Prezident
İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da
atacaq.
- Hazırda işğaldan
azad edilmiş ərazilərdə quruculuq
işləri həyata
keçirilir. Məqsəd
həmin torpaqlara qayıdacaq insanlar üçün bütün
imkanların yaradılmasıdır...
- 2021-ci il qalib
ölkəmizin qarşısında
yeni tarixi dövr açır. Bu il ölkəmizin
tarixinə dirçəliş
ili kimi düşərək yaddaşlarda
əbədi qalacaq. Artıq Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş
Fondu” publik hüquqi şəxsin yaradılması haqqında
imzaladığı Fərman
dirçəlişin başlanğıcı
kimi xalqımızın
qarşısında yeni
üfüqlər açır.
Bu Fərman uzun müddət ərzində
erməni qəsbkarları
tərəfindən maddi
və mədəni sərvətləri talan edilmiş ərazilərimizin
yenidən dirçəldilməsinə
ölkəmizin siyasi,
iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanmasına
təkan verəcək.
Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri,
qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına
formalaşması işğaldan
azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq
işlərinin geniş
vüsət alması
üçün geniş
imkanlar açacaq.
Bu isə ölkəmizin sosial-iqtisadi
inkişafına müsbət
təsir göstərəcək.
İnanıram ki, qarşıda
duran çətin və son dərəcə
şərəfli vəzifələrin
öhdəsindən uğurla
gəlmək üçün
yaşadığı yerdən,
yaşından, cinsindən,
təhsilindən, maddi
imkanından asılı
olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə
quruculuq işlərinin
aparılmasına
dəstək göstərəcək
və dirçəliş
tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının
tikinti-quruculuq və abadlıq işlərinə
səfərbər edilməsi
ölkəmizin inkişafında
əvəzedilməz rol
oynamaqla xalqımızın
birliyinin növbəti
təzahürü olacaq.
Bildiyimiz kimi,
bərpa və yenidənqurma prosesinin əsas istiqaməti məcburi köçkünlərin
öz yurd-yuvalarına
qayıtmalarıdır. Qayıdışın
səmərəli şəkildə
təşkil olunmasından
ötrü repatriasiya
potensialını mümkün
qədər dəqiq proqnozlaşdırmaq, bunun
üçün isə
məcburi köçkünlərin
istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının
Sərəncamı ilə
yaradılmış “Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı”
nəzdindəki İdarələrarası
Mərkəzin “Akademik
və Təhsil məsələləri
üzrə İşçi
Qrupu” yerli və xarici mütəxəssisləri cəlb
etməklə sistemli araşdırmalar aparır.
Həmin araşdırmalardan
biri də “Azərbaycanın post-konflikt
ərazilərinə repatriasiyanın
proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması”
adlı tədqiqat işidir.
İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə
genişmiqyaslı quruculuq
işlərinin aparılması
üçün dövlət
büdcəsində quruculuq
işləri ilə bağlı böyük məbləğdə vəsait
nəzərdə tutulub.
Həmçinin Prezident
İlham Əliyev son çıxışlarında
da böyük quruculuq işlərinin anonsunu verdi. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər,
yol çəkilişləri,
dəmir yolları ilə bağlı konkret planlar var. Artıq ilin başlanğıcından
cənab Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl
səfərlər edərək
orada gedən quruculuq işləri ilə yaxından tanış olub və bir çox
müəssisələrin təməlinin
qoyulmasında iştirak ediblər. Bütün bu faktlar işğaldan
azad edilən dədə-baba torpaqlarımızda
tez bir zamanda
irimiqyaslı quruculuq işlərinin aparılması
sayəsində insanların
oz doğma yurd-yuvalarına qayıdacaqlarını
və həmin rayonların dirçəldilməsində
yaxından iştirak edəcəklərini aydın
şəkildə göstərir.
- Sizcə, işğaldan
azad edilmiş rayonlarda yeni idarəetmə sisteminin yaradılmasının əhəmiyyəti
nədən ibarətdir?
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan
azad olunmuş ərazilərində müvəqqəti
xüsusi idarəetmənin
təşkili haqqında”
və “İşğaldan
azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndələri
haqqında” fərmanlar
imzalayıb. Bu fərmanlara
əsasən, Azərbaycan
Respublikasının işğaldan
azad olunmuş ərazilərində, Azərbaycan
Respublikasının inzibati
ərazi bölgüsünə
müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata
keçirən müvəqqəti
komendantlıqlar və
işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri
yaradılıb.
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında
mülki idarəetmə
formasının tətbiq
edilməsinə başlanılması
həmin ərazilərin
bərpası istiqamətində
vacib addımdır. Qarşıda duran ən vacib məsələ
həmin ərazilərin
bərpa edilməsidir.
Bildiyiniz
kimi, 2021-ci ilin dövlət büdcəsindən
işğaldan azad edilmiş ərazilərin
bərpası üçün
2,2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün,
ilk növbədə,
mülki idarəetmə
formasını yaratmaq
zəruri idi. Hüquq-mühafizə orqanlarının
strukturları artıq
işğaldan azad edilmiş ərazilərdə
fəaliyyətə başlayıb.
Mülki idarəetmənin
başlanması işğaldan
azad edilmiş ərazilərimizin bərpa
işlərini yüksək
səviyyədə həyata
keçirməyə imkan
verəcək.
Yeni yaradılan
idarəetmə institutu
şaquli və birbaşa tabeçiliyə
əsaslanır və
olduqca çevik, səmərəli idarəetmə
forması hesab edilə bilər, çünki yeni forma birbaşa tabeçilik əsasında
həyata keçiriləcək.
Bu isə vəzifə və tapşırıqların daha
sürətlə və
çevik şəkildə
yerinə yetirilməsini
təmin edəcək.
Hazırda Azərbaycanın
böyük tarixi qayıdış kimi bir planı var və bu,
artıq icra edilməkdədir.
İki sahil.- 2021.- 2 mart.- S.15