Azərbaycan iqtisadi göstəricilərini yaxşılaşdırmış Avropa ölkələri arasında ilk sıradadır

 

 

Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında  reytinqi yüksələn ölkəmiz istənilən meyarlar üzrə qabaqcıl yerlərdə qərarlaşır. İqtisadiyatın şaxələndirilməsi və  ixracyönümlü  iqtisadiyyatın formalaşması, dərinləşən hərtərəfli  islahatların davam etdirilməsi istiqamətində atılan addımlar, reallığı əks etdirən layihələrin tətbiqi  nəticəsində  qazanılan uğurlar  maliyyə təşkilatlarının  hesabatlarında  dəyərləndirilir

 

Dünya dövlətlərini  «silkələyən»  iqtisadi böhranlar dövründə belə inkişaf  edən,  dinamikliyini saxlayan Azərbaycanla bağlı    beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında yer alan  müsbət proqnozlar ölkəmizə marağı artırır. Dünyada Azərbaycan haqqında formalaşan və zamanla daha böyük rəqəmlərlə ifadə olunan inkişaf tempi  Prezident İlham Əliyevin  özünü doğruldan və xalq tərəfindən qəbul olunan siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsidir. Nüfuzlu maliyyə təşkilatlarının hesabatlarında qeyd olunduğu  kimi, dünyada ən islahatçı ölkə kimi tanınan Azərbaycan iqtisadi böhran illərində belə  iqtisadi inkişafı ilə  təkcə MDB dövlətlərini deyil, Avropa ölkələrini də arxada qoyur.   Ölkədə mövcud olan əlverişli,  münbit biznes mühitinin formalaşması  Azərbaycana sərmayə yatıranların sayını da artırır.  «Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi  istənilən meyar üzrə qabaqcıl yerlərdə dayanan Azərbaycandakı   şəffaflıq və ədalət prinsiplərinə sadiqlik  mötəbər təşkilatlar tərəfindən aparılan təhllilərdə müsbət dəyərləndirilir, nümunə göstərilir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Respublikada mövcud olan  daxili sabitliyin nəticəsidir ki, «Doing Business”» hesabatında  ölkəmiz  yuxarı pillələrdə yer alır. «Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpaolunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək» söyləyən,  daxili resurslardan istifadəni başlıca amil adlandıran dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi  beynəlxalq  standartlara uyğun  yüksək texnologiyalara əsaslanan müştərək müəssisələrin açılması, müasir standartlara uyğun istehsal proseslərinin  ölkəmizdə tətbiqi, qlobal layihələrin  həyata keçirilməsi və daxili sabitlik  inkişafımızın əsas şərtlərindəndir. Azərbaycanın təşəbbüsü ilə  reallaşan qlobal  layihələr dünyanın enerji və nəqliyyat xəritələrini  dəyişdiyi kimi, ölkəmizin iqtisadi inkişafının də göstəricisidir. Pandemiyanın və  Vətən müharibəsinin yaratdığı çətinliklərə baxmayaraq iqtisadi uğurlarını davam etdirən  Azərbaycanın inkişaf modeli beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında  yüksək reytinqə layiq görülür.  COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmaqla, Türk Şurası və Qoşulmama Hərəkatının  sədri kimi də  humanizmi ilə fərqlənən, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı  olan, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayıran, dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı göstərən Azərbaycan peyvəndləmə prosesinə başlayan ilk ölkələrdəndir.  «Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq» söyləyən Prezident İlham Əliyev  ədalət prinsiplərinə sadiqliyini diqqətə çatdırıb. Ölkəmizin ildən-ilə möhkəmlənən maliyyə  imkanları nəticəsində salınan şəhərciklər, hər il  şəhid ailələri  Qarabağ  müharibəsi veteranları üçün inşa olunan mənzillər, fərdi yaşayış evləri ilə bağlı  işlər davam etməkdədir. Beynəlxalq maliyyə təşkilatlarının son günlərdə açıqladığı  hesabatlarda ölkəmizlə bağlı  sevindirici rəqəmlər siyasi müstəqillik qədər mühüm əhəmiyyətə malik iqtisadi müstəqilliyin  əhəmiyyətini təsdiqləyir.

 

 Azərbaycan 2020-ci il üzrə  İqtisadi Azadlıq İndeksində  göstəricilərini  yaxşılaşdırmış beş Avropa ölkələri arasında birinci yeri tutub. «Heritaqe Foundition»un hesabatına əsasən, Azərbaycan ötən il biznes, investisiya azadlığı və maliyə rifahı sahəsində  yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib. Ölkəmiz iqtisadi azadlıq qiymətləndirilməsinə görə 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı gösəricisində 45 Avropa ölkəsi arasında  25-ci yerdə dayanan  Azərbaycanın indeksi 3,9  xal artıb.

 İqtisadiyatın şaxələndirilməsi və  ixracyönümlü  iqtisadiyyatın formalaşması, dərinləşən hərtərəfli  islahatların davam etdirilməsi istiqamətində atılan addımlar, reallığı əks etdirən layihələrin tətbiqi  nəticəsində  qazanılan uğurlar digər maliyyə təşkilatlarının  hesabatlarında da dəyərləndirilir. Dünya Bankı Azərbaycanı 190 ölkə arasında iqtisadyyatın rəqabət qabiliyyətinə görə  28-ci yerə layiq görüb. Ölkəmiz 10 islahatçı ölkədən biridir. Biznesin əlçatanlığına görə  Azərbaycan dünya miqyasında ikinci yerdədir. Beynəlxalq Valyuta Fondunun  (BVF) ölkəmizin iqtisadiyyatı ilə bağlı hesabatında   qeyd olunur ki, hazırda Azərbaycan iqtisadiyyatının builki artımı, oktyabrda proqnozlaşdırdığı kimi, 2% səviyyəsində olacaq. BVF-un Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa Azərbaycanda 2021-ci ildə inflyasiyanın 3,1% səviyyəsində olacağını də müsbət nəticə adlandırır.  Missiyanın rəhbəri onu da qeyd edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin «World Economic Outlook» adlı hesabatında açıqlanacaq. Xatırladaq ki, «S&P Global Ratings» reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı – 1,9%, BMT – 2%, «Moody's Investors Service» isə 4% artacağını proqnozlaşdırır.

 Dünyanın ən böyük  beyin mərkəzlərindən olan İrs Fondunun «İqtisadi Azadlıq İndeksi- 2021» hesabatında   ölkəmizlə bağlı  rəqəmlər də sevindiricidir. Hesabatda qeyd olunur ki, Azərbaycan  «İqtisadi Azadlıq» indeksi üzrə 6 pillə irəliləyib, 172 ölkə arasında  38-ci yerdə  qərarlaşaraq dünya üzrə  orta göstəricidən yuxarı,  Avropa ölkələri səviyyəsində nəticə göstərib. Respublikamız  Avropa regionunda  45 ölkə arasında  isə 23-cü yerdə qərarlaşıb.  Ölkəmiz Polşa, İspaniya, Sloveniya,  İtaliya kimi inkişaf etmiş ölkələri qabaqlayıb. İqtisadi azadlıqların və ölkədəki iqtisadi siyasətin liberallığı baxımından nə qədər qanunamüvafiq olduğunu göstərən hesabatın təhlilləri elmi dairələrlə  yanaşı, investorlar, siyasi dairələr, beyin mərkəzləri tərəfindən də  qəbul olunur.

 

Bu cür möhkəm  iqtisadi təmələ əsaslanan ölkəmizdə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı sənəddən irəli gələn vəzifələrin yerinə yetiriləcəyinə  şübhə yoxdur.   Qarşıdakı on ildə  həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə  qüdrətli dövlət, yüksək rifah  naminə müəyyənləşdirilən,  elmi cəhətdən təhlil edilən vəzifələr ölkəmizin qüdrətini daha da artıracaq. Bu prioritetlər Azərbaycanın iqtisadi süverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə,  qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik»”dən qaynaqlanan Milli Prioritetlərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətə reinteqrasiya məsələlərinin təminatı üçün bütün prosedurlar müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərin təbii ehtiyatlarından səmərəli istifadə etməklə  bölgələrin sosial-iqtisadi inkişafını təmin edəcək layihələr, genişmiqyaslı yenidənqurma və  quruculuq işləri əksini tapıb.  Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl bölmə tərəfdaşlığının inkişafının vacib amil kimi diqqətdə saxlanılması Qarabağa Böyük Qaydışın başlıca məqsədlərindəndir.  Erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş  evlərin, meşələrin bərpası,  yenisi ilə əvəz olunması ilə «yaşıl enerji» məkanına nail olunması indiki və gələcək nəsillərin sağlamlığı,  tələbatının ödənilməsi baxımından daha zəruridir. Çıxışlarında azad olunmuş ərazilərin «yaşıl enerji”» zonasına çevriləcəyini dəfələrlə bildirən Prezident İlham Əliyevin nəzərdə tutduğu layihələrdən olan  «ağıllı şəhər”» və «ağıllı kənd»” konsepsiyalarının reallaşdırılması üçün maliyyə mənbələri mövcuddur. Hazırkı pandemiya şəraitində, dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə pilot layihə olan  bu təşəbbüs bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

 

«Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək

 

Xuraman İsmayılqızı,

 

İki sahil.- 2021.- 12 mart.- S.13.