Rəşad Mahmudov: Peyvənd COVID-19 xəstəliyinin
ağır formada keçməsinin qarşısını
Yeni növ
koronavirusla (COVID-19) mübarizənin
ikinci ilə daxil olmasına baxmayaraq, dünyada insanlar üçün qorxu yaradan və
hamının həmin
xəbərlərdən yorulduğu
məqama gəlmişik.
“Vaksinasiya könüllü
xarakter daşısa da virus əleyhinə
peyvənd vurulmasının
vacibliyindən danışılır.
“Doğrudanmı vəziyyət
o həddə çata
bilər ki, vaksinasiya məcburi olsun?” sualının cavabında Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib: “Bununla əlaqədar hələlik dünyanın
heç bir aparıcı ölkəsi
və səhiyyə institutları qərar vermədiyinə görə,
belə bir addım atılmır. Bunun səbəbi, əlbəttə, insan haqlarının gözlənilməsidir.
Lakin bununla birlikdə hamıya məlumdur ki, bir sıra sosial,
iqtisadi və mədəni hüququmuzu əlimizdən alan koronavirusla mübarizədə
bütün ölkələr
hələ sərt qərar verməkdən çəkinir. Mən Almaniyanın Robert Kox institutunun iki ağzı iti bıçaq məsəlini xatırlayıram.
Yəni insanın sosial hüquqlarını, iqtisadiyyatı
düşünəndə bıçağın ağzı
digər tərəfdən
əlimizi kəsə
bilər. İnsan hüquqlarını önə
çəkən dövlətlər
digər sahələrin
ciddi zərər görməsi ilə üzləşirlər. Ona
görə də bu suala konkret
cavab vermək çətindir”.
AZƏRTAC xəbər verir ki, komitə
sədrinin müavini daha sonra deyib:
“Yüz il bundan əvvəlki epidemioloji vəziyyətlə
bu günü müqayisə edəndə
rəqəmlər göz
önündədir. O vaxt
insan itkisi 50 milyon üzərində olduğu ehtimal edilirdi. Həmin rəqəmə yaxınlaşmağı
heç kim arzulamır, lakin elə zaman gələ bilər ki, bu, reallığa
da çevrilə bilər. İndi konkret bir söz
demək mümkün
olmasa da, bunu zaman göstərər”.
Onun dediyinə görə,
hələ peyvənd
vurulmağa başlanılmamışdan
əvvəl bütün
dünya ekspertləri
və ölkəmizin
aidiyyəti orqanları
belə bir məlumat yaydılar ki, vaksinasiya mərhələsində, xüsusən
ikinci doza vurulduqdan sonra iki həftə daxil olmaqla yoluxma
ehtimalı var: “Əslində tibbi nöqteyi-nəzərdən
bu ifadə düzgün ifadə deyil. Çünki epidemioloji vəziyyətin
gərgin olduğu dövrdə heç bir vaksin, heç
bir xəstələnmə
yenidən yoluxmanın
qarşısını almır.
Vaksinasiya və eləcə
də yoluxma zamanı əmələ gələn təbii anticisimlər yenidən yoluxma zamanı simptomların ağır keçməməsinə və
xüsusən ağır
dərəcəli həyati
təhlükə təşkil
edən immun reaksiyaların yaranmaması
üçündür. Başqa sözlə desək, peyvənd COVID-19
xəstəliyinin ağır
formada keçməsinin
qarşısını alır.
Heç də elə başa düşülməməlidir ki,
vaksin heç nəyə yaramır. Ətrafımızda qrip virusu varsa və
yüksək yayılma
sürəti ilə davam edirsə, peyvənd edilən və edilməyən hər kəs yoluxa bilər. Bəs nə üçün dünyada
virus yayılmazdan əvvəl vaksinasiya olunmağı tövsiyə
edirlər? Bizim ən çox ehtiyat etməyimiz virusa yoluxmağa görə deyil, çünki tarixboyu viruslara yoluxma halı həmişə baş verib. Virusa yoluxma cəmiyyətdə yoluxan
insanların 2-3 faizində
- hətta virusun yeni ştammlarında bunun bir az
da artdığı güman olunur - ölümə səbəb
olma ehtimalı var. Başlıca məsələ həyati
təhlükəsizliyi təmin
etmək, itkiləri minimuma endirməkdir”.
Virusa vətəndaş
yanaşmasının əhəmiyyəti
barədə danışan
həkim deyib: “Təəssüflər olsun ki, bu
qədər bilgi və məlumatın olduğu bir zamanda həyati təhlükə yaratmasa da, bizi yatağa
bağlayan, əvvəlki
viruslardan daha ağır keçən və sevdiklərimizin həyatını itirməsinə
səbəb olan bir həqiqətlə üz-üzəyik. Ən
əsası, illik statistikaya baxanda ölkəmizdə orta hesabla 60 min nəfər həyatını
itirirdisə, ötən
il bu rəqəmin
15-20 faiz daha çox olduğunu gördük. Əlbəttə,
yeni növ koronavirusla əlaqədar həyatını itirənlər
də ölüm sayındakı həmin statistikaya daxil olur. Lakin COVID-19 xəstəliyi keçirdiyinə
görə mədəsindəki
digər xroniki xəstəliklər alovlanaraq
koronavirus testi mənfi nəticə verəndən sonra həyatını itirən
minlərlə insan var. Onlar COVID-19-dan həyatını itirənlərin
statistikasına aid edilmirlər. Bunları nəzərə alanda koronavirusun bildiyimizdən də qat-qat təhlükəli xəstəlik
olduğu üzə çıxır. Bunu heç də qorxu və təşviş
yaratmaq üçün
demirəm. Hər bir səhiyyə ekspertinin ən böyük arzusu ən qısa müddətdə xoş və müsbət xəbərləri yaymaqdır.
Amma bir həqiqət var ki, virus
nə qədər mutasiyalara uğrasa da, getdikcə yoluxmanın şiddətini
artırması, onunla
birlikdə ölümə
səbəb olma nisbəti və yaxud ağciyərdə daha böyük zədələnmə yaradaraq
uzun müddət reanimasiyalarda çətin
vəziyyətlərlə üz-üzə
qalmaq gerçəkliyini
qəbul etməkdən
başqa bir yol yoxdur”.
Yeni məhdudiyyətlərin
mümkünlüyü barədə
bəhs edən müsahibimiz bildirib: “Konkret bir söz
demək hələ ki, mümkün deyil. İllər keçdikcə, əldə
etdiyimız təcrübə
ilə öyrəndiklərimiz
var. İndi milli səhiyyə sistemləri əvvəllər
ehtiyat etdiyi, çəkindiyi rəqəmlərdən
daha az çəkinirlər.
Bunun bir çox səbəbləri
var və əlbəttə ki, mübarizə üsulları
ilə əlaqədardır.
Rahat başa düşülməsi üçün
Almaniyadan misal göstərəcəyəm. Həmin ölkədə
iqtisadi problemləri nəzərə alaraq qapanma və məhdudiyyətlər tətbiq
olunarkən böyük
şirkətlərin işini
qurması üçün
belə bir mexanizmdən istifadə olunur. 100 min əhali üzərinə
düşən həftəlik
xəstə sayının
50-yə qədər və
ya 50-100 arasında olması məhdudiyyətlərin tətbiq
edilməsi üçün
əsas verir. Azərbaycan kimi ölkələr üçün
sutkalıq yoluxma orta hesabla 1200-ü keçəndə, yaxud həftəlik 10 minə yaxınlaşanda birmənalı
olaraq portalların qeydiyyat sisteminə keçilməsi ilə əlaqədar qərar verilir. Bu, o deməkdir ki, qapanmalar tam olmasa da, bəlli
məhdudiyyətlər tətbiq
ediləcək. Yəni
gediləcək yerə
mütləq əvvəlcədən
icazə alınaraq çıxmaq olar. Həmin rəqəmlərdən
az yoluxma olduqda cəmiyyət üzvlərini özünüdərketməyə
və məsuliyyətə
çağırırlar, hökumət
tam qapanmalardan və daha ciddi
tədbirlər görməkdən
uzaqlaşır. Almaniyada yoluxma
sayının həmin
rəqəmlərə - yəni,
100 min əhali üçün 50-dən az
yoluxma olan yerlərdə də hələlik aprelin ortalarına qədər iki ailədə beş nəfər ailə üzvünün görüşməsinə maneə
yaradır.
“Dünyada olan hər şey
bizi gözləyir. Əgər Çindən
başlanan virus infeksiyası həftələr
ərzində dünyaya
yayılıb bizə
də gəlib çıxırsa, onda digər təhlükəli
hadisələrə qarşı
da hazırlıqlı
olmaq lazımdır.
Son günlərin statistikasına diqqətlə
fikir verib təhlil edəndə yoluxma ilə müqayisədə ölüm
sayının artımı
daha böyük narahatlıq üçün
əsas verir. Ona görə bundan çıxış
edərək daha yüksək hazırlıq
görmək lazımdır.
Bugünkü reallıqda xoş olmayan bir həqiqət
var. Milli adət-ənənələrimizin və Novruz bayramının işimizdə
yaratdığı müsbət
hadisəyə baxmayaraq,
həkim ekspert kimi başqa bir qorxum var.
Bayramlar cəmiyyətdə
bir-birimizə daha çox qovuşduğumuz,
çox ünsiyyətdə
olduğumuz bir vaxt olduğuna görə epidemioloji vəziyyətlə tam zidd gedən hadisə olması sağlam düşünən
hər kəs üçün bir “həyəcan təbili” çalır. Arzu edirəm ki, yoluxma sayı o qədər böyüməsin
və Nazirlər Kabineti yanında Operativ Qərargah həmin məcburiyyətdə
qalmasın. Cəmiyyətin hər bir üzvü görə biləcəyi işləri
maksimum dərəcədə,
aylardan bəri hamımıza yaxşı
tanış olan üç standart tədbiri “bilirəm” deməklə yox, ona əməl etmək, kütləvi şəkildə yerinə
yetirmək lazımdır
ki, ölkə daxilində əlaqələrin
kəsilməsinə
səbəb olacaq ağır qərarlar verilməsin”, - deyə R. Mahmudov müsahibəyə
yekun vurub
İki sahil.- 20201.-12 mart.-S.15.