İtaliya portalında
Azərbaycan haqqında
silsilə məqalələr
dərc olunub
İtaliyanın
“İnsideover” portalında jurnalist Emanuel Pietrobonun müəllifliyi
ilə Azərbaycan haqqında silsilə məqalələr dərc
olunub.
"İki sahil" xəbər verir ki, məqalələrdə
İtaliya-Azərbaycan strateji
tərəfdaşlığı, Azərbaycanla Vatikan arasında sıx əlaqələr, Azərbaycan-İsrail
münasibətləri, Prezident
İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi “3+3” formatı, Zəngəzur dəhlizi və onun əhəmiyyəti barədə danışılır.
“Azərbaycan
İtaliyanın fundamental
tərəfdaşıdır” sərlövhəli məqalədə,
həmçinin Azərbaycan-İtaliya
strateji tərəfdaşlığının
əhəmiyyəti, bu
xüsusda son illərdə həyata keçirilmiş yüksək
səviyyəli səfərlər
və ötən ilin fevralında Prezident İlham Əliyevin
İtaliyaya dövlət
səfəri, həmin
səfər zamanı
imzalanmış “Çoxölçülü
strateji tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannamə”, onun ölkəmizlə əməkdaşlıqda
rəsmi Roma üçün yaratdığı
böyük imkanlar, Azərbaycanın İtaliyanın
enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm
rolu, ölkələrimiz
arasında iqtisadi və humanitar sahələrdə sıx
əməkdaşlıqdan bəhs
olunur.
“Vatikan və Azərbaycan, mədəniyyət və
sülh üçün
birlikdə” sərlövhəli
məqalədə müəllif
Azərbaycanla Vatikan arasında uzun illərdən bəri formalaşmış sıx
əlaqələr, bu
münasibətlərin hazırkı
yüksək səviyyəyə
çatmasında Azərbaycanın
Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın rolu, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda böyük tarixi əhəmiyyət daşıyan
dini abidələrin bərpası, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil
olduğu nümayəndə
heyətinin Müqəddəs
Taxt-Taca son səfəri
zamanı Müqəddəs
Komodilya katakombalarının
bərpasına dair yeni əməkdaşlıq
müqaviləsinin imzalanması
barədə məlumat
verir və belə təşəbbüslərin
Azərbaycan ilə Vatikan arasında əlaqələrin daha da möhkəmlənməsinə
töhfə verdiyini diqqətə çatdırır.
Müəllifin “İsrail ilə
Azərbaycan arasındakı
ittifaq” başlıqlı
məqaləsində Azərbaycan-İsrail
münasibətlərinə nəzər salınır,
iki ölkə arasında siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə mövcud
olan sıx əməkdaşlıqdan, İsrailin
dövlət rəhbərlərinin
və dünya yəhudi təşkilatlarının
liderlərinin Azərbaycana
səfərlərindən bəhs
edilir, eləcə də ölkəmizdəki
yəhudi icması və Azərbaycanın multikultural ənənələri
barədə danışır.
“Azərbaycandan
Qafqazda sülhün təmin edilməsi üçün təklif”
sərlövhəli məqalədə
isə Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı barədə geniş məlumat verilir, region dövlətləri arasında
sıx inteqrasiyanın
təmin olunmasına xidmət edəcək bu platformanın regionda davamlı sülhə gətirib çıxaracağı, bu
xüsusda Azərbaycanın
liderliyi ilə bağlı məqamlar diqqətə çatdırılır.
Müəllifin Zəngəzur dəhlizinin
əhəmiyyətindən bəhs edən “Zəngəzur dəhlizi -
Ermənistan ilə Azərbaycan arasında sülh üçün açar” sərlövhəli
məqaləsində bu
dəhlizin açılmasının
10 noyabr Bəyanatından
irəli gəldiyi vurğulanır. Bu yeni bağlantı dəhlizinin əhəmiyyəti,
regionda nəqliyyat-kommunikasiya
imkanlarının inkişafı,
davamlı sülhün
və tərəqqinin
təmin edilməsində
oynaya biləcək rolu barədə məlumat verilir.
İki sahil.- 2021.- 13 mart.- S.3.