Böyük Azərbaycanlı

 

Xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan adlanan ulu tarixə malik bir məmləkətin səmasında daima parıldayan və heç vaxt sönməyən, zaman keçdikcə daha da şəfəqlənən dan ulduzuna bənzətmək olar. Böyük bir həqiqəti bizlər – 50 milyonluq Azərbaycan xalqı şərəf hissi ilə dərk edirik ki, zamanın təkəri bizdən uzaqlaşdıqca Heydər Əliyev ucalığı, vüsəti, Heydər Əliyev böyüklüyü bizə daha aydın görünür.

Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinə kimi tarixdə qalacaq rol oynamış öz adını əməlləri, casərəti və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyev haqqında bu ana kimi çox yazılıb, bundan sonra da onun çoxtərəfli fəaliyyəti haqqında yazılacaq. Mən həm də o əqidədəyəm ki, böyük Heydər Əliyev şəxsiyyəti haqqında daha tutarlı, daha dəyərli, bu dahi insanın şərəf və ləyaqətini bütün çalarları ilə göstərə biləcək, deyiləcək sözlər hələ qabaqdadır. Belə əbədiyaşar insanlar üçün böyük şairimiz S.Vurğun yaxşı demişdir: “Böyük təbiətlər yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz...”.

Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev böyük təbiət, çox qiymətli inci idi... Öz zamanında, əqidə və fəaliyyəti ilə belə ad-san qazananlar, həyatlarını xalq, Vətən yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən silinmir, həmişəyaşar olurlar...

Tariximizə bir nəzər yetirək. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Xalqımız bəşəriyyətə çox böyük dühalar, dahilər, elm, poeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan torpağı çox görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər yetirmişdir. Fəxrlə deyə bilərik ki, bizim dövlətçilik tariximizin 4 min ildən artıq yaşı vardır. Bu böyük dövr ərzində minlərlə çarlar, şahlar, padşahlar, xaqanlar, sultanlar... kimlər, kimlər, nə qədər dövlət başçıları gəlib-gediblər. Minlərlə gəlib-gedən bu hökmdarlardan tarix yalnız barmaqla sayıla bilən şəxsiyyətlərin adlarını qoruyub-saxlamış, nəsildən-nəsilə, əsrdən-əsrə keçirmiş, onlara əbədiyyət heykəli ucaltmışdır. Onlardan bəzilərini xatırlayaq.

Azərbaycan ərazisində ilk qədim dövlət Manna dövləti olmuşdur. E.ə. IX əsrdə yaranmış bu dövlət üç əsrdən artıq yaşamışdır. Bu ölkəni çoxlu çarlar idarə etmişlər. Onlardan yalnız İranzunun adı tarix səhifəsində kamil dövlət başçısı kimi qalmışdır. Atropatena dövlətinin yaradıcısı Atropat, Albaniya hökmdarı Cavanşir, Səlcuqlar imperiyası içərisində öz bacarığı, kamalı ilə müstəqil, güclü Azərbaycan Atabəylər dövlətini yaratmış Şəmsəddin Eldəniz, ilk milli Azərbaycan Səfəvilər dövlətinin banisi I şah İsmayıl Xətai, XX əsrin əvvəllərində sovet hakimiyyətinin ilk çağlarında Azərbaycana rəhbərlik etmiş doktor Nəriman Nərimanov dövlətçilik tariximizə parlaq səhifələr yazmışlar. Adlarını çəkdiyimiz bu dövlət xadimlərinin hər biri haqqında çox danışmaq olar. Qısaca onu deyə bilərik ki, bunların hər biri öz dövrləri üçün elə nəhəng, elə müqəddəs, cahanşümül işlər işlər görmüşlər ki, bu işləri, əməlləri unutmaq, yaxud da onların üstünə kölgə salmaq mümkün deyildir...

Onların işıqlı əməlləri, xalqını oddan, alovdan keçirmələri, siyasət meydanında at oynatmaları, içindən çıxdığı xalqın milli dəyərlərini, dilini, dinini, mənəvi dünyasını qoruyub-saxlamış, onu daha da inkişaf etdirmiş, bununla da xalq rəhbəri, əsl xalq adamı olmuşlar.

Xalq isə özünün belə dahi, qəhrəman övladlarını heç vaxt unutmur, onların adları nəsillər ötdükcə daha da şərəflənir, onlar haqqında dastanlar yazılır, nəgmələr qoşulur.

Mübaliğəsiz deyə bilərik ki, xalqımızın bu ulu, nəhəng övladları içərisində öz möhtəşəmliyi ilə daha da yüksəkdə duran, dövlət, siyasət və parlaq zəka nəhəngləri içərisində daha nəhəng sayılanı, görünəni Heydər Əliyevdir.

Heydər Əliyev 35 il Azərbaycan dövlətinin sükanı arxasında dayanaraq, Azərbaycan dövləti, respublikası adlanan gəmini çoxlu təlatümlərdən, şahə qalxan dalğalardan məharətlə keçirmiş və gələcəyə apara bilmişdir. Bizə elə gəlir ki, o, DTK-də işlədiyi illərdə də bütün varlığı ilə xalqına xidmət etmiş, neçə-neçə milli ziyalımızı DTK dəyirmanından xilas etmişdir. Harada işləməyindən asılı olmayaraq, hansı vəzifə, mənsəb sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsl azərbaycanlı kimi aparmışdır. 35 il bir məmləkətə rəhbərlik etmək hər dövlət və siyasi xadimin işi deyildir. Həm də bu 35 ildə görülən işlər öz masştabına, əhatəliyinə görə müqayisəolunmazdır.

...Ötən əsrin 70-80-ci illərində Bakı əsl tikinti meydanına çevrildi. Az bir vaxt içərisində Bakıda parklar, xiyabanlar, meşə zolaqları salındı. Gül-çiçəyə, yaşıllığa çevrildi şəhər. Bu işlər Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində də aparılırdı. Az bir vaxt müddətində tanınmaz oldu Azərbaycan. Yeni-yeni zavod və fabriklərin yaradılması, mikrorayonların, yaşayış sahələrinin sürətlə, həm də zövqlə, milli üslübla, koloritdə qurulması sözün həqiqi mənasında fantastik hadisəyə çevrilmişdi. Elmə, sənətə, ədəbiyyata, mədəniyyətə göstərilən qayğı və diqqət     respublikada hər şeyi coşğun çaya, nəhrə bənzəyirdi...

Çox keçmədi ki, Heydər Əliyevin Azərbaycanda gördüyü bu işlərin sorağı respublikanın sərhədlərini aşıb keçdi, bütün Sovet İttifaqına yayıldı. İctimai-siyasi həyatın və iqtisadiyyatın bütün sahələrində qazanılan yüksək nailiyyətlərə görə o vaxtkı keciçi bayraqlar təkcə bir ünvana – Azərbaycana yönəldi.

Azərbaycan Respublikası məhsuldar pambıq tarlalarına, üzüm sahələrinə və yüksək inkişaf etmiş sənaye ölkəsinə çevrildi. Təbii ki, belə nəhəng işlərin yaradılması, qurulması asan məsələ deyildi, hər dövlət rəhbərinin bacara biləcəyi, görə biləcəyi işlər də ola bilməzdi. Belə böyükmühüm işləri görmək üçün bütün ümumittifaqdaQafqaz obrazı” zəncirini, tilsimi qırmaq lazım idibunu da yalnız Heydər Əliyev kimi bir şəxsiyyət edə bilərdi. Cəmi bircə onillikdə təkcə SSRİ-də yox, bütün dünyada Azərbaycan adlanan bir məmləkəti və bu məmləkətdə yaşayan Azərbaycan xalqı tanındı, sevildi, qiymətləndirildi.

Hələ o dövrdə xalq görürdü ki, dünyanın hər yerində Azərbaycanı və azərbaycanlıları tanımaq üçün təkcə Heydər Əliyevi tanımaq bəs edərdi. Ona görə ki, Heydər Əliyev bütün çalarları ilə Böyük Azərbaycanlı idi. Özübunu həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...”. Ancaq bütün Azərbaycan xalqı da fəxr edirdi ki, onun Heydər Əliyev kimi bir övladı vardır...

Azərbaycana rəhbərlik etdiyi ilk gündən Heydər Əliyev mədəniyyətimizin tərəqqisi, inkişafı üçün çox işlər gördü. Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaltdı. N.Nərimanova, Nəsimiyə, Şah İsmayıl Xətaiyə, H.Cavidə, C.Cabbarlıyab. qoyulmuş möhtəşəm heykəl və abidələr Heydər Əliyev yadigarlarıdır.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda nə qədər şair və yazıçılarımızın yubileyləri keçirildi. Bu yubileylər respublika çərçivəsində deyil, ümumittifaq, ümumdünya miqyasında keçirildi. Belə yubileylərin təşkilat komitəsinin rəhbəri adətən Heydər Əliyev olurdu. Bir qayda olaraq bu yubileylər Bakıdan sonra Moskvada, Leninqraddabaşqa şəhərlərdə də keçirilirdi. O dövrdə yaşayanlar, belə əlamətdar günlərin şahidi  olanlar bilirlər ki, Heydər Əliyevin keçirdiyi hər bir yubiley əsl mədəniyyət, bayram hadisəsinə çevrilirdi. Belə mərasimlər xalqı təkcə tanıtmır, onu həm də ucaldırdı.

Yadımdadır ki, 1981-ci ilin payızı idi. Nizami Gəncəvinin yubileyi keçirilirdi. Keçmiş ittifaqdandünya ölkələrindən xeyli qonaqlar gəlmişdi. Çıxış edən qonaqlar poeziya bahadırı Nizami haqqında ürək sözlərini deyəndə, öz dahi şairinin xatirini belə əziz tutan xalqonun rəhbəri Heydər Əliyevin xidmətlərini də vurğulayırdılar. Moskvalı bir ədib dedi ki, baxın, bu il böyük Nizaminin nə 800, nə 850 illiyidir. Mən bu barədə hörmətli Heydər Əliyevə zarafatla deyəndə, o, cavab verdi ki, Nizami elə bir dahidir ki, onun yubileyini hər il, hətta hər ay da keçirməyə dəyər...

Ulu Öndər Füzuli, Nəsimi, Ü.Hacıbəyov, S.Vurğun, C.Cabbarlı haqqında da belə deyərdi...

O illərdə respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində sovet respublikalarında, eyni zamanda Azərbaycanda da Azərbaycanın və başqa xalqların ədəbiyyatı və mədəniyyəti günləri keçirilirdi. Xalqların belə qarşılıqlı məclisləri onların bir-birini daha yaxından tanımasına, mədəni əlaqələrin inkişafına şərait yaradırdı.

Sonralar Azərbaycan günləri dünya ölkələrində də keçirilməyə  başladı. Deməli, hələ o vaxtlar, yəni Sovet İmperiyası dövründə Heydər Əliyev Azərbaycanın gələcəyini, müstəqilliyini görürdüona görə də öz ölkəsini dünyada tanıtmaq istəyirdi. Belə günlər isə olduqca dolğun, təmtəraqlı olurdu. Xalqımızın mədəniyyəti, incəsənəti, musiqisi, hətta milli mətbəxi də Azərbaycan günləri keçirilən ölkədə təmsil olunurdu. Kuba Respublikasında keçirilən Azərbaycan günlərində bu  sətirlərin müəllifi də olmuşdur. Biz uzaq Kubada da bir daha şahidi olduq ki, Heydər Əliyevi dünyanın hər yerində yaxşı tanıyırlar.

Nümayəndə heyətimiz bironunla fəxr edirdi ki, Kuba Respublikasının hər yerində Bakının istehsal etdiyi kondisionerlər işləyirdi... Bütün bunlar Heydər Əliyevin xidmətlərinin əks-sədası idi.

1979-cu ildə mənəvi tərbiyə ilə bağlı Bakıda Ümumittifaq miqyaslı çox samballı bir elmi-tədqiqat konfransı keçirilirdi. O vaxt mən V.İ.Lenin muzeyində işləyirdim. Konfransın bölmələrindən biri bizim muzeydə təşkil olunmuşdu. Demək olar ki, SSRİ-nin ən görkəmli filosof, tarixçi, ictimayyətçi alimləri Bakı konfransına qatılmışdı. İki il idi ki, bu konfransa bütün ölkə miqyasında hazırlıq gedirdi. Konfransdan əvvəl Heydər Əliyev MK-da alimlərlə görüşmüş, onlarla geniş söhbət aparmışdı. Konfransa gəlmiş o vaxtın çox nüfuzlu alimləri özləri etiraf edirdilər ki, Heydər Əliyev fitri istedaddır. Təbii ki, onlar güman etmirlərmiş ki, Azərbaycan Respublikasının rəhbəri bu qədər hazırlıqlı, hərtərəfli şəxsdir.

Heydər Əliyev onlara deyirmiş ki, mən iki ildir ümumittifaq miqyasında mənəviyyatla bağlı çıxan bütün kitabları oxumuş, araşdırmışam. Açıq deyirəm, hörmətli alimlər bilməlidirlər ki, bu gün hamının Marksın, Leninin və başqalarının nə dediklərindən, nə yazdıqlarından xəbəri vardır. İnsanlara bu gün, yeni zaman üçün yeni söz deyilməlidir. Bu gün zamanın tələb etdiyi mənəviyyatın formalaşdırılmasından, bunun yollarından danışmaq, bunları açmaq lazımdır. Təəssüflər olsun ki, bunlar yoxdur, yenilik görünmür. Bax, siz alimlər nə deyirsiniz?! Bu yoxdur...

O vaxt Bakıya gəlmiş öz dövrlərinin tanınmış alimləri də Heydər Əliyevdən iftixarla, qürurla danışırdılar. Heydər Əliyevin tribunalarda coşğun, nəhrlərə bənzər nitq və çıxışlarını dinləyən insanların ona həsədlə baxdıqlarının çox şahidi olmuşuq...

Ötən əsrin 80-90-cı illərində bütün SSRİ-də dövlət xadimlərindən ən populyarı, ən çox tanınanı, seviləni bizim xalqımızın lideri idi desək yanılmarıq...

Heydər Əliyevlə şair danışanda onun şair olduğunu, yazıçı olduğunu, memardırsa onu memar, tarixçidirsə onu tarixçi kimi görürdü. Bu, o demək idi ki, böyük dövlət xadimi Heydər Əliyev həm də bütün elm, sənət dünyasına tam bələd olan bir şəxs kimi yaddaşlarda əbədiləşmişdir...

Azərbaycanda MK-nın birinci katibi olanda Heydər Əliyev bir neçə dəfə  Lenin muzeyində olmuşdur. O, olduqca diqqətli, gözündən heç bir şey yayınmayan adam idi. Onun muzeydəki eksponatlara, tarixi sənədlərə necə diqqətlə baxdığının dəfələrlə şahidi olmuşam. Muzeyə baxdıqdan sonra muzey əməkdaşları ilə söhbətlər edər, muzeydəki bir çox sənəd və eksponatlara öz münasibətini bildirərdi. Onun olduqca iti baxışları vardı. Ancaq insanlarla görüşəndə sadədən sadə olurdu. Bizim qarşımızda həmişə vəzifə qoyurdu ki, Lenin muzeyində də Azərbaycan bütün tərəflərilə görünməlidir.

Tale elə gətirib ki, Azərbaycan Yazıçılarının üç qurultayında Heydər Əliyevin Rəyasət Heyətində oturmasının və yazıçılar qarşısında parlaq nitqlərini dinləmək mənə də nəsib olmuşdur. Bir qayda olaraq onunla birlikdə Azərbaycan KP MK-nın Büro üzvləri də yazıçılar qurultayında iştirak edərdilər. O, Azərbaycanda gedən ədəbi proseslərə elə analiz verirdi ki, ən görkəmli tənqidçilər belə təəccüb və heyranlıq hissi ilə ona baxırdılar. Canlı şahidlər kimi biz deyə bilərik ki, dövlət başçısı müasir ədəbi qəhrəman məsələsində tənqidçiləri necə çətin vəziyyətə qoyurdu. Ancaq bir həqiqət vardı: Heydər Əliyev Azərbaycan ədəbiyyatının vurğunu idi və ədəbiyyatımızın nailiyyətlərindən danışmaqdan yorulmurdu. Beləliklə o, həm də ən böyük ədəbiyyatçı idi...

...Milli liderimiz Heydər Əliyevin böyük vətənpərvər, xalqsevər olduğu ötən əsrin 90-cı illərində özünü daha bariz şəkildə göstərdi. Məkrli, naqis ermənilərin Vətənimizə təcavüzü və bu təcavüzə M.Qorbaçov başda olmaqla Moskvanın dəstəyinə ilk kəskin etiraz səsini ucaldan, on illərlə xidmət etdiyi partiya biletini tullayan də, çəkinmədən, qorxmadan, milli cəsarətlə sovet hakimiyyətinə qarşı sarkazmla dolu tənqidlər söyləyən də ilk öncə Heydər Əliyev oldu. Ona arxalanan xalq ayağa qalxdı. Nəticədə müstəqil Azərbaycan Respublikası yarandı. Müstəqil Azərbaycanın beşiyi başında xalqın arxalandığı Heydər Əliyev dayandı.

1990-1993-cü illər xalqın yaxşı yadındadır. Müstəqillik qazanmış Azərbaycanın başının üstünü qara dumanlar almışdı. Fərasətsiz rəhbər sayəsində Azərbaycan parçalanmaq həddinə çatmışdı. Yaxşı ki, o vaxt Heydər Əliyev Azərbaycanda idi. Yaxşı ki, xalqın güman yeri olan Heydər Əliyev var idi...

Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyev respublikanın rəhbərliyinə gətirildi. O vaxtlar hamının yaxşı xatirindədir. Ölkədə anarxiya, xaos, hərc-mərclik baş alıb gedirdi. Üstəlik böyük dövlətlərin, xain ermənilərin təbliğatına uyan bəzi daxili separatçı qüvvələri baş qaldırdılar. Azərbaycanı müstəqil, suveren görmək istəməyənlər burada federativ dövlət yaratmaq niyyətində idilər. Belə ki, bir tərəfdə “ləzgistan”, bir tərəfdə “Kürdüstan”, cənubda isə “Talış-Muğan respublikası” yaratmaq planları qurmuşdular. Bax, belə bir şəraitdə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmişdi. Mən özüm əslən cənub bölgəsindən olduğumdan bir ziyalı kimi öz mövqeyimi o vaxt bildirmişəm. O vaxt cənubdan olan bir çox ziyalılar kimi, mən də Heydər Əliyev siyasətini müdafiə edərək, Vətənin parçalanmasına qarşı bütün varlığımla mübarizə aparıram. Mənim 1993-cü ilin yayında Lənkəranda və ətraf rayonlarda Ə.Hümbətovun at oynatdığı bir dövrdə “Azərbaycan” və “Xalq” qəzetində “Biz daha sıx birləşməliyik”, “Vətən bölünməzdir”, “İndi hansı tərəfə əyilməliyik” başlıqla məqalələrim, televiziyada çıxışlarım geniş əks-səda doğurmuşdu. Ə.Hümbətov Salyandan o tərəfə gözətçilər qoymuşdu. Mən çox çətinliklə Masallıya gedib, orada Heydər Əliyevi dəstəkləyən geniş mitinq təşkil edərək çıxış etdim. Yerli camaatı Heydər Əliyev ətrafında birləşməyə çağırdım. Mənim o vaxtkı fəaliyyətimi Azərbaycan prezidentinin keçmişmilli məsələlər üzrə müşaviri” Hidayət müəllim yaxşı bilir. Bizim ideya rəhbərimiz o idi.

Mən bu barədə nə özümü gözə soxmuşam, nə də kiməsə, harasa müraciət etmişəm. Bu, mənim vətəndaş mövqeyim idi. Əlbəttə, bir çox ziyalılar oldu ki, onlar şəxsi ambisiyalara uyaraq yollarından sapdılar, nəticəsi isə çox acınacaqlı oldu...

O vaxt Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Heydər Əliyev fenomeni, Heydər Əliyev cəsarəti və müdrikliyi qoruyub saxladı. Əgər bu böyük şəxsiyyət olmasaydı, Azərbaycanı həç bir qüvvə qurtara bilməzdi. Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi və geniş xalq məhəbbəti bir vəhdətlə birləşdiyindən Azərbaycan öz bütövlüyünü qoruyub saxladı.

1993-cü ildən keçən müddətdə böyük öndər ömrünün sonuna kimi xalqımız, Vətənimiz üçün çox işlər gördü. Ölkədə sabitlik yarandı, demokratik yol amalımız oldu. Ölkəmiz demokratiya yolu ilə, hüquqi dövlət quruculuğu ilə irəlilədi, xalq birliyi yarandı. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlətin əsas ideologiyası səviyyəsinə qaldırdı. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin ən böyük əsəridir desək, heç yanılmarıq.

Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi Heydər Əliyev dövlətçilik sahəsində tarixi işlər gördü. XIII əsrdə yaşamış xalqımızın böyük mətəfəkkiri Nəsrəddin Tusi özünün “Əxlaqi Nasiri” əsərində yazırdı ki, hər bir hökmdar cəmiyyətdə 4 zümrəyə (təbəqəyə, sinfə) diqqət və qayğı göstərməlidir. Bunlar qələm əhli (ziyalılar), silah əhli (ordu), sənətkarlıq, tacirlər, birtorpaq əhlidir (əkinçi).

Böyük alim N.Tusi yazırdı ki, bunların birinə cəmiyyətdə əgər yad münasibət bəslənsə, o cəmiyyət uzunömürlü ola bilməz...

İstər sovet dönəmində, istərsə də Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyev özünün dahi sələfi N.Tusinin tövsiyyələrini həmişə həyat məramı kimi qəbul etmişdir. O, özünün rəhbərliyi dövründə həmişə ziyalılara, zəhmət adamlarına diqqət və qayğı göstərmişdi. Azərbaycanın müstəqilliyi dövründə ölkə rəhbəri ziyalılara həm mənəvi, həm də maddi dayaq olmuşdur. Son dövrlərdə mərhum prezidentimiz nə qədər şair və ədibə, artist və musiqiçilərə prezident təqaüdü ayırmışdır. Yaxşı ki, bu bu gündavam etdirilir. Belə yardıma, belə diqqətə alimlərin də ehtiyacı vardır...

Heydər Əliyev bir insan ömründə gördüklərini qeyrisi heç on insan ömründə də görə bilməzdi.

Mən böyük bir həqiqəti çox demişəm, bu gün də deyirəm: Heydər Əliyevin dilimiz, dinimiztariximiz üçün gördüyü işlər bəs edərdi ki, ona sağlığında heykəl ucaldılsın. O, öz dilini sevir, ona hörmətlə yanaşırdı.

Yadımdadır, 1998-ci ildə Bakıda iki böyük islam toplantısı keçirildi. Hər iki konfransda ölkə prezidenti iştirak etmişgeniş, parlaq nitq söyləmişdir. O günlər indi də gözlərim qarşısındadır. Azərbaycan prezidentinin “Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə islam dininə, mədəniyyətinə mənsub olması ilə fəxr edirmövzusunda söylədiyi parlaq nitq dünyanın hər yerindən gəlmiş görkəmli din xadimlərini, teoloqları sanki ovsunlamışdı. Heç nəyə baxmadan, sinədən söylənən sanballı, lokanik və məzmunlu nitq hamını sözün həqiqi mənasında heyran qoymuşdu...

Onun gördüyü işlərdən, tarixdə qalacaq əməllərindən günlərlə danışmaq olar. Milli iftixarımız Heydər Əliyevdə böyük dövlətçilik bacarığı, siyasi liderlik istedadı milli qayəliyi ilə həmişə bir vəhdətdə idi. Kaş Allah-Təala hər əsrdə Heydər Əliyev kimi bir oğul Azərbaycana bəxş edəydi...

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, gənc prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla gedir.

 

 

 

Musa Quluzadə,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim

İki sahil.- 2021.- 6 may. S. 8-9.