Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademik

 

 

 

Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın vəfatından 2 il ötür. Görkəmli alimin xatirəsi xidmətləri bu gün ehtiramla anılır. Yetirmələri arasında 20-dən çox elmlər namizədi elmlər doktoru var.

 

NUHÇIXAN xəbər verir ki, respublikanın tanınmış kimyaçı alimi, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında Analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə Analitik kimya ixtisası üzrəGermaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi onun fotometrik metodla təyinimövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri onların analitik tətbiqimövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə Analitik kimya ixtisası üzrə professor elmi adını alıb Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmışEkoloji kimya ətraf mühitin mühafizəsielmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda Analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

 

Onun rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuşAnalitik kimyanın əsasları” (iki cilddə) Analitik kimyadan məsələ suallarkitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi doktorantlarının inkişafında mühüm rol oynayıb.

 

Akademik Rəfiqə ƏliyevaEkoloji kimya ətraf mühitin mühafizəsielmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsinə rəhbərlik edib. Bu işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz iqtisadi cəhətdən əlverişli metodları işlənib hazırlanıb.

 

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri daxil olmaqla ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

 

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

 

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildəƏməkdar elm xadimifəxri adına layiq görülüb, 2009-cu ildəŞöhrətordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı “2001-ci ilin işgüzar qadınıseçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyiİlin alimifəxri adına, “EkologiyaÜmumi ekologiyaadlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

 

2018-ci ildəAzərbaycanımBeynəlxalq Jurnalının redaksiya şurasıAkademik Rəfiqə Əliyeva adına Qızıl Ordentəsis edib.

 

Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən, kimyaçıların yeni nəslinin yetişməsində əvəzsiz rolu olan akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının tələbələrinin qəlbində həmişə yaşayacaq.

 

 

İki sahil .- 2021.- 7 may.- S.4.