Naxçıvan Muxtar Respublikası:
Ölkənin regional iqtisadi
inkişafında təşəkkül tapan uğurlar
Azərbaycan
Respublikasında davamlı iqtisadi inkişafın təmin
olunması etibarlı müqavimətliliyin təşəkkülünə
və uzunmüddətli hədəflərin
reallaşmasına xidmət etməkdədir. İstər
regional tarazlığın qorunması, istərsə də
onun sosial mahiyyətinin yüksəldilməsi ümumi mənada,
ölkənin milli iqtisadiyyatının
dayanıqlılığını artırmış, onu daha
da gücləndirmişdir. Nəticədə 2004-cü ildən
uğurla davam edən regional iqtisadi inkişaf üzrə
Dövlət proqramları və digər hüquqi tənzimləmə
mexanizmləri müəyyən olunan hədəflərin əlçatanlığına
zəmin yaratmışdır. Artıq hər bir iqtisadi rayon həyata
keçirilən tədbirlərin sosial-iqtisadi nəticələrinin
geniş əhatədə formalaşması fonunda
böyük potensialla öz inkişafına davam etməkdədir.
Təbii ki, bu özündə olduqca strateji mahiyyətə
malik olan amillərin məcmusunu da birləşdirir. Hər
şeydən əvvəl regionlar üzrə:
- resurslarla təminatlılığın;
- istehsalın fasiləsizliyinin;
- infratsruktur təşkilatlanmasının;
- əmək ehtiyatlarından istifadənin;
- məşğulluq göstəricilərinin təşəkkülü
ilə iqtisadiyyatın sosiallaşmasının və artan təlabatlara
nəzarətin etibarlılığı mümkün
olmuşdur.
Təbii ki, bütün bunlar müasir müstəqillik
illərinin qürurverici ifadəsi olmaqla, ölkənin
bütün regionlarının davamlı inkişafına yol
açmışdır ki, burada da Naxçıvan Muxtar
Respublikası mühüm əhəmiyyətə malikdir. Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, milli
iqtisadi quruculuq proseslərində uğurla iştirak edən
muxtar respublika makroiqtisadi hədəf və prioritetlərin
reallaşmasında perspektivli nəticələr əldə
etmişdir. Nəticədə əsas makroiqtisadi göstərici
olan ümumi daxili məhsulun (ÜDM) həcmi yüksək
artım dinamikasına malik olmuşdur. ÜDM-nin
strukturunda təşəkkül tapan aparıcı sahələr,
xüsusilə də, sənaye və kənd təsərrüfatı,
eyni zamanda, aktuallığını getdikcə
artırmış olan digər istiqamətlər muxtar
respublikanın abadlaşan kəndlərinin, müasirləşən
şəhərlərinin və bütövlükdə,
inkişaf edən iqtisadiyyatının gerçək
ifadəsinə çevrilmişdir.
Ölkəmizdə regional və milli səviyyələrdə
reallaşan tədbirlər öz növbəsində pandemiya
və böhranlardan qorunma sahəsindəki imkanları da
artırmış oldu. Məhz Naxçıvan Muxtar
Respublikası da ölkəmizin ayırlmaz tərkib hissəsi
olaraq makroiqtisadi potensialla öz
dayanıqlılığını qorumuşdur. Bunu 2021-ci
ilin ötən dövrü ərzində makroiqtisadi göstəricilərin
həcmi də göstərir.
Şəkil
1
2018-2021-ci
illərin yanvar-aprel aylarında istehsal olunan (min manat)
Şəkil 1-in məlumatlarının təhlili
göstərir ki, cari ilin yanvar-aprel aylarında istehsal olunan
ÜDM-nin həcmi və strukturu üzrə göstəricilər
iqtisadi artımın ifadəsi olmaqla, əvvəlki dövrlərlə
müqayisədə keyfiyyətcə yeni mərhələni
başlatmışdır. Qeyd edək ki, cari ilin istinad olunan
dövrü ərzində istehsal olunan ÜDM-nin həcmi
2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə artmışdır.
İqtisadiyyatın şaxələndirilməsi onun
aparıcı sahələrinin artımında
özünü göstərmişdir ki, burada da sənayenin
inkişafı artan aktuallığı ilə seçilir. Sənaye
ardıcıl illər üzrə həm özünün, həm
də əlaqəli sahələrin etibarlı inkişafı
nəticəsində ÜDM-nin strukturunda ilk yerdə təşəkkül
tapmışdır.
Şəkil
2
2018-2021-ci
illərin yanvar-aprel aylarında istehsal olunan sənaye məhsulunun
həcmi (min manat)
Məqsədyönlü iqtisadi tənzimlənmə sahəsindəki
əlçatanlıq, resurslardan səmərəli istifadə
olunması, mövcud istehsal müəssisələrinin fəaliyyətinin
daha da yaxşılaşdırılması, yenilərinin isə
yaradılması və bu kimi tədbirlərin davamlı
xarakterə malik olması öz məntiqi nəticələrini
sənaye məhsulunun həcmində də göstərmişdir. Məhz bunların nəticəsində
də istinad olunan dövrlər üzrə sənaye məhsulunun
həcmində 1,1 dəfədən
çox artım qeydə alınmış və milli iqtisadi
quruculuq proseslərinin çox mühüm ifadəsi olaraq təşəkkül
tapmışdır.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında kənd
təsərrüfatının da rolu böyükdür. Bu sahə
özünün sosial-iqtisadi xüsusiyyətlərinə və
artan təlabatların qarşılanmasında
etibarlılıq göstəricilərinə görə
aktuallığını daha da artırmaqdadır. İstər ərazisinin aqrar bölgə
olmasına, istərsə də əhalisinin yerləşməsinə
görə kənd təsərrüfatı muxtar respublika
iqtisadiyyatındakı yerini daha da möhkəmləndirməkdədir.
Buna görə də, geridə qalan illərin və
onların müvafiq dövrlərinin sosial-iqtisadi inkişaf
göstəricilərinin təhlilində bu sahənin
inkişafı özünü göstərməkdədir.
Şəkil
3
2018-2021-ci
illərin yanvar-aprel aylarında istehsal olunan kənd təsərrüfatı
məhsulu haqqında məlumat (min manat)
Müvafiq tənzimlənmə mexanizminin səmərəli
təşkili kənd təsərrüfatının
düşünülmüş və uzunmüddətli
prioritetlər fonunda inkişafını təmin etmişdir. Ardıcıl
və məqsədyönlü tədbirlər fonunda
reallaşan tədbirlər muxtar respublikada aqrar bölmədə
lizinq xidmətinin inkişafı sahəsində həyata
keçirilən tədbirlər üzrə gətirilən
texnikalar bu sahədə zəruriliyi ilə
seçilmişdir. Nəticədə, kənd
təsərrüfatı məhsulları
istehsalçılarının müxtəlif texnika və
avadanlıqlara əlçatanlığı təmin
olunmuşdur. Təkcə 2021-ci ilin yanvar-aprel ayları ərzində
istehsal olunan kənd təsərrüfatı məhsulu həcminin
2018-ci ilin eyni dövrünün göstəricisindən 1,2 dəfəyə yaxın çox
olmasını bu haqda mühüm nəticə olaraq qeyd etmək
olar.
İqtisadiyyatın sahə strukturunun ümumi və
kompleks inkişafı üçün güclü
dayaqların da ifadəsi olaraq təşəkkül tapan bu
göstəricilər muxtar respublikanın regional iqtisadi siyasətinin
etibarlılığını daha da
artırmışdır. ÜDM-nin strukturunda yer alan istiqamətlər iqtisadiyyatın çox
mühüm inkişaf göstəririclərini təşkil etməkdədir.
Təhlillər göstərir ki, muxtar
respublikada dinamik iqtisadi inkişaf müəyyən olunan hədəflərin
reallaşması ilə daha etibarlı olmuşdur. İstinad olunan illər və onların müvafiq
dövrləri üzrə olan müqayisələr də bunu
göstərir.
Şəkil 4.
2018-2021-ci
illərin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəricilərin
artım vəziyyəti (dəfə)
Əsası xalqımızın ümummilli lideri Heydər
Əliyev tərəfindən uzaqgörənliklə müəyyən
olunan müasir iqtisadi inkişaf strategiyası ölkəmizin
bütün regionları kimi, Naxçıvan Muxtar
Respublkasının da davamlı və dayanıqlı iqtisadi
inkişafını təmin etmişdir. Ölkə
başçısı cənab İlham Əliyevin həyata
keçirdiyi tədbirlər və uğurla
reallaşdırdığı islahatlar milli iqtisadiyyat
üçün yeni keyfiyyət mərhələlərinin əsasları
olaraq çıxış etməkdədir. Bunu regionların sosial-iqtisadi inkişafının
sürətlənməsi sahəsindəki ardıcıl tənzimləmələrin
mövcudluğu da göstərməkdədir.
Keçən müddət ərzində muxtar respublika
iqtisadiyyatının hərtərəfli inkişafı təmin
olunmuş və bu, daha böyük uğurlar
üçün əsaslar yaratmışdır. Bu, ölkə
başçısının cari ilin may ayının 10-da
Naxçıvan Muxtar Respublikasına növbəti səfəri
zamanı bir daha özünü göstərdi. Tarixi səfər
çərçivəsində Azərbaycan Televiziyasına
müsahibəsi zamanı muxtar respublikanın davamlı iqtisadi
inkişafı haqqında suala cavab verərkən dövlət
başçısı demişdir: “Təəssüratlarım
çox müsbətdir. Hər zaman
Naxçıvanda olanda, burada inkişafı görəndə
çox sevinirəm. Bu, mənim
Naxçıvana 15-ci səfərimdir və hər səfər
çərçivəsində bir çox obyektlərin
açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir.
Bütün sahələr üzrə işlər
müsbət istiqamətdə gedir.”
Dövlət başçısının muxtar
respublikaya səfəri iqtisadi inkişafın hazırkı mərhələsi
üçün zəruri əhəmiyyətə malik olan
uğurlarla yadda qaldı. Təbii ki, çox
mühüm əhəmiyyəti olan tədbirlərdən biri
Naxçıvan Beynəlxalq Hava Limanının (NBHL) yeni,
ikinci Uçuş-Enmə Zolağının (UEZ) tikilməsindən
ibarətdir. Qeyd edək ki, 2019-2023-cü
illəri əhatə edən regional inkişaf üzrə
dördüncü Dövlət Proqramında Naxçıvan
Muxtar Respublikası üçün strateji əhəmiyyətə
malik olmağı ilə seçilən mühüm məsələlərdən
biri infrastrukturun gücləndirilməsi, daha doğrusu, nəqliyyat
sahəsindəki inkişafın davamlılığı ilə
bağlıdır. Burada yol təsərrüfatı
və nəqliyyatın inkişafı üzrə
Naxçıvan Beynəlxalq Hava Limanında yeni
uçuş-enmə zolağının tikintisinin
reallaşdırılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, UEZ-nın uzunluğu 3300, eni 60 metr olub,
ümumi sahəsi 250 kvadratmetr, yükgötürmə qabiliyyəti
isə 400 ton təşkil etməkdədir.
Təəssüfləndirici həqiqətdir ki, muxtar
respublikamız uzun illərdir ki, tarixi düşmənlərimiz
erməni daşnaqları tərəfindən blokada şəraitindədir. Lakin buna baxmayaraq, Ulu öndər
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri işləyərkən əsaslarını
yaratdığı dinamik, güclü, müqavimətli
iqtisadi siyasətin hazırda da müasir dövrün
çağırışları ilə səsləşməsi
nəticəsində yeni hədəflər, yeni ideyalar və
uğurlu təşəbbüslər reallığa
çevrilməkdədir. Bu isə, əlbəttə
ki, blokadanın təhdidlərini və bütün neqativ təsirlərini
sıfıra endirməkdədir. Təbii
ki, burada NBHL-da yeni UEZ-nın tikintisi, eyni zamanda, bu tədbirlərin
gerçək və uzaq gələcəyə
hesablanmış nəticəsidir. Həmin
layihənin reallaşmasından sonra Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
dayanıqlığını daha da artıracaq və sərnişinlərin,
yükün və poçtun daşınmasındakı
alternativ imkanları daha da genişləndirməklə daha
böyük təyyarələrin qəbul olunmasına imkan
verəcək.
Ölkə
başçısının iştirakı ilə 10 may
tarixində NBHL-da yeni UEZ-nın təqdimatının
keçirilməsi, qarşıdakı dövrlər üzrə
reallaşması nəzərdə tutulan hədəflərin əlçatanlığını
daha da asanlaşdıracaq. Bu, muxtar
respublikanın nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi
sahəsində yeni keyfiyyət mərhələsi olmaqla,
ümumilikdə, sərnişinlərin daha rahat və daha təhlükəsiz
aviasiya xidmətləri ilə əhatə olunmasına səbəb
olacaq. Artıq NBHL bu potensialla Beynəlxalq
Aviasiya ailəsinin bir üzvü olmaqdadır.
Təbii ki, Naxçıvan Muxtar Respublikası ölkə
başçısının tarixi səfəri ilə yeni bir
inkişaf mərhələsinə qədəm qoymuşdur. Burada:
-
Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun
açılışı;
-
Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin
binasının tikintisi;
- “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan
filialının açılışı;
-
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının
açılışı;
- Süni
Mayalanma Mərkəzinin açılışı;
-
Culfa-Ordubad magistral avtomobil yolunun açılışı;
- Ordubad
Su Elektrik Stansiyasının tikintisi;
- “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsinin
açılışı kimi tədbirlər dövlət
başçısının xeyir-duası ilə muxtar
respublikanın qarşıdakı dövrlər üzrə
uğurlarının əhatə dairəsini daha da genişləndirəcək.
Artıq
bu tədbirlərin davamı olaraq 19 may 2021-ci il
tarixdə “Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər” haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamının xüsusi
önəmini qeyd etmək lazımdır. Orada
Naxçıvan Muxtar Respublikasının ərazisində əkin
sahələrinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması,
habelə əhalinin içməli suya tələbatının
ödənilməsi üçün 20 ədəd subartezian
quyusunun layihələndirilməsi və qazılması məqsədilə
“Azərbaycan Respublikasının 2021-ci il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.38.3-cü
yarımbəndində göstərilmiş 1,0 (bir) milyon
manatın Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə ayrılması nəzərdə tutulmuşdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası
ölkənin regional və milli iqtisadi inkişafında daha
böyük uğurlarla iştirak etməkdədir. Həyata
keçirilən tədbirlərin sosial və iqtisadi əhəmiyyəti
onun yaxın və uzaq gələcək üzrə təşəkkülündə
keyfiyyətcə yeni mərhələnin əsaslarını
təşkil edəcək. Bu isə,
bütün tərəfləri ilə muxtar respublikanın
makroiqtisadi inkişafı üçün
dayanıqlılıq və müqavimətlilik deməkdir.
Cavadxan Qasımov
Naxçıvan Dövlət
Universitetinin dosenti,
iqtisad üzrə
fəlsəfə doktoru
İki sahil.- 2021.- 20 may.- S.21.