Naxçıvan bizim əziz
diyarımızdır, Heydər Əliyevin Vətənidir -
Prezident İlham Əliyev
«Hesab
edirəm ki, bu səfərin çox böyük rəmzi mənası
var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki,
Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın
10-da Naxçıvandayam. Bu doğum
günündə mütləq burada olmalıydım”» söyləyən
dövlət başçımızın səfər çərçivəsində
açılışında iştirak etdiyi obyektlərin hər
biri Ulu Öndərin ad gününə töhfə idi
Prezident İlham Əliyevin Naxçıvan Muxtar
Respublikasına on beşinci səfəri tarixiliyi
baxımından ata-baba yurduna əvvəlki gedişlərindən
fərqləndi. Tarixi İpək Yolunun üstündə yerləşən,
geostrateji əhəmiyyətə malik, türk
dünyasının birliyi və həmrəyliyində
oynadığı rolu ilə fərqlənən bu qədim
diyar inkişafının intibah dövrünü
yaşayır. Dahi şəxsiyyət Heydər
Əliyevin Naxçıvanın təhlükəsizliyinin
qorunması naminə göstərdiyi fədakarlığı
davam etdirən Prezident İlham Əliyevin Ulu Öndərin
doğum günündə Naxçıvana səfəri ,
muxtar respublikanın iqtisadiyyatı üçün
mühüm əhəmiyyətə malik bir sıra obyektlərin
açılışında iştirakı da təsadüfi
deyil. Prezident İlham Əliyevin Ermənistan
üzərində tarixi Qələbəmizdən sonra söylədiyi
«Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu,
böyük Qələbədir! Bu gün şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun
Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
sözlərinin davamı olan «Tarixi Zəfərdən sonra bu,
atamın birinci doğum günüdür. Ona görə mən
hesab etdim ki, ənənəvi olaraq onun məzarını
ziyarət edəndən sonra onun Vətəninə –
Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin
çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi,
mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm.
Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada
olmalıydım”» söyləyən dövlət
başçımızın səfər çərçivəsində
açılışında iştirak etdiyi obyektlərin hər
biri Ulu Öndərin ad gününə töhfə idi.
Prezident İlham Əliyevin «Bu gün burada
olmağımın xüsusi rəmzi mənası var.
Naxçıvan bizim əziz diyarımızdır, Heydər
Əliyevin Vətənidir. Hər bir azərbaycanlı
üçün əziz, doğma diyardır və
Naxçıvanın inkişafı, çiçəklənməsi
artıq reallıqdır. Bu reallığı biz özümüz
yaratmışıq. Bu gün Ulu Öndərin
xatirəsinə göstərilən ən böyük diqqət
məhz özünü, bax, bu inkişafda təcəssüm
etdirir» sözləri Ulu Öndərin Naxçıvandan
başlanan islahatlar siyasətinin uğurlu davamının təsdiqidir.
Doğma torpağa bağlı olan
naxçıvanlıların gərgin əməyi sayəsində
ildən-ilə gözəlləşən, yenidən qurulan,
müasirləşən muxtar respublikada insanların həyat
səviyyəsi də yüksəlir. Dövlət
başçımızın muxtar respublikaya səfəri
çərçivəsində Naxçıvan Beynəlxalq
Hava Limanının yeni uçuş-enmə
zolağının təqdimatı, Əlahiddə
Ümumqoşun Ordunun hərbi aerodromunun
açılışı, «ASAN xidmət”» mərkəzinin
binasının tikintisi, «Azərxalça»” ASC-nin
Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin
və Naxçıvan Qarnizonu Mərkəzi
Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun istifadəyə
verilməsi ilə muxtar respublikanın iqtisadiyyatı daha da
güclənəcək. Dövlət
başçımızın Ordubad Su Elektrik
Stansiyasının tikintisi, dəmir yolu stansiyasında
aparılan yenidənqurma işləri ilə maraqlanması,
Ordubad rayon mərkəzi və ətraf kəndlərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması” layihəsinin
açılışında iştirakı bu qədim
diyarda son illərdə aparılan kompleks quruculuq işlərinə
artan diqqətin ifadəsidir.
Prezident İlham
Əliyevin «Naxçıvan sürətlə inkişaf edir.
Bütün sahələr üzrə işlər müsbət
istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur
layihəsinin açılışında iştirak etmişəm,
o cümlədən Ordubad şəhərində içməli
su və kanalizasiya layihəsinin istifadəyə verilməsini
qeyd etmişik. Yollarla, elektrik təchizatı,
qazlaşdırma ilə bağlı – bütün istiqamətlər
üzrə muxtar respublikada görülən işlər məni
çox sevindirir. Təkcə onu demək kifayətdir ki,
qazlaşdırmanın səviyyəsi artıq 100 faizə
çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə
çatıb və Naxçıvanda çox böyük enerji
potensialı yaradılıb. Vaxtilə Naxçıvanda
işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər
də Ermənistan tərəfindən kəsilmişdi.
İndi isə Naxçıvan özünü elektrik enerjisi
ilə tam təmin edir və bərpaolunan mənbədən
istifadə edir. Bu, çox önəmlidir. Çünki bu,
Naxçıvanın gözəl təbiətinə və
ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir»
sözləri muxtar respublikanın inkişafına verdiyi qiymətdir.
Muxtar respublikada yol-nəqliyyat infrastrukturuna
göstərilən diqqət sayəsində ən ucqar kəndlərə
belə rahat yolların çəkilişi, magistral
yolların ən müasir səviyyədə təmir və bərpa
olunması insanların
həyat şəraitini
yaxşılaşdırmaqla, azad rəqabətin, investisiya
mühitinin sağlamlaşdırılmasına,
sahibkarlığın inkişafına göstərilən dəstəkdir.
Muxtar respublikada fəaliyyət göstərən
müəssisələrdə 127 növdə, 608
çeşiddə ərzaq, 257 növdə, 925
çeşiddə qeyri-ərzaq olmaqla, ümumilikdə 384
növdə, 1533 çeşiddə məhsul istehsal olunur. 108
növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350
növdə məhsula olan tələbatın tamamilə
yerli istehsal hesabına ödənilməsi idxaldan
asılılığın ciddi şəkildə
azaldılmasına, əhalinin tələbatının keyfiyyətli
məhsullarla ödənilməsinə şərait
yaradıb. Sahibkarlığın inkişafına göstərilən
diqqətin nəticəsidir ki, son illərdə 1529 layihə
dövlət tərəfindən maliyyələşdirilib,
iş adamlarına 169 milyon manatdan çox güzəştli
kreditlər ayrılıb. Muxtar respublikada sürətlə
artan ümumi daxili məhsul istehsalında sahibkarlıq subyektlərinin
88 faizi təşkil etməsi, istehsal proseslərində
müasir texnologiyaların tətbiqi məhsuldarlığın
keyfiyyətini də yüksəldir. Muxtar
respublikada fəaliyyət göstərən 40-a yaxın ixrac
potensiallı müəssisədə hazırlanan ekolji
baxımdan daha keyfiyyətli məhsulların ABŞ, Çin,
BƏƏ, Rusiya, Türkiyə, İran, Ukrayna, Qazaxıstan,
Türkmənistan kimi ölkələrə göndərilməsi
muxtar respublikanın xarici ticarət əlaqələrinin
coğrafiyasını da genişləndirib. Ümumi
daxili məhsul istehsalı 10 dəfədən çox artan
muxtar respublikada sənayenin inkişafı, eyni zamanda yeni
iş yerlərinin açılması deməkdir. Süni
Mayalanma Mərkəzinin açılması ilə aqrar
sektorun inkişaf etdiyi Naxçıvanda əhalinin süd və
süd məhsulları ilə təchizatında heç bir
problem qalmayacaq. Sosial siyasət və pensiya təminatı sahələrində
növbəti uğurlu addım milli brendimiz olan «ASAN xidmət»
və DOST layihələrinin muxtar respublikada da tətbiqidir. Böyük turizm potensialına malik Naxçıvan
aeroportunda yeni uçuş-enmə zolağının
açılışı bu sahənin inkişafı
üçün yeni imkanlar yaradacaq.
İşğalçı Ermənistanın sahib olmaq istədiyi
Naxçıvanın təhlükəsizlinin təminatı
istiqamətində görülən işləri müsahibəsində
diqqətə çatdıran Prezident
İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın
Şərqə açılan qapısı olan
Naxçıvanın müdafiə potensialının möhkəmlənməsi
hər zaman diqqətdə saxlanılıb: «Əlbəttə
ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun
döyüş qabiliyyəti də yerindədir və
uğurlu Günnüt əməliyyatı - üç
il bundan əvvəl keçirilmiş əməliyyat bunun
bariz nümunəsidir. O əməliyyat Ermənistanda
hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona
görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir
növ ört-basdır etməyə çalışdı.
Biz də heç üstünü vurmadıq. Çünki
bizə hansısa təbliğat yox, real iş lazımdır.
Biz çox önəmli strateji yüksəklikləri Ermənistan
ordusundan təmizlədik, o yüksəklikləri əldə
etdik. Bu yüksəkliklər imkan verdi ki, biz
artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan
Dağlıq Qarabağa gedən yola da nəzarət edirik.»
Günnüt əməliyyatı Naxçıvan
Ümumqoşun Əlahiddə Ordunun potensialını göstərdi.
İkinci Qarabağ müharibəsində böyük təcrübəyə
malik Naxçıvan hərbçiləri, xüsusi təyinatlılar
fədakarlıq göstərmiş və şəhidlər
vermişlər,
Azərbaycanın ən
inkişaf etmiş bölgələrindən olan
Naxçıvanın liderliyini bundan sonra da
saxlayacağını Azərbaycan Televiziyasına müsahibəsində
bildirən Prezident İlham Əliyevin
vurğuladığı kimi, Zəngəzur dəhlizinin
açılması muxtar respublikanın inkişafına daha
böyük töhfələr verəcək. Ötən il noyabrın 10-da imzalanmış
üçtərəfli birgə Bəyanata Zəngəzur dəhlizi
ilə bağlı bəndin salınması Azərbaycanın
siyasi , iqtisadi uğuru olmaqla, muxtar respublikanın Avropaya
açılan qapı statusunu gerçəkləşdirir,
türk dünyasının birlik və həmrəyliyinə
etibarlı zəmin yaradır. Zəngilan-Ordubad dəmir
yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin
açılması artıq reallıqdır. Bu yolun
açılması Ermənistanın revanşist əhval-ruhiyyəli
qüvvələrinin sərsəm ideyalarının sonu
olmaqla, Azərbaycanın «dəmir yumruğ”u»nun güc və
qüdrətinin də ifadəsidir. Müsahibəsində
regional əhəmiyyətli və türk dünyasının
birliyini təmin edəcək və Azərbaycan
üçün mühüm əhəmiyyətə malik Zəngəzur
dəhlizi ilə bağlı fikirlərini açıqlayan
Prezident İlham Əliyevin «Mən təsadüfən Ordubad dəmir
yolu stansiyası ilə tanışlığa gəlməmişəm.
Çünki bunun da çox böyük rəmzi mənası
var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr
uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər
tərəfindən dağıdılmış dəmir yolu
stansiyasında baxış keçirdim. Orada dəmir yolu
mövcud deyil. Mənfur düşmən bütün dəmir
yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir
mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı
Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur
dəhlizidir, hansı ki, açılmalıdır və
açılacaqdır» sözləri Ermənistana daha ciddi xəbərdarlıqdır.
Müzəffər
Ordumuzun Ali Baş Komandanı kimi Dağlıq Qarabağ
münaqişəsinin artıq həll olunduğunu, Fransa və
Kanadanın Xarici İşlər Nazirliklərinin Azərbaycanın
daxili işlərinə qarışmasına qəti
etirazını bildirən Prezident İlham Əliyevin «Gedin,
öz işlərinizlə məşğul olun» xəbərdarlığı,
« Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda
yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin. Ona
görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək
və münasibətlərimizi gərginləşdirməmək
üçün nə status haqqında, nə münaqişə
haqqında hər hansı bir açıqlama verilməsin.
Veriləcəksə, cavablarını alacaqlar» sözləri
revanşist düşüncələrə birdəfəlik
son qoyur: «Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq
yerindədir. Heç kim bizim qabağımızda dura bilməz.
Əgər biz zərrə qədər təhlükə
görsək, - zərrə qədər, - onları dərhal
məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik.
Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz
də var, cəsarətimiz də var.»
Bu sözləri ilə daşnak
ideologiyasının «Naxçıvan siyasəti»nə əbədilik
son qoyan Prezident cənab İlham Əliyevin muxtar respublikadan
ermənipərəst qüvvələrə ünvanlanan
mesajları qüdrətli dövlət
başçısının, Ali Baş Komandanın siyasi iradəsinin,
qətiyyətinin, erməni faşizmi üzərində
Qələbəsinin əbədiyyət rəmzidir.
Xuraman
İsmayılqızı
İki sahil.- 2021.- 19 may.- S.4.