Zəngəzurun yaxın tarixinə baxış
İlham
Əliyev: Zəngəzur mahalının Ermənistana verilməsi
böyük ədalətsizlik idi. Doğma
torpağımızın bir
parçası Ermənistana
birləşdirildi. Bunun
çox böyük mənfi nəticəsi oldu. Bu, bütün
Türk dünyasını
parçaladı
Azərbaycan torpaqlarında erməniləri
yerləşdirmək siyasətinin
əsası hələ
1-ci Pyotrun dövründə
qoyulmuşdur. 1722-ci ildə
1-ci Pyotr Azərbaycana
yürüşündən sonra 1724-cü ildə Bakı və ətraf ərazilərdə
erməniləri yerləşdirmək
haqqında fərman imzalamışdır. Rus
imperiyasının siyasi
elitası Quzey və Güney Qafqazda müsəlmanların,
əsasən də türklərin yaşamasını
heç cür həzm edə bilmirdilər.
1813-cü ildə
imzalanan Gülüstan
sülh müqaviləsindən
dərhal sonra Azərbaycan ərazisinə
ilk olaraq almanları yerləşdirməyə
başladılar. 1828-ci il
Türkmənçay sülh
müqaviləsindən sonra
isə ermənilərin
və rusların kütləvi şəkildə
Azərbaycan torpaqlarına
köçürülməsinə başlanıldı.
Güney Qafqazda
erməni məskənləri
istisna olmaqla 34 rus kəndi salınmışdı ki,
onun da 30-u Azərbaycan torpaqlarında
yerləşdirilmişdi.
10 fevral
1828-ci il Türkmənçay
sülh müqaviləsindən
2 ay keçməmiş
Naxçıvan və
İrəvan xanlıqlarının
ərazisində erməni
vilayəti yaradıldı.
Bütün bunlar Azərbaycanda yaşayan əhalini müsəlman türk dünyasından ayırmağa hesablanmışdı.
Belə ki, xristian alman, erməni, rus
köçkünlər Azərbaycanın
qərbindən, Qazax-Gədəbəydən
başlayaraq güneyində
İmişli-Biləsuvara qədər
yerləşdirilmişdi ki,
gələcəkdə Azərbaycan
torpaqları ilə ilk növbədə Türkiyə arasında olan əlaqəni tamamilə kəssinlər.
Bütün bəlalarımızın - Zəngəzur
da daxil olmaqla indiki Ermənistan ərazisinin bizdən qoparılması,
Naxçıvanın ayrı
düşməsi, Qarabağ
problemi, 1918-1920-ci illərin
soyqırımlarının əsası o zamandan qoyuldu.
44 günlük
Vətən müharibəsinin
nəticəsi olaraq imzalanmış 10 noyabr üçtərəfli Bəyanatının
şərtlərinə əsasən,
Ermənistan və Azərbaycan qarşılıqlı
olaraq blokadanı aradan qaldırmalı, bütün nəqliyyat, kommunikasiyalar bərpa olunmalı, ən əsası Naxçıvanla
Azərbaycan arasındakı
Zəngəzur dəhlizi bərpa olunmalıdır.
Nədənsə istər Azərbaycanda, istərsə də Ermənistanda, eləcə
də dünyada ən çox müzakirə olunan mövzu Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələ
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2021-ci il 20 aprel tarixində
Azərbaycan Televiziyasına
müsahibəsində
dediyi “Biz Zəngəzur dəhlizini
icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə
də zorla həll edəcəyik” sözləri bütün
dünyada rezenans doğurmuş, hətta bir çox ölkələrin KİV-lərində
Azərbaycanın Zəngəzuru
Ermənistandan zorla, müharibə yolu ilə alacağına dair yazılar yazılmış, ciddi müzakirələr bu gün də getməkdədir. Lakin
cənab Prezident öz çıxışında
dəfələrlə vurğulamışdır:
“Baxmayaraq Ermənistan
dövləti bütövlükdə
Azərbaycan torpaqlarında
yaradılmışdır, bizim Ermənistana ərazi iddiamız yoxdur. Sadəcə, biz tarixi ədalətsizliyi
bərpa etməklə
həm Azərbaycan xalqının, həm erməni xalqının və bütövlükdə
bölgənin inkişafına
töhvə vermək
istəyirik”.
Yuxarıda qeyd etdiyim kimi, 1-ci Pyotrun zamanından bəri bizi bizdən qoparmaq,Türkiyə ilə
Azərbaycanın quru
əlaqəsini kəsmək
üçün bu dövlətlər arasında
bufer dövlət olaraq Ermənistanı yaratmaqla nail olmağa çalışırdılar
və buna qismən nail olmuşlar.
Zəngəzur ərazisi qədimdən həmişə Azərbaycanın
tərkib hissəsi olmuşdur. Zəngəzurun ərazisi 6,7 min
kv km olmaqla
Azərbaycanın Qafan
(Qapan), Gorus, Qarakilsə (Sisyan), Mehri, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsini əhatə edirdi. Əhalisinin 72%-ni müsəlman türklər
və kürdlər,
28%-ni ermənilər təşkil etməklə
149 türk, 91 kürd
və 81 erməni
kəndi olmuşdur. Yenicə yaranmış Azərbaycan
dövlətinin ordusunun
olmamasını, paytaxt
Bakı da daxil olmaqla ərazinin
yarıya qədərinin
daşnak və bolşeviklərin əlində
olmasını fürsət
bilən ermənilər
Zəngəzuru ələ
keçirməyə çalışırdılar
ki, hər tərəfdən türk
torpaqları ilə əhatə olunmuş dövlətlərinin
sərhədini İrana
birləşdirsinlər. Bundan
başqa həvəsində
və iddiasında olduqları Naxçıvan
torpaqlarını ana Azərbaycandan ayrı salsınlar və Qarabağın dağlıq
hissəsi ilə həmsərhəd olsunlar
ki, gələcəkdə
sözügedən əraziləri
Ermənistana birləşdirsinlər.
Nəticədə ermənilər
Zəngəzur ərazisində
mövcud olan 240 müsəlman kəndindən
115-ni tamamilə məhv
etdilər, 10-12 min əhali soyqırıma məruz qaldı, sağ qalan əhali bölgəni tərk etdi.
Yuxarıda qeyd
etdiyimiz kimi, Türkiyə və Azərbaycan torpaqlarında
“böyük Ermənistan”
dövləti yaratmaq təkcə ermənilərin
arzusu deyildi, eyni zamanda, onların
havadarları Rusiya,
ABŞ, Fransa və başqa dövlətlərin
arzusu idi. Amma Zəngəzurun Azərbaycandan qoparılmasında
V.Lenin, İ.Stalin, Orconikdize, Çiçerin
əsas rol oynamışlar. Hətta əvvəllər Zəngəzurun ərazisini
bütövlükdə Ermənistana
vermək istəsələr
də, nədənsə
məsələ 1920-ci il
noyabrın 30-da keçirilən
Azərbaycan K(b)PMK siyasi
və təşkilat bürolarının birgə
iclasının qəbul
etdiyi qərarla həll olundu. Qərarda Zəngəzur bölgəsi 2 hissəyə
bölündü: 6,742 kv
verstlik ərazinin çox hissəsi, yəni 3,637 kv verstlik ərazi Ermənistana, 3,105 kv verstlik ərazi isə Azərbaycana qaldı.
Hələ 1920-ci il noyabrın 16-da İ.Stalin Vladiqafqazdan V.Leninə göndərdiyi
şifrəli teleqramda
yazırdı: "Əgər
Türkiyə Ermənistanda
qalarsa, o zaman Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni
aradan qaldırmaq üçün indiki şəraitdən istifadə
edərək Ermənistanı
sovetləşdirmək, erməni
sovet pazı ilə Türkiyə və Azərbaycanın arasını vurmaq lazımdır".
Göründüyü kimi, bütövlükdə
Ermənistan olmaqla, Zəngəzur Türk dünyası ilə Azərbaycan arasına vurulmuş pazdır.
Bundan başqa, Azərbaycan
xalqının bir nömrəli düşməni
Z.Balayan özünün
"Ocaq" kitabında
Zəngəzur yolunu
"Turan yolu" adlandırır və bu yolun bağlanmasını
zəruri sayırdı.
Nəzərə alaq ki, Z.Balayan "Ocaq" kitabını
80-ci illərdə sovet
dönəmində yazıb. Ermənilər Azərbaycana düşmənçilik
etməklə öz oturduqları budağı
kəsdilər. Belə
bir atalar məsəli var: “Pazı pazla çıxararlar.”
Prezident İlham
Əliyevin müdrik, uzaqgörən, dahiyanə
siyasəti nəticəsində
torpaqlarımız erməni
işğalından azad
olundu. Ermənistan ordusu darmadağın edildi və iqtisadiyyatı 30% geri atıldı. Bütün
parametrlərə görə
Ermənistan Azərbaycandan
dəfələrlə geri
qalır. Məsələn,
2020-ci ildə Ermənistanda
35 min uşaq doğulub, 36 min insan ölüb, 44 günlük müharibədə
7 mindən çox cavan insanlarını itiriblər, təxminən
10 min yaralıları
var. Ermənistan siyasi elitası və sıravi vətəndaşları anlamalıdırlar
ki, Ermənistan dövlətinin mövcudluğu
Azərbaycan ilə sülh şəraitində
yaşamaqdan və kommunikasiyaların açılmasından
keçir.
Uzaqgörən və dahi Prezident cənab İlham Əliyev hələ 2009-cu il 3 oktyabr tarixində Türkdilli dövlətlərin
Zirvə görüşündə
bildirmişdi ki, vaxtilə Zəngəzurun
Azərbaycandan alınıb
Ermənistana birləşdirilməsi
türk dünyasının
parçalanması idi.
Azərbaycan torpağı olan
Zəngəzur yenidən
türk dünyasını
birləşdirən körpü
rolunu oynayacaq. Çünki Zəngəzurdan
keçən nəqliyyat,
kommunikasiya, infrastruktur
layihələri bütün
Türk dünyasını
birləşdirəcək, eyni zamanda, digər
ölkələr, o cümlədən
Ermənistan üçün
əlavə imkanlar yaradacaq.
Cənab Prezident İlham
Əliyevin dediyi kimi, Zəngəzur dəhlizi xoş-zor açılacaq. Əgər
Ermənistanın faşist,
revanşist dairələri
buna mane olsalar, Azərbaycanın əlində erməniləri
güzəştə getməyə
vadar edəcək kifayət qədər imkanlar var. Məsələn, biri hal-hazırda ermənilərin
birtərəfli qaydada
Gorus-Qafan yolunun Azərbaycana aid 21 km-lik hissəsindən dəhliz kimi istifadə etməsini məhdudlaşdırmaq, ikincisi
Laçın dəhlizini
bağlamaq, və.s
Heç kimdə
şübhə olmasın
ki, Azərbaycan dövləti qarşısına
qoyduğu bütün
məqsədlərə cənab
Prezidentimiz İlham Əliyevin rəhbərliyi,
xalqımızın birliyi
və həmrəyliyi
nəticəsində çatacaq.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
İki sahil.- 2021.- 17 may.- S.28.