“Qarabağ ilmələrdə” layihəsi
çərçivəsində toxunan xalça Şuşadadır
Azərbaycanın
44 günlük Vətən müharibəsində Qələbəsini
simvolizə edən “Qarabağ ilmələrdə” layihəsi
çərçivəsində toxunan Qarabağın “Çələbi”
xalçası Şuşa şəhərindədir.
Layihə Mədəniyyət
Nazirliyinin dəstəyi,
“Azərxalça” ASC, “Azərbaycan
Jurnalistlər Şəbəkəsi”
İctimai Birliyi və “Təmiz Şəhər” ASC-nin birgə əməkdaşlığı
sayəsində reallaşıb.
Xatırladaq ki, layihənin
təqdimatı sentyabrın
28-də “Azərxalça” ASC-nin “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğunda yerləşən
nümayiş zalında
olmuş və xalçaya ilk ilmələri “Azərxalça”nın
Qarabağ müharibəsində
iştirak edən əməkdaşları vurmuşdu.
Sosial layihə
çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə
toxunan xalça Vətən müharibəsində
hər bir azərbaycanlının zəhmətini,
birlik və bərabərliyini nümayiş
etdirir.
Sentyabrın 30-dək Bakı sakinlərinə “Azərxalça”nın İçərişəhərdəki
nümayiş zalının
qarşısında dayanan
xüsusi maşına
yaxınlaşaraq Qarabağ
xalçasına ilmə
vurmaq imkanı yaradılıb. Oktyabrın
1-dən sonra isə layihə komandası şəhər və rayonlara yola düşüb. Səyyar
hana Sumqayıt şəhərində olarkən
şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya
ilmə vurub.
“Azərxalça”nın
dizaynerləri tərəfindən
Qarabağın məşhur
“Çələbi” xalçası
əsasında xüsusi
formatda çeşnisi
hazırlanan və vətəndaşlarımız vurduğu ilmələrlə
ərsəyə gələn
xalça Şuşadakı
Xalça Muzeyinə
İki sahil.- 2021.- 2 noyabr.- S.-7.