On noyabr Bəyanatı dünənimizə

baxış, sabahımıza stimuldur

 

Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı olan üçtərəfli razılaşmadan irəli gələn vəzifələrin icrası regiona dayanıqlı sülh və təhlükəsizlik vəd edir

 

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 illik münaqişəyə son qoyuldu, düşmən diz çökdü, Azərbaycan tarixə ən möhtəşəm Qələbə səhifəsini yazdı. Dövlət başçısı İlham Əliyevin ötən il noyabrın 10-da Azərbaycan xalqına tarixi Qələbəmizlə bağlı müraciətində bildirdiyi kimi, bu Bəyanat bizim şanlı qələbəmizdir. “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq

10 noyabr şanlı Qələbəmizin sevinci işğaldan azad edilmiş torpaqlarımızda geniş vüsət alan bərpa və quruculuq işlərində öz aydın ifadəsini tapıb. Qısa müddətdə görülən işlərə diqqət yetirdikdə Azərbaycan xalqının qurucu, yaradıcı xalq olduğunu görürükbu, öz növbəsində dünyaya mesajdır. Çünki ermənilərin işğal dövründə torpaqlarımızda törətdikləri vəhşiliklər göz önündədir. Bu ərazilərdə daş üstə daş qoyulmayıb, bütün tikililər yerlə-yeksan edilib, tarixidini abidələrimiz dağıdılıb. Hətta öz şəhərləri kimi dünyaya təqdim etdikləri Şuşada belə tarixi məhv etməyə səy göstəriblər. Amma unudurdular ki, işğaldan azad edilmiş torpaqlarımızın hər daşı, qayası bir tarixdir, dünənimizdən bugünümüzə, bugünümüzdən sabahımıza bir baxışdır. 8 ay müddətində tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilir. Bu qapını iki dost, qardaş ölkənin- Türkiyə və Azərbaycanın prezidentləri birgə açdılar. Yeni-yeni layihələrin təməli qoyulur, icrası istiqamətində mühüm addımlar atılır. Əsas məqsəd bütün işğaldan azad edilmiş ərazilərin müasir tələblərə uyğun bərpa olunmasıdır. Dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq Zəngilanın Ağalı kəndlərində ilkin addım atılıb və gələn ilin əvvəlində bu kəndlərin öz sakinlərini qarşılayacağı gözlənilir. Qısa müddətdə bu ərazilərdə infrastrukturun yenilənməsi istiqamətində atılan addımlar təqdir edilir. Füzuli ilə yanaşı, Zəngilan və Laçında Beynəlxalq Hava Limanı inşa edilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 7-də Şuşaya səfəri zamanı Zəfər yolunun açılışı oldu. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, yeganə rəqibimiz zamandır. 30 ilə yaxın müddətdə ermənilərin bu torpaqlarda törətdikləri dağıntıları bərpa etmək üçün zamana ehtiyac var.

Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: «Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib. Bu, bizə sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayacaqdımı?!»

Təbii ki, Azərbaycan bu hesabı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə soruşdu, Ermənistanı diz çökdürdü, diz üstə qoydu! Ermənistanın baş naziri Nikol Paşinyan 44 gündə üz tutub yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Havadarların Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün yalvarışlar etdi. Amma Azərbaycan dövlətinin qətiyyəti sayəsində dünya ədalət deyilən məfhumun, beynəlxalq hüququn norma və prinsiplərinin varlığını dərk etdi. «Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq: «Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik

Otuz ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın Zəfəri ilə dünyaya səs saldı. Bu səs münaqişənin hərb yolunun olmadığını bildirən dövlətlərə, eyni zamanda, erməni ordusu barədə «məğlubedilməz» mifi yaradan Ermənistan hakimiyyətinə Azərbaycan Ordusunun nəinki işğalçı dövləti, həmçinin dünyanı hansı reallıqlarla barışmaq məcburiyyətində qoyduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar, tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

Dövlət başçısı İlham Əliyevin müraciətlərində bu mesaj da yer alırdı ki, noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, sərt mövqeyimizi görəcək. Bu razılaşmanın pozulması ilə bağlı cəhdlər var. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıb. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması Bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır: «Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra ediliricra edilməlidir.»

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda işğalçı dövlətə maddi və mənəvi dəstək göstərilərək münaqişənin həlli prosesi uzadılır, Ermənistan əlavə vaxt qazanırdı. Azərbaycan 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq beynəlxalq hüquq praktikasında da yeni reallıq yaratdı. Bir daha beynəlxalq hüquq, ədalət deyilən məfhumların mövcudluğu dünyaya çatdırıldı. Cənab İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının, o cümlədən BMT Baş Assambleyasının tribunasından bu məqamı xüsusi qeyd edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bu qətnamələr bəzi dövlətlər üçün 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə mənzərə göz önündədir.

Azərbaycan dünyanın ikili standartlar əsasında yanaşmasını müharibənin getdiyi 44 gündə də aydın şəkildə gördü. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin mülki şəxsləri, yaşayış məntəqələrini atəşə tutması, 44 gündə 90-dan artıq mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan terror aktlarını törətməsinə dünyanın biganə yanaşması, eyni zamanda, 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən bu torpaqlarda törətdikləri vəhşilikləri görməzdən gəlmələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə ortaya qoyur. Amma bütün bu cəhdlərə, ikili yanaşmalara, Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti sayəsində torpaqlarımızı azad etdik, kimin haqlı, kimin haqsız olduğunu, beynəlxalq hüququ arxa plana keçirməyin dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların nüfuzuna hansı xələli gətirdiyini bir daha onların nəzərinə çatdırdıq.

Qələbəmiz tarixi Qələbədir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi nəticəsində 300-ə qədər yaşayış məntəqəmiz, 5 şəhər, 4 qəsəbə işğaldan azad edildi. Üç rayonu- Ağdam, Kəlbəcər və Laçını isə müharibəsiz qaytardıq. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilinzaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğuxalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi il bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.

 

Yeganə Əliyeva

 

İki sahil.- 2021.- 11 noyabr.- S.11.