Vətən müharibəsi
Qəhrəmanlıq
salnaməmiz
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin Müzəffər
Ali Baş
Komandanı, Prezident İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğal olunmuş torpaqlarımızı yağı
düşməndən azad etməsi ilə
nəticələnən tarixi Qələbəmizin
- Zəfər Günümüzün birinci ildönümü ölkəmizin hər yerində
böyük təntənə, yüksək
coşqu ilə qeyd edildi. Bu təntənə xalqımızın ən böyük arzusuna
çatmasının, tarixini yeni bir səhifədən
yazmasının, 30 ilə yaxın həsrətin bitməsinin,
vüsala qovuşmasının təntənəsi
idi. Əsrlər
ötəcək, nəsillər
bir-birini əvəz edəcək, amma 8 Noyabr-Zəfər Günü
tarix səhifəmizin ən şanlı günü kimi yaddaşlara həkk olunacaq,
tariximizdə qızıl hərflərlə qalacaq.
Ali Baş Komandanın noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışında bildirdiyi kimi: “Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.
Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi bizim qəhrəmanlıq salnaməmizdir. Bu, elə bir qəhrəmanlıq tarixidir ki, 30 ilə yaxın müddətdə həllini tapmayan münaqişə, 30 ilə yaxın davam edən ədalətsizlik cəmi 44 günün içində həll olundu. Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Azərbaycan xalqının birliyi, bütövlüyü qələbəmizin açarı oldu. 44 gün ərzində dövlət-ordu-xalq birləşərək düşmənə "Dəmir yumruğ"un gücünü, qüdrətini göstərdi. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə möhtəşəm qələbə qazanaraq dünya birliyinə qüdrətli ölkə olduğunu sübut etdi.Azərbaycan həm də göstərdi ki, tarixi ədaləti, ərazi bütövlüyünü, dədə-baba torpaqlarından didərgin düşmüş şəxslərin doğma torpaqlara qayıtmaq haqqını bərpa etmək əzmindədir. Dünya şahidi oldu ki, kağız üzərində qalan 1993-cü ildə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni, sonrakı dövrlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı kimi digər mühüm beynəlxalq təşkilatların qətnamə və qərarlarını Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanının düşünülmüş siyasəti, xalqının əzmkarlığı, birliyi sayəsində özü yerinə yetirdi. BMT-nin qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu. Bu, bəlkə də BMT tarixində ilk hadisə idi.
Azərbaycan xalqı 30 ilə
yaxındır ki, bu
günləri həsrətlə gözləyirdi. 30 il tarix üçün
qısa vaxt olsa da, insan ömrü
üçün uzun
müddətdir. İndi torpaqlarını
düşmən tapdağından azad etmiş, tarixi qələbəyə
imza atmış, qüdrətini, gücünü sübut
etmiş
ölkənin vətəndaşları olaraq
hər birimiz böyük
qürur, iftixar, fəxarət
hissi keçiririk.Hər birimiz
hər anı tarixin silinməz səhifələrinə
şərəflə yazılan anlara,
dövlətçilik tariximizdə xüsusi
əhəmiyyəti olan hadisələrə
şahidlik etdiyimiz üçün xoşbəxt
insanlarıq. 44 günlük Vətən
müharibəsində qazandığımız şanlı qələbə
Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin,
yeni bir dövrün başlanğıcı oldu. Bu gün
biz ədaləti bərpa etmiş,
torpaqlarını xain düşməndən
azad etmiş qalib dövlətin vətəndaşları,
müzəffər xalqıq.
Böyük Zəfərdən ötən bir il ərzində Azərbaycan həm də dünyaya nümayiş etdirdi ki, vandalların 30 ilə yaxın müddətdə dağıtdığı, vəhşicəsinə talan etdiyi torpaqlarında qısa müddətdə necə böyük quruculuq işləri həyata keçirmək qüdrətindədir. Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması istər ölkəmiz, istərsə də bölgənin qarşısında yeni perspektivlər açır. Qarşıda bizi böyük qayıdış, tərəqqi dövrü gözləyir. Azərbaycan dövlətinin qarşısında başlıca prioritetlərdən biri bərpa və yenidənqurma işlərini həyata keçirmək, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. 30 illik işğal dövründə mənfur düşmənlərin bütün infrastrukturu, yaşayış binalarını, evləri, tarixi, mədəniyyət abidələrini tamamilə dağıdaraq, talan etməsinə baxmayaraq, Azərbaycan dövləti tezliklə o əraziləri cənnət guşəyə çevirəcək. Artıq genişmiqyaslı bərpa-quruculuq işləri ən yüksək səviyyədə, böyük sürətlə həyata keçirilir. Cəmi bir neçə aya inşa olunaraq təhvil verilən Qarabağın hava qapısı- Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi, "Zəfər yolu" avtomobil yolunun inşası aparılan genişmiqyaslı işlərin bir hissəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan qüdrətli dövlətdir və qarşısında duran bütün vəzifələri yerinə yetirmək gücündədir. İndi Azərbaycan gələcəyə daha böyük inamla baxır, yolunda əmin addımlarla addımlayır, qətiyyətlə irəliləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirmişdi:"Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".
Ədalətin zəfər çaldığı Vətən müharibəsi bizə vətən, torpaq uğrunda qorxmadan, qəhrəmancasına canını fəda edən həqiqi qəhrəmanlar qazandırdı. O qəhrəmanların həyat yolu hər bir gəncimiz üçün, gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin əbədiyyət ömrü bütün nəsillərə nümunədir, örnəkdir. Hər bir azərbaycanlı gənc tarixini unutmamalı, dərindən öyrənməli, qəhrəmanların məktəbindən bəhrələnməli, onları yaşatmalıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm.
Artıq bir ildir
ki, Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin
qətiyyəti, Vətən oğullarının qəhrəmanlığı,
şücaəti sayəsində torpaqlarımız tarixi sahibinə qovuşub.
Biz yeni, şanlı tarix, qəhrəmanlıq tarixi
yazmışıq. Bu tarixin müəllifi olan müdrik rəhbərimiz,
Ali Baş
Komandanımız, düşmənə sarsıdıcı zərbə
vuraraq torpaqlarımızı azad edən qalib Ordumuz, birliyini sübut edən xalqımız, Zəfəriniz
mübarək! Bütövlüyümüz,
birliyimiz, gücümüz
daimi olsun!
Elmar Qasımov
Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin üzvü,
Bakı Ali Neft Məktəbinin
rektoru
İki sahil.- 2021.- 13 noyabr.- S.8.