“Zəfər tariximiz mübarək!

 

"Zəfər tarixi" dərsliyi artıq hazırdır. Dərslik növbəti həftələrdən məktəblərə paylanılacaq”

 

Bu sözləri təhsil naziri Emin Əmrullayev "Zəfər yolu" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, bu dərslik əvvəlki illərdə tədris olunanQarabağ tarixi” fakültətiv məşğələsinin ardı kimi tədris ediləcək.

"Zəfər tarixibu ildən bütün məktəblərdə tədris ediləcək. Şagirdlər bu dərslik vasitəsi ilə Zəfərə necə gəlib çatmağımız barədə məlumatlanacaqlar. Qeyd etmək lazımdır ki, yuxarı sinif şagirdləri İkinci Qarabağ müharibəsindəki Zəfərimizin necə qazanıldığının şahidi olublar. Dərsliyin hər il yenilənməsi nəzərdə tutulur. Çünki Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır. Azad olunan ərazilərdəki quruculuq işləri də qələbədir.

Orta və yaşlı nəslin nümayəndələri təhsil sahəsindəki bu yeniliyi böyük sevinclə qarşılayıblar. Çünki onların təhsil aldıqları orta məktəb illərində məktəblilərə Vətən deyil, Sovet İttifaqı tarixi öyrədilirdi, dövlət imtahanlarının sualları o tarixdən tərtib olunurdu. Azərbaycan tarixi isə Sovet məfkurəsinə uyğunlaşdırılır, bir çox hadisələr təhrif edilir, əsl tarixi həqiqətlər xalqdan gizlədilir və dayaz biliklər verilirdi. “SSRİ tarixi” əsasən Rusiyanın tarixini öyrədir, öz tariximizə isə yabançı münasibət saxlanılırdı. Bir çox hallarda düşmənlərimiz bizə dostqardaş, xalq qəhrəmanlarımız isə bizə xalq düşməni kimi tanıdılırdı. Yalnız bir fakt gətirək. XIX əsrin əvvəllərində Azərbaycanın Rusiyaİran tərəfindən bölünməsi məsələsi əsasən qapalı saxlanır və tarix Sovet dövlətinin mənafeyinə saxtalaşdırılırdı. Həmin müharibələrdə Azərbaycanın işğal olunmasında fəal iştirak edən rus polkovniki Qaryaginin “şərəfinə” Qarabulaq nahiyəsi  (Füzuli rayonu) Qaryagin adlandırılmışdı. Həmin Pavel Qaryagin isə sələfi cəllad general Sisianov kimi qatı şovinist və türklərin qanına susamış bir qatil idi. Yeri gəlmişkən, deyək ki, Qarakilsə nahiyəsinin adı dəyişdirilərək cəlladın olmayan şərəfinə Sisian qoyulmuşdu.

Bu, hadisələrdən bir qədər sonra mühafizəkar çar hökuməti rəsmi məlumatlarında bizitatar” adlandırır, çox vaxt bu sözün əvvəlinə “vəhşi” ifadəsini də əlavə edirdi. Əslində isə çar hökuməti azərbaycanlıları qırıb Azərbaycanı bir dövlət kimi xəritədən silib yox etmək məqsədini reallaşdırmaq planı üzrə hərəkət edirdi. Bu işdə ermənilər onlara sədaqətli köpəklər kimi qulluq göstərirdilər. 1905-1907 və 1918-1920-ci illərdə rus çarı tərəfindən qızışdırılan “erməni-müsəlman qırğınları” bu planın ən dəhşətli səhifələri idi. Yeni qurulan Sovet hakimiyyəti də hiyləgər siyasəti ilə öz sələfinin cinayətlərini davam etdirirdi. O dövrdə Xankəndimizin adını dəyişib  Stepanakert qoymuşdular. Bu, həmin Stepan Şaumyan idi ki, 1918-ci ildə yaxşı silahlandırılmış rus hərbçilərini və daşnakları başına yığaraq Bakıda soyqırımı törətmiş, 30 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişdilər. Daşnakların məqsədi azərbaycanlıları tamamilə qırmaq idi. Onlar Azərbaycanın bir çox bölgələrində ümumilikdə 300 000-dən çox dinc sakini qırmışdılar. Ermənipərəst Sovet hökuməti isə soyqırımılar müəllifininin belə böyük cinayətlərini nəinki gizlətdi, hətta qanlı cəlladı şərəfləndirməkdə səxavət göstərdi. Bolşevik Moskvası ürəyi soyumayaraq Azərbaycanın Ağcakənd rayonunun da adını dəyişərək Şaumyan etmişdi. Respublikamızda bu şərəfsiz və qatil Şaumyan adına daha nələr yox idi?

26 Bakı komissarları-əsasən erməni-rus milliyyətindən olan adamlar Bakını Rusiyanın bir quberniyasına çevirmək, Azərbaycanı isə parçalayaraq qonşu dövlətlərin ərazisinə qatmağı planlaşdırmışdılar. Lakin alınmadı. XI ordunun işğalından sonra isə Moskvada cəmləşmiş daşnaklar ermənipərəst bolşevik rəhbərlərin başçılığı ilə Azərbaycanın görkəmli şəxsiyyətlərini repressiyaya düçar etdilər. “Millətin qaymaqları” sayılan həmin adamlar xalqa öz dövlətçilik ənənələrini, tarixini, mədəniyyətini, ədəbiyyatını öyrədir və yaşadırdılar. Onlar məfkurəcə ən qorxulu adamlar sayılırdılar. Əhməd Cavad, Salman Mümtaz, Bəkir Çobanzadə, Mikayıl Müşfiq, Hüseyn Cavid, Tağı Şahbazi Simurq, Cəmşid Naxçıvanski, Mirzəağa Əliyev,  Heydər Hüseynov, Yusif Vəzir Çəmənzəminli və minlərlə digər  təfəkkür sahibləri dəhşətli “NKVD”nin divarları arxasında vəhşi cəza üsulları ilə məhv edildilər. Onların bəziləri qardaş Türkiyəyə rəğbət bəslədiyinə görə “pantürkist” damğası vurularaq düşmən ünsür elan edilir və dəhşətli repressiyaya məruz qoyulurdular. 29 min belə şəxsiyyətimiz zülmkar və ədalətsiz Sovet ideologiyasını qəbul etmədiklərinə görə ən ağır cəza ilə aradan götürülmüşonlar bizə xalq düşmənləri kimi təqdim edilmişdilər. Onların əsərlərinin çapı qəti qadağan olunmuş, oxunması ciddi yasaq edilmişdi. Hətta onların əsərləri və ya məktubları kimin evində aşkar edilərdisə, onlar da ən yaxşı halda “gedər-gəlməzə”, yəni, şaxtalı uzaq Sibir çöllərinə sürgün edilərdilər.

Beləliklə, Azərbaycan tarixinin bir çox vacib məqamları xalqdan ciddi surətdə məxfi saxlanılırdı. Ancaq “Zəfər tarixi” və “Qarabağ tarixi” dərsliklərində məktəblilərə və gənclərə Vətənimizin keçmişi haqqında səhih məlumatlar veriləcəkdir. Uşaqlarımız və gənc nəsil dostunu, düşmənini tanıyacaqdır. Bizdən iki yüz il son dərəcə gizli saxlanılan tariximiz nəhayət, üzə çıxacaq və balalarımız milli kimliyimizi və əsl tarixi həqiqətləri öyrənəcəklər.

“Zəfər tarixi”miz mübarək!

 

Vəli İlyasov

Iki sahil.- 2021.- 23 noyabr. S. 8.