Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 8 Noyabr - Zəfər Günü münasibətilə ABŞ-ın Florida ştatında Azərbaycan icmasının nümayəndələri ilə keçirilən tədbirdə 30 ildən artıqdır ABŞ-da yaşayan həmyerlimiz Nobert Yevdayevlə də görüşüb.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, F.Muradov bir sıra elmi işlərin müəllifi olan şair, yazıçı, rəssam, jurnalist, ABŞ-dakı Dağ Yəhudiləri icmasının aylıqNovıy rubejjurnalının təsisçisi Nobert Yevdayevə dünya azərbaycanlılarının həmrəyliyi sahəsindəki fəaliyyətinə Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi xidmətlərinə görə təşəkkürünü bildirib, onaAzərbaycan xalçaları - Qarabağ qrupukitabını milli xalça suveniri hədiyyə edib.

Öz növbəsində Nobert Yevdayev göstərdiyi diqqətə görə təşəkkür edib Azərbaycanı təmsil etməkdən böyük qürur hissi keçirdiyini deyib. Həmyerlimiz Komitə sədrinə kitab hədiyyə edib müəllifi olduğu şeirdən bir parça söyləyib.

Qeyd edək ki, əslən Bakı yəhudisi olan Nobert Yevdayev 1989-cu ildən ABŞ-da yaşayır. O, Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil edib. Prezident İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

 

 İki sahil.- 2021.- 30 noyabr.- S.7.