Şəhid  jurnalist  Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş bulağın açılışı olub

 

 

Məhərrəm İbrahimovun adına bulaq Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda inşa olunub

 

Noyabrın 25-də Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş bulağın açılışı olub.

 

AYNA xəbər verir ki, xatirə bulağının açılışı münasibətlə keçirilən mərasimdə media nümayəndələri, şəhidin ailə üzvləri ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

 

Şəhid jurnalistin ailə üzvü, qardaşı Əsgər İbrahimov mərasimdə çıxış edərək xatirə bulağının Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucaldığı Kəlbəcər rayonunun erməni işğalından azad olunduğu gün - noyabrın 25-də keçirildiyini vurğulayıb. O, qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib.

 

Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlayan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.

 

Mərasimdə müxbir Məhərrəm İbrahimovun nümunəvi xidməti fəaliyyətindən, vətənpərvərliyindən fədakarlığından danışılıb. Çıxış edənlər Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən peşəkar jurnalist kimi nümunəvi fəaliyyətindən söz açıblar.

 

 

 

Qeyd olunub ki, Məhərrəm İbrahimov çəkiliş qrupunun digər üzvləri işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək oradan xəbərlər hazırlamaqla erməni vandalizminin dəhşətli izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi çətin məsuliyyətli vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirdilər. Onun xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, ölümlərindən sonra 3-cü dərəcəliVətənə xidmətə görəordeni ilə təltif ediliblər. Şəhid jurnalistlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

 

Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca hərbi müxbir kimi daim cəbhə bölgəsindən, həm digər ərazilərdən reportajlar hazırlayaraq informasiya müharibəsində qabaqcıl sıralarda olub.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparanKamAZmarkalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

 

 İki sahil.- 2021.- 26 noyabr.- S.8.