“Xudafərinin Zəfər dastanı”
Gənc
yazar Sevinc Ədalətqızının qələmə
aldığı bu kiçik mənzum əsər Cəbrayılın
düşmən işğalından azad edilməsində
böyük hünər və igidlik göstərərək
tarixi Xudafərin körpüsündə Zəfər
bayrağını ucaldan Vətən müharibəsinin şəhidi
Azər Yusiflinin unudulmaz xatirəsinə ithaf edilir
Kitabda Cəbrayıl şəhərinin,
eyni zamanda, qədim Xudafərin körpüsünün keşməkeşli
tarixinə poeziyasının
dili ilə nəzər salınır.
Əsərin “Xan Arazla söhbətim” bölümündə Xudafərinin
tarixi ilə bağlı əski rəvayətlər və
hekayətlər xatırlanır. Bundan əlavə, “Zəfər
nübarımız Cocuq
Mərcanlı” bölümündə
şanlı Aprel qələbəmizin qəhrəman
şəhidlərinin böyük
şücaəti və
hünəri alqışlanır.
Əsərin əsas zirvə nöqtəsində
isə Cəbrayıl-Xudafərin
savaş mövzusu dayanır. “Xan Arazın sevinc göz yaşları”, “Salam, a bayraqlı Xudafərinim!”, “Bura vüsal körpüm Xudafərindir!” bölümündə
azadlığına qovuşan
qədim körpünün
qələbəsi tərif
edilir.
Daha kəsilibdir
düşmən ayağı,
Başının üstündə şanlı
bayrağı.
Ucalıb Arazın
qoynunda əzəl
Xudafərin adlı
bir zəfər tağı.”
Əsərin “Bayraqdar igidim”
bölümündə isə
Xudafərin körpüsündə
bayrağımızı dalğalandıran
sərhəd keşikçisi
qəhrəman Azərin
əsir torpaqlarımızın
azad edilməsi uğrunda göstərdiyi
böyük hünər,
qeyrət və şücaətindən fəxarətlə söz açılır. Təkcə
“Ey bayraq sevdalı igid Azərim! Ey zəfər sədalı şəhid Azərim!” misraları bir şəxsiyyət kimi şəhid qəhrəmanın
bədii portretinin cizgisi, onun daxili,
mənəvi aləminin,
eyni zamanda, alovlu vətənpərvərlik
hisslərinin təcəssümüdür.
Müəllif Cəbrayılın
zəfər günündə
Arazın o tayından
Xudafərin körpüsünə
bayraq sancan Azərbaycan əsgərinin
ünvanına sonsuz təşəkkür hissləri
ifadə edir. Lakin onun şəhadət
xəbərini duyarkən
həm kədər, həm də böyük qürur və fəxr hissi ilə vurğulayır:
Səni soraqladım
Araz boyunca,
Şəhadət xəbərin dərhal duyunca
Yad etdim
ruhunu, Azər qardaşım!
Ey aslan ürəkli, ey ər qardaşım!
Qeyrətli oğullar yaşayar,
ölməz,
Yurdumdakı nursan, parlayar, sönməz.
Qanınla ucalan bayrağım
enməz,
Göstərdin düşmənə hünər,
qardaşım.
Həmçinin böyük ürək ağrısıyla qələmə
alınmış nakam
şəhid ömründən
fraqmentlər çox
təsirli və duyğulu hisslərlə ifadə edilmişdir.
Verdin qələbədən soraq,
igidim,
Qəlbi, ruhu, eşqi bayraq igidim.
Qeyrəti, hünəri dastana
dönən,
Yurduna, elinə
dayaq igidim.
Eşqindən doymamış, çatmamış
kama,
Nişanlı, toy üstə qalan igidim.
Yetişdin ən ali,
uca məqama,
Haqqdan Şəhadətin alan igidim.
Onu da qeyd edək ki, 21 oktyabr Vətən Müharibəsinin qəhrəmanı
Azər Yusiflinin Zəngilanın azadlığı
uğrunda şəhadətə
ucaldığı gündür. Sözü gedən
bu əsər də qəhrəman şəhidimizin əziz və unudulmaz xatirəsi qarşısında
bir şərəf borcudur. Eyni zamanda, bu kiçik mənzum əsər, həmçinin
Xudafərin Zəfərinə
bir ərmağandır.
Müəllifin vaxtilə Qaradağdan
Qarabağa-düşmən pəncəsində viran edilmiş Cəbrayıla,
Xudafərin körpüsünə
nisgilli və həsrətli baxışlarla
boylanarkən kövrək
hisslərlə ifadə
etdiyi “Araz qan eyləyir, yaram dərindir, Bura həsrət körpüm Xudafərindir!”
misraları heç də təsadüfi görünmür. Zaman
keçir... həsrət,
hicran, ümid körpüsü Xudafərin
azadlığına qovuşur,
kədərə qərq
olmuş fikir və düşüncələr
Zəfər sədalı
misralarla əvəzlənir:
“Araz coşub, daşır, eşqim dərindir,
Bura vüsal
körpüm Xudafərindir!”
Belə ki, əsər bayraqlı Xudafərinin Zəfər sədalı misralarıyla sona yetir.
Xan Arazın qoynunda
Dürrdü Xudafərinim.
Daha taleyi azad,
Hürrdü Xudafərinim.
Mən vurğunam seyrinə,
Qarabağın incisi!
Yazıldı taleyinə,
Zəfərin birincisi.
Könlümə bir saraydır
Gülşənin, gülüstanın.
Ağ günlərə haraydır,
Sənin
Zəfər dastanın!
Adına ehtiramla
Söz qoşdum, ulu körpüm,
Qoynuna xoş məramla
Salmışam yolu, körpüm!
Qürurumun ünvanı,
Sevincimin məskəni.
Ömrümün ən xoş anı
Bağrıma basdım səni.
Yaşayacaq şöhrətin
Tarixlərdə əbədi.
Bir dastandır söhbətin
Sən,
ey Zəfər məbədi!
Qeyd edək
ki, kitabın redaktoru Aida Yusubdur.
Sevinc Azadi
İki sahil.- 2021.- 22 oktyabr.- S.16.