Azərbaycanlı gənc memar beynəlxalq müsabiqədə dünya birincisi olub

 

 

 

Türkiyədə yaşayan həmvətənimiz, memar Aysel Abasova Britaniya Şurasının (British Council) keçirdiyi “Hədəf sıfır innovasiya” adlı beynəlxalq müsabiqədə dünya birincisi olub.

 

A.Abasovanınİki sahil”ə verdiyi məlumata görə, iqlim dəyişikliklərinə həsr olunan gənclərə yenilikçi fikirlərini inkişaf etdirməyə, onun praktikada tətbiqinə imkan yaradan yarışa 43 ölkədən 243 iştirakçı qatılıb. Müsabiqədə qardaş ölkəni təmsil edən gənc memar birinciliyi birdəfəlik plastik tullantıları təkrar emal edərək qida tullantıları üçün hazırladığı xüsusi qab – “bokashi kova” (“bokashiyaponca qida tullantılarının torpağı münbitləşdirən qatqı, “kovaisə türkcə dolça, vedrə deməkdir) layihəsi ilə qazanıb. Layihəyə əsasən, plastik məmulatların təkrar emalından hazırlanan zibil qutusuna atılmış qida tullantılarına xüsusi maddə əlavə etməklə gübrə hazırlamaq mümkün olacaq. Əsas məqsəd ətraf mühiti qorumaq, qlobal istiləşmənin qarşısının alınmasına töhfə vermək, istifadə olunmuş plastik materialları ətraf mühitə zərər verən tullantıya deyil, əksinə faydalı məhsula çevirməkdir.

 

Məlumat üçün bildirək ki, İstanbul Bilgi Universitetində memarlıq təhsili alan Aysel daha sonra İspaniyanın Barselona şəhərindəki Kataloniya Memarlıq İnstitutunda qabaqcıl texnologiyalar robot texnikası üzrə magistr proqramını tamamlayıb. Türkiyəyə qayıtdıqdan sonra isəThe Back Labşirkətini qurub. Həmvətənimzinbokashi kovalayihəsi qardaş ölkənin mediasında da maraq doğurub. “Milliyetqəzetində dərc olunan yazıda A.Abasova fəaliyyəti hədəfləri haqqında danışarkən bildirib ki, təbiətimizə zərər vuran plastik tullantılar, əslində, böyük dəyər potensiala malikdir: “Dünyanın hazırda iqlim böhranı yaşadığını nəzərə alaraq deyə bilərik ki, birdəfəlik istifadə olunan plastik materiallar bu problemin böyük bir hissəsini təşkil edir. Biz plastik tullantıları təkrar emal müəssisələrindən ya fərdlərdən toplayır, sonra onları dizaynımıza uyğun şəkildə fərqli rənglərlə qarışdırırıq. Əldə etdiyimiz bu qarışıqları panel maşınımızla panellərə ya 3D çapına çeviririk. Nəticədə, tamamilə təkrar emal edilmiş plastikdən yeni məhsullar hazırlayırıq.”

 

Qeyd edək ki, A.Abasova Britaniya Şurasının müsabiqəsində qazandığı mükafat sayəsindəThe Back Labşirkəti üçün avadanlıqlar alıb hazırda şirkətbokaşi kova”ların hazırlanması ilə məşğuldur.

 

Mahir Rəsuloğlu

 

İki sahil.- 2021.- 1 oktyabr.- S.8.