“Azərbaycanı
dünya liderliyinə
aparan böyük yol”
Oktyabrın 1-də Yeni Azərbaycan
Partiyası (YAP) Mərkəzi
Aparatında partiyanın
Veteranlar Şurasının
təşkilatçılığı ilə “Azərbaycanı dünya liderliyinə aparan böyük yol” mövzusunda videoformatda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a partiyanın Mətbuat xidmətindən bildirilib.
YAP Veteranlar Şurasının
üzvlərinin, partiyanın
Gəncə, Tovuz, Daşkəsən, Göygöl,
Şəmkir, Samux, Gədəbəy, Naftalan,
Qazax, Ağstafa, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı rayon təşkilatlarının fəal
üzvlərinin iştirakı
ilə keçirilən
konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının
sədri Arif Rəhimzadə bildirib ki, Ulu Öndər
Heydər Əliyevin şah əsəri olan Azərbaycan yaxın günlərdə dövlət
müstəqilliyinin bərpasının
30-cu ildönümünü qeyd edəcək: “Müstəqilliyimizin ilk illərində
yaşananlar hər kəsə məlumdur. 1991-1993-cü illər Azərbaycanın çoxəsrlik
tarixinə qara səhifə kimi yazılıb. Həmin dövrdə
ölkədə xaosun,
anarxiyanın, özbaşınalıqların,
iqtisadi böhranın
baş alıb getməsi xalqda sabaha böyük ümidsizlik ovqatı yaratmışdı. Belə çətin bir
dövrdə xalq üzünü öz xilaskarına - Ulu Öndər Heydər Əliyevə tutdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin düşünülmüş
və məqsədyönlü
siyasəti qısa müddətdə Azərbaycanı
sabitlik diyarına çevirdi.
Azərbaycanda bütün inkişafın
əsası kimi qəbul olunan sabitliyin, normal iqtisadi mühitin yaradılması
ölkəmizin böyük
investisiyalar məkanına
çevrilməsinə, ən
əsası siyasi müstəqilliyinə geniş
imkanlar açdı.
Azərbaycan beynəlxalq münasibətlər
sisteminin fəal üzvünə çevrildi”.
A.Rəhimzadə diqqətə çatdırıb
ki, son 18 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
bütün sahələrdə
uğurla davam etdirilməsi nəticəsində
bu gün Azərbaycanın sözünün
imzası qədər
əhəmiyyəti olduğunu
böyük inamla deyirik.
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov mövzu ətrafında geniş məruzə ilə çıxış
edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin gələcəyə
hesablanmış siyasətinin
təntənəsi bugünkü
Azərbaycandır. O Azərbaycan
ki, 44 gündə Prezident İlham Əliyevin qətiyyəti,
Azərbaycan Ordusunun gücü, qüdrəti
sayəsində 30 ilin
işğalına son qoydu,
ədaləti, ərazi
bütövlüyümüzü bərpa etdi.
U.Ələkbərov hərbi-siyasi uğurun informasiya təminatından bəhs edib: “Dövlət başçısı İlham
Əliyevin istər 44
günlük Vətən
müharibəsi, istərsə
də hazırkı postmünaqişə dövründə
xarici mətbuata müsahibələrinə diqqət
yetirdikdə informasiya
cəbhəsində üstünlüyümüzün
özünü qabarıq
şəkildə büruzə
verdiyini görürük.
Ölkə Prezidenti böyük qətiyyətlə 30 illik işğal dövrünün reallıqlarını,
Azərbaycanın beynəlxalq
səviyyədə qəbul olunan ərazilərinin geri qaytarılması istiqamətində səylər
göstərdiyini, 30 ildə
sülh danışıqlarına
üstünlük versə
də qarşı tərəfin əsassız
iddiaları, imitasiya naminə danışıqlara
qoşulması nəticəsində
sülh yolunun səmərə vermədiyini
konkret faktlarla diqqətə çatdıraraq
bir daha bildirir ki, Azərbaycan
Ordusu Ermənistan silahlı qüvvələrinin
təxribatlarının qarşısını
böyük qətiyyətlə
aldı, tarixə Zəfər səhifəsini
yazdı”.
Məruzə
ətrafında çıxış edən YAP Veteranlar
Şurasının üzvü Dilarə Seyidzadə bu gün
beynəlxalq münasibətlər
sistemində özünəməxsus yer tutan, söz sahibi olan
Azərbaycanın uğurlarında Heydər Əliyev yolunun
rolundan danışıb. Bildirib ki, bu siyasətin son 18 ildə
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı
qalib ölkə kimi tanıtdı.
YAP
Veteranlar Şurasının üzvü Südeyif
İmamverdiyev bildirib ki, dahi şəxsiyyət Heydər
Əliyev uğurlu və düşünülmüş siyasəti
ilə Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən
silinmək təhlükəsindən xilas etdisə, onun siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyev
adını tarixə işğal altında olan
torpaqlarımızın xilaskarı kimi yazdı.
YAP
Veteranlar Şurasının üzvləri Əli Həsənov
və Tahir Rzayev tarixi Zəfərimizin Azərbaycanı
inkişafa, tərəqqiyə aparan yolun təqdimatı
olduğunu bildiriblər. Qeyd ediblər ki, möhkəm təməl
daim ölkəni inkişafa, tərəqqiyə aparır. Azərbaycan
dünya birliyinin fəal üzvü kimi cərəyan edən
proseslərə ədalətli mövqeyini nümayiş
etdirir, balanslaşdırılmış xarici siyasəti ilə
davamlı uğurlara imza atır.
Videokonfrans diskussiya şəklində
davam edib.
YAP Şəmkir rayon təşkilatının
üzvü Emin İsmayılovun, Tovuz
rayon təşkilatının üzvü Nihad Pənahovun, Şabran rayon
təşkilatının üzvü
Gülər Kərimovanın
və Göygöl
rayon təşkilatının üzvü Vüqar Hüseynovun sualları cavablandırılıb.
İki sahil.- 2021.- 2 oktyabr.- S.3.