Qısa ömür
yolunda əbədi iz buraxan unudulmaz
qəhrəmanımız
Cənnətdəki əbədi doğum günün mübarək,
şəhidim!
Şəhidlik adi ölüm deyil, Vətən uğrunda canından keçmək, özünü
şüurlu şəkildə
onun yolunda fəda etməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin
xoşbəxtliyinə bağışlamaqdır.
Aprel şəhidlərindən
olan Əbdülməcid
Nadirşah oğlu Axundov da minlərlə
gənc kimi, Vətən uğrunda şəhid olaraq erkən yaşda behiştin ən gözəl guşəsində
özünə məkan
seçib. Gəncliyini, ömrünü
Vətənə fəda
edən Əbdülməcid
Qələbəni görməsə
də, adını heç zaman unudulmayacaq qəhrəmanlar
sırasına həkk
edib. Oktyabrın 15-i unudulmaz qəhrəmanın
doğum günüdür.
Ömür vəfa etsəydi bu gün 28 yaşı olacaqdı…
2016-cı ilin
Aprel döyüşləri
ordumuzun işğalçı
Ermənistan üzərində
Qələbəsi kimi
tarixə düşdü.
Bu döyüşlər
hərb tariximizin şanlı səhifəsidir.
İllər sonra Qarabağda qazanılan Zəfər xalqımıza
hədsiz sevinc və qürur hissi bəxş etdi. Təəssüflər
olsun ki, döyüşlər itkisiz
də ötüşmədi.
Müzəffər ordumuzun Qələbəsi
ilə bitən 4 günlük Aprel döyüşlərində Azərbaycanın
igid övladı Axundov Əbdülməcid
Nadirşah oğlu da Vətən uğrunda canından keçərək
ən ali zirvəyə - şəhidlik
zirvəsinə yüksəldi.
Əbdülməcid Axundov 15 oktyabr 1993-cü ildə Sumqayıtda dünyaya göz açıb. 1999-2010-cu illərdə
şəhər 16 saylı
orta məktəbində
təhsil alıb,
2011-2015-ci illərdə Azərbaycan
Texniki Universitetində
elektrik mühəndisi
ixtisasına yiyələnib.
Ali məktəbi bitirdikdən sonra 2015-ci ilin yayında hərbi xidmətə yollanıb, Azərbaycan Silahlı Qüvvələri
sıralarında çavuş
rütbəsində, manqa
komandiri vəzifəsində
hərbi xidmət keçib. Xidmətinə
əvvəlcə Gəncə,
daha sonra Tərtərdəki
«N» saylı hərbi
hissələrində davam
edib.
2016-ci
il aprelin əvvəllərində Azərbaycanın
ön xətt mövqeləri Ermənistan
silahlı qüvvələri
tərəfindən intensiv
artilleriya atəşinə
məruz qalanda ordumuzun bölmələri
əks-həmlə ilə
təxribatların qarşısını
aldı. Bu hadisə Aprel döyüşləri kimi
yaddaşımıza həkk olundu. 2016-ci ilin aprel ayının
1-dən 2-nə keçən gecə təmas xəttində baş verən döyüş zamanı Əbdülməcid
Axundov erməni silahlı birləşmələrinin
təxribat cəhdlərinin
qarşısının alınmasında
şəxsi igidlik və rəşadət göstərərək qəhrəmanlıqla şəhid
oldu. Şəhidimiz aprelin 9-da doğulduğu Sumqayıt şəhərində
Şəhidlər xiyabanında
son mənzilə yola salındı.
Əbdülməcid Axundov göstərdiyi
qəhrəmanlığa görə
ölümündən sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı
ilə “Hərbi xidmətdə fərqlənməyə görə”
III dərəcəli medalı
ilə təltif edilib.
Ailənin kiçik
övladı Əbdülməcid
hələ uşaqlıqdan
həmyaşıdlarından dürüstlüyü, cəsarəti
ilə seçilərdi. Hələ uşaq yaşlarından
Vətənə bağlılığı,
sevgisi ilə öz həmyaşıdlarından
fərqlənərdi. Şəhidin anası Ceyran Axundova deyir ki, Əbdülməcid hər zaman işğalda olan torpaqlarımız haqqında
danışar və ərazilərimizin azad olunması uğrunda lazım gələrsə
şəhid olmağa da hazır
olduğunu bildirərdi.
Ceyran xanım şəhid oğlunun uşaqlığını xatırlayanda
sanki xəyala dalır. Onun dili danışsa da, gözləri bir nöqtəyə zillənir. Sanki bütün bunlar
onun gözünün
önündən bir lent kimi keçir.
Şəhid anası onu da bildirir
ki, oğlu Mübariz İbrahimovun dəfn mərasiminə dəfələrlə baxır,
ona qibtə edirmiş. Azərbaycan əsgərləri öz canları, qanları bahasına bu qələbələri qazandılar.
Beləcə düşmənin öz ordusu haqqında formalaşdırdığı
yanlış təsəvvürləri,
əfsanələri yerlə-yeksan
etdilər. İgid qəhrəman oğullar bir daha sübut
etdilər ki, Azərbaycan xalqı torpaqlarının işğalı
ilə heç vaxt barışmayacaq və barışmadı da! Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində
dünya hərb tarixini qızıl hərflə yazılan şanlı Qələbə
qazandı, Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etdi.
Ömür kitabı
gənc yaşında
bağlanan igid, sənin adın hər birimizin qəlbində əbədi
yaşayacaq. Torpağımızı
mənfur düşməndən
azad etmək üçün sinəni
sipər, canını
fəda etdin, şəhid olmağı seçdin. Torpağı qanınla suvardın ki, bu yerlərdə
dünyanın ən gözəl gülü-Xarıbülbül
yenidən bitsin.... Bundan sonra neçə
əsr keçsə də, hər gələn nəsil sənin ayaq izlərini görəcək,
açdığın cığırla
irəliləyəcək, neçə-neçə
Əbdülməcidlər yetişəcək...
Son sözü
"Vətən sağ
olsun!" olan qəhrəman şəhidim,
qanın Azərbaycan bayrağının qırmızı
rənginə qarışıb,
indi işğaldan azad edilən Qarabağımızda vüqarla dalğalanır!..
Şəhidimiz, sənsiz keçən
28-ci doğum günün
mübarək! Ruhun şad, yerin behişt olsun!
Yaqut Ağaşahqızı
İki sahil.- 2021.- 15 oktyabr.- S.8.