İsa Həbibbəyli və
Naxçıvan ədəbiyyatşünaslıq məktəbi
XX əsrdə Azərbaycan ədəbiyyatşünaslıq
elmi özünün böyük korifeylərini yetirmişdir:
Məmməd Cəfər Cəfərov, Mehdi Məmmədov,
Həmid Araslı, Bəkir Nəbiyev, Əli Sultanlı,
Mikayıl Rəfili, Cəfər Xəndan, Abbas Zamanov, Əziz
Mirəhmədov, Yaşar Qarayev və başqalarının ədəbiyyatşünaslıq
əsərləri son yüzillikdə milli ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm rol oynamışdır. Bu
dövrdə qədim elm və sənət mərkəzlərindən
olan Naxçıvan Muxtar Respublikası da Azərbaycan ədəbiyyatşünaslıq
elminin inkişafına mühüm töhfələr
vermişdir. Adlarını qeyd etdiyimiz görkəmli alimlərimizdən
Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Məhəmmədhüseyn
Təhmasib, Yəhya Seyidov və başqaları məhz
Naxçıvan diyarında formalaşmışdılar.
Etiraf etmək lazımdır ki, görkəmli
alimlər olan bu ədəbiyyatşünaslardan hər biri
sonrakı dövrlərdə də Azərbaycanda ədəbiyyatşünaslığın
inkişafına böyük təsir göstərmiş,
istiqamət vermiş, məktəb yaratmışlar. Azərbaycan ədəbiyyatşünaslığı
tarixində bu görkəmli alimlər içərisində
akademik İsa Həbibbəyli də öz dəst xətti ilə
seçilmiş, elmi məktəb
yaratmağa müvəffəq ola bilmişdir.
Bu görkəmli ictimai xadim elmi
yaradıcılığının 50 ilə yaxın hissəsini
Naxçıvan diyarına həsr etmiş, burada elm və təhsilinin,
ədəbiyyat və mədəniyyətinin inkişafına
var qüvvəsi ilə xidmət göstərmişdir.Cəsarətlə
deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında,
türk dünyası miqyasında akademikin elmi məktəbi
tam şəkildə formalaşmış və böyük
uğur qazanmışdır.
Akademik İsa Həbibbəylinin həyat və
fəaliyyətinin Naxçıvan dövrü onun
bioqrafiyasında xüsusi yer tutur. O, ədəbiyyat tarixi, ədəbi
tənqid və ümumiyyətlə, filologiya və mədəniyyətşünaslıq
üzrə bütün türk dünyasında böyük
xidmətləri olan elm xadimi kimi tanınır və qəbul
edilir. Akademik İsa Həbibbəyli
doğulduğu diyara bütün, varlığı, səmimiyyəti
ilə bağlı olan, onun inkişafına, uğurlarına
sevinən, bu yolda bütün enerjisini əsirgəməyən
və böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş
alimdir.
İsa müəllim
qədim Naxçıvanımızın ədəbi
mühitini hərtərəfli şəkildə
araşdırmış, bölgənin ədəbi-elmi və
mədəni inkişafını mühüm ədəbi
qaynaqlar və arxiv materialları əsasında tədqiq
etmişdir. Görkəmli ədib
Naxçıvana həsr edilmiş "Nuhçıxandan
Naxçıvana" monoqrafiyasıında Naxçıvan ədəbi
mühiti, onun nümayəndələri haqqında geniş məlumat
vermiş, buradakı ədəbi mühiti obrazlı şəkildə
"Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi"
adlandırmışdır.
Qeyd-şərtsiz
deyə bilərik ki, Azərbaycan ədəbiyyatşünaslığının
Naxçıvan məktəbi müstəqil Azərbaycan
dövlətinin ölkə elmi ictimaiyyətinə bəxş
etdiyi böyük töhfələrdən biridir!
Tarixə nəzər salsaq Naxçıvan ədəbiyyatşünaslıq
məktəbinin yaranmasını ilk öncə ulu öndər
Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə
diqqət və qayğısının göstəricisi olaraq
dəyərləndirməliyik.
Məhz bunun nəticəsində, 1992-ci ildə
Naxçıvan Dövlət Universitetində doktorantura
şöbəsi, 1997-ci ildə “Azərbaycan ədəbiyyatı”
və “Dünya ədəbiyyatı” ixtisasları üzrə
dissertasiya şurası fəaliyyətə başladı.
Akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıq
elminin Naxçıvan məktəbi” məqaləsində
yazır: “Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin “Naxçıvan” ictimai-siyasi və elmi-ədəbi
jurnalının, Naxçıvan Dövlət Universitetində “Qeyrət” nəşriyyatının
və “Elmi əsərlər” jurnalının, AMEA-nın
Naxçıvan bölməsində “Tusi” nəşriyyatının
və “Məruzələr” jurnalının nəşrinin ardıcıl
olaraq təmin edilməsi muxtar respublikada elmin bütün sahələrinin,
o cümlədən, ədəbiyyatşünaslıq elminin
sürətli inkişafına münbit zəmin
yaratmışdır”.
Bu bir faktdır ki, 1990-cı ildə
Naxçıvanda ədəbiyyatşünaslıq sahəsi
üzrə sadəcə 2 elmlər doktoru, 4 fəlsəfə
doktoru – dosent fəaliyyət göstərirdi.
Hazırda isə Naxçıvanda ədəbiyyatşünaslıq
fəaliyyəti ilə məşğul olanların, necə
deyərlər, böyük bir qvardiyası yaranmışdır.
Onlann sıralarında 1 nəfər akademik, 1 nəfər
müxbir üzv, 4 nəfər elmlər doktoru, 30 nəfərdən
çox elmlər namizədləri
təmsil olunur. Naxçıvan ədəbiyyatşünaslıq
cəbhəsini təmsil edən elm adamlarının tədqiqatlarında
filoloji elmin ən aktual, zəruri və əhəmiyyətlı
məsələləri yüksək şəkildə
özünün həllini tapır. Muxtar respublikada ədəbiyyatşünaslıq
elminin ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi,
ədəbi tənqid, ədəbi əlaqələr və
folklorşünaslıq sahələrində ardıcıl
olaraq inkişafprosesləri davam edir. Və bu sahələrin hər
biri üzrə geniş tədqiqatlar aparılır, məqalələr
və monoqrafiyalar çap olunur, yeni tədqiqatçılar
yetişib formalaşır.
Bütün bunların nəticəsində
artıq Azərbaycan ədəbiyyatşünaslıq elminin
Naxçıvan məktəbi hər keçən gün daha
da inkişaf edir.. Bu məktəbin nümayəndələrindən
elmlər doktorları Isa Həbibbəyli, Hüseyn Həşimli, Əsgər
Qədimov, Fərman Xəlilov, Əjdər İsmayılov, Yusif Səfərov,
Həmid Arzulu, elmlər namizədlərindən İman Cəfərli,
Xanəli Kərimli, Əbülfəz Əzimli, Hikmət
Mehdiyev, Seyid Surə, Seyfəddin Eyvazov, Mehriban Sultan, Əli Allahverdiyev,
Xumar Məmmədova, Əli Həşimov, Aygün Orucova,Ramiz
Qasımov, Əminə Zalova və başqaları Azərbaycan
ədəbiyyatşünaslıq elmini ölkəmizdə və
onun hüdudlarından kənarlarda da layiqincə təmsil
edirlər. Naxçıvanda yaşayan Azərbaycan ədəbiyyatşünaslarının
ölkəmizdən başqa Türkiyədə, İranda,
Rusiyada, bir sıra Avropa ölkələrində də elmi əsərləri
nəşr olunur. Bunun nəticəsidir ki, artıq
Naxçıvanda yaşayıb-yaradan ədəbiyyatşünas
alimlərin əsərlərindən böyük bir kitabxana
yaratmaq mümkündür.
Prinsipcə Naxçıvan ədəbiyyatşünaslıq
məktəbinin ilk böyük uğuru
da İsa Həbibbəylinin
adı ilə bağlıdır. Onun “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” monoqrafiyası bu məktəbin ən mühüm
göstəricisidir.
“Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” əsəri ilə müəllif
göstərdi ki, Naxçıvan MR-də yaşayaraq nəinki azərbaycan ədəbiyyatşünaslığında
yeni söz demək, həmçinin elmi fikrin bir çox
yanlışlıqlarını təshih etmək də
mümkündür.
Şübhəsiz ki, Naxçıvan ədəbiyyatşünaslıq
məktəbinin əməli fəaliyyətində akademik
İsa Həbibbəylinin xidmətlərindən ayrıca söz
açılmalıdr. Böyük alim nəinki bu məktəbin
fəaliyyətinə rəhbərlik etmiş, eyni zamanda
Naxçıvanda yaşayıb-yaratmış ədəbiyyatşünasların
elmi axtarışlarının təbliği işini də gərəkli saymışdır.
Naxçıvan ədəbiyyatşünaslıq
məktəbi mövzu baxımından azərbaycan elmi fikrinə
bir neçə istiqamətdə xidmət göstərmişdir.
I istiqamət ədəbi əlaqələrə
dair elmi araşdırmaların aparılması: İsa Həbibbəylinin
rəhbərliyi altındamüdafiə olunan elmi işlərin
bir qismi ədəbiyyatımızı ədəbi əlaqələrə
dair yeni müddəalarla zənginləşdirmişdir:
Əli Allahvårdiyåvin«Kitabi-DədəQîrqud»
dastanları Fransada, Xumar Məmmədîvanın “Azərbaycan ədəbiyyatı
çağdaş Amårika ålmi-ədəbi mənbələrində”,
Şəhla Qurbanovanın “Amerika ədəbiyyatı Azərbaycan
ədəbiyyatşünaslığında” dissertasiyaları
məhz bu istiqamətdə aparılmış elmi
araşdırmalardır.
II istiqamət. Azərbaycan ədəbiyyatşünaslığının
bəzən tərəddüdlə yanaşdığı məsələlərə
aydınlıq gətirilməsidir: Bu istiqamətə
HüseynHəşimlinin “Azərbaycan ədəbiyyatında såntimåntalizm”, Həmid Əliyåvin “Alman klassik
pîåziyasının azərbaycan dilinə tərcüməsinin
nəzəri və praktik prinsipləri” kimi elmi
araşdırmaları misal göstərmək olar.
III istiqamət-
naxçıvanşünaslığın tərkib hissəsi
məqamında ciddi elmi uğurlara imza atılmasıdır.
Bu məqamla bağlı onu deyə bilərik
ki, Naxçıvan ədəbiyyatşünaslıq məktəbində
o problemlər elmi həllini tapdı ki, həmin problemləri
tədqiq edəcək şəxs məhz muxtar respublikada
yaşamalı idi. Buna görə də İsa Həbibbəylinin
elmi rəhbərliyi ilə müdafiə olunan
dissertasiyaların böyük əksəriyyətinin
mövzuları sırf muxtar respublikamızla bağlıdır.
Fikrimizin təsdiqi üçün adları
göstərilən dissertasiya mövzularına diqqət
yetirmək kifayətdir:
Seyid Surənin
“Şərq qapısı” qəzeti və Naxçıvan ədəbi
mühiti”, Şəhla Şirəliyevanın
“Naxçıvanda radio-televiziya və ədəbi mühit”,
Nüşabə Məmmədîvanın “XX əsr Naõçıvan ədəbi
mühiti”, Nurlana Əlıyevanın “Məhəmməd
Tağı Sidqi və uşaq ədəbıyyatı” bu
mövzuda müdafiə olunmuş dissertasiyalardır.
Ümumiyyətlə, müstəqillik illərində
Naxçıvan ədəbiyyatşünaslıq məktəbi
məhz İsa müəllimin səyi nəticəsində Azərbaycan
elmi fikrinə bölgəni öyrənmək
baxımından ciddi uğurlar qazandırdı.
Akademik İsa Həbibbəylinin
elmi rəhbərliyi ilə 1998-2018-ci illər ərzində Azərbaycan
ədəbiyyatşünaslığının köklü
problemlərinə həsr olunmuş 66 fəlsəfə
doktorluğu, elmi məsləhətçiliyi ilə 6 elmlər
doktorluğu dissertasiyaları müdafiə olunmuş, daha 25
elmlər doktorluğu və 13 fəlsəfə
doktorluğu işləri isə hazırlanmaqdadır. Bu illər
ərzində akademik 15 dissertasiya müdafiəsində rəsmi
opponent qismində çıxış etmişdir.
İsa Həbibbəyli məktəbinin
davamçılarından olan İman Cəfərov yeni
dövr Azərbaycan mollanəsrəddinşünaslığının
tanmmış nümayəndəsidir. Aygün Orucova Cəlil
Məmmədquluzadə satirik şeirinin poetikasına
aydınlıq gətirən araşdırmaları ilə fərqlənir.
Hikmət Mehdiyevin poema janrına və mənzum dramaturgiyaya
aid araşdırmaları bu janrın inkişaf yolunu və
özünəməxsusluqlarını öyrənməyə
imkan verir. Seyid Surə sanballı tədqiqatları ilə Azərbaycanda
mətbuat tarixini və nəzəriyyəsini dərindən
öyrənənlərin sıralarına çıxır.
Mehriban Sultanın mətbuat tarixinə, “Yeni yol” qəzetinə
həsr edilmiş kitabları və məqalələri yeni
axtarışlar və tapıntılarla zəngindir. Mərhum
professor Məhərrəm Cəfərlinin
formalaşdırdığı Folklorşünaslıq Mərkəzinin
işi Məhsəti İsmayıl, Əkrəm Hüseynzadə,
Sədaqət Nemət kimi tədqiqatçıların
sayəsində uğurla davam etdirilir.
Xumar Məmmədovanın Qərb və Asiya ədəbiyyatları
ilə ədəbi əlaqələrin öyrənilməsinə
dair araşdırmaları ölkə miqyasında
tanınır. Əli Allahverdiyev hazırda Azərbaycan-Fransa ədəbi
əlaqələrinin əsas tədqiqatçılarından
biridir.
Aypara
Behbudova, Nigair Sadıqzadə və başqaları müasir ədəbiyyatın
inkişafi problemlərinə işıq salırlar. Abbas
Hacıyev və Nadir Hüseynov Naxçıvanın yeni
dövr ədəbi simalarının həyatı və
yaradıcılığını öyrənməkdə
davam edirlər.
Azərbaycan romantik şeirinin və
Avropa mənşəli poetik janrların inkişaf yolu,
romantizm və sentimentalizmə dair Azərbaycan miqyasında
yazılmış ən yaxşı əsərlərin
arasında Naxçıvanda yazılıb nəşr
edilmiş kitablar və məqalələr də
özünün layiqli yerini tutur. Deməli, burada ədəbiyyat
nəzəriyyəsi də normal inkişaf prosesi keçirir. Filologiya elmləri doktoru, professor Hüseyn Həşimlinin
Azərbaycan sentimentalizminə və lirik ədəbi
növün janrlarına həsr edilmiş nəzəri tədqiqatları
ölkəmizdə ədəbiyyatnəzəriyyəsi sahəsində
meydana çıxmış səviyyəli elmi əsərlərin
sırasında ən öndə dayanır. Hüseyn Həşimli
Azərbaycanda yeni nəsil ədəbiyyat nəzəriyyəçilərinin
tanınmış nümayəndəsidir.
Bundan başqa,
Naxçıvan hazırkı mərhələdə ədəbiyyatla,
mifologiya, tarix və etnoqrafiya ilə də bağlı olan Azərbaycan
nuhşünaslıq elminin mərkəzi funksiyasını da
uğurla həyata keçirir.
Bütün bunlar Azərbaycan ədəbiyyatşünaslığının
Naxçıvan məktəbinin formalaşmaqda olduğunu
göstərməkdədir. Bu, ədəbiyyatşünaslıq
elminin bütün sahələri üzrə inkişaf edən
çoxyönlü bir ədəbiyyatşünaslıq məktəbidir.
Və təbii ki, bu məktəb üçün biz akademik
İsa Həbibbəyliyə minnətdar olmalıyıq.
Çünki o bütün
ömrünü xalqın mədəni tərəqqisinə həsr
edərək, elmi yaradıcılığı ilə
müasir elmimizə yeni-yeni töhfələr vermiş,
bir-birindən dəyərli elmi əsərləri ilə
filologiya elmimizi zənginləşdirərək, özündən
sonra onlarla filoloq, ədəbiyyatşünas alim
yetişdirmişdir. Dəyərli
ziyalının elmi yaradıcılığı barədə
səslənən fikirlər, yazılan məqalələr,
elmə verdiyi töhfələr bir daha İsa Həbibbəyli
obrazının ucalığını, alicənablığını,
insan zəhmətinin nələrə qadir olduğunu aydın
təsəvvür etməyə imkan verir.
Bəli, Azərbaycan ədəbi
elmində, həqiqətən, İsa Həbibbəyli zirvəsi
var və bu zirvə bundən sonra da yeni tədqiqatlar,
axtarışlar, ərsəyə gələcək dəyərli
elmi əsərlər hesabına daha da ucalacaq. Çünki
bu tale çoxlarının qət edə bilmədiyi əsl
alim ömrüdür...
Bu gün elm yolunda tükənməz enerji ilə
addımlayan, sadəliyi, xeyirxahlığı, insansevərliyi,vətənə,
dövlətə sədaqəti ilə hamımıza örnək
olan, əvəzolunmaz şəxsiyy
Xalqına və dövlətinə
sədaqətlə xidmət edən, yorulmadan, səylə
çalışan, ömrünü elmə və dövlətçiliyə
xidmətə həsr edən görkəmli alim, böyük
ictimai-siyasi xadim, əsl ziyalı ömrüylə hər kəsə
nümunə olmağı bacaran,
akademik İsa Həbibbəyliyə Ulu Tanrıdan
can sağlığı, uzun ömür, müstəqil Azərbaycan
Dövlətinin elm və təhsil siyasətinin həyata
keçirilməsində bundan sonra da uğurlar arzu edirik!
ŞƏHLA ŞİRƏLİYEVA
filologiya üzrə
fəlsəfə doktoru, dosent
İki sahil.- 2021.- 16 oktyabr.- S.18.