Dağıdılmış abidələrimizin bərpasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir

 

 

 

Azərbaycanın ən qədim insan məskənlərindən biri də Zəngilandır. Zəngilan toponimi ilə bağlı araşdırmaçıların bir çox fikirləri vardır. Bəzi mənbələrdə vaxtilə İran ərazisində Bəxtiyarlılar adlı tayfalardan biri olan zəngi tayfasının XVI-XVII əsrlərdə Azərbaycanın şimalında məskunlaşdıqları dövrlərdə gəlib bu ərazidə qərarlaşdıqları qeyd olunur. Tayfanın adına əlavə olunanlansözünün isə məskunlaşma ilə əlaqədar olduğu güman edilir. Ümumilikdə, təxminən 20-dən artıq kitabda digər iki ehtimal isə ilan sözü ilə bağlıdır. Onlardan birində Zəngilan sözünün "ilanla zəngin yermənası verdiyi, digərində isə guya ərazidə olan ilanlar zəng cingiltisinə oxşar səs çıxardıqları üçün bu yerin zəngli ilanlar məskəni adlandırıldığı qeyd edilir. Coğrafiya elmləri namizədi Məhəmməd Cabbarov yazır ki, ilk adı Pirçivan, yaxud da Pircavan olan rayona 1930-cu ildə Zəngilan adı, 1967-ci ildə isə şəhər statusu verilib.

 

XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılarkən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

 

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır.

 

1930-cu ildə yaradılan Zəngilan rayonunun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxil olan rayon 1993- il 29 oktyabr tarixində Birinci Qarabağ müharibəsində təcavüzkar Ermənistan tərəfindən işğal olunan sonuncu rayon olub. 27 il düşmən tapdağında olan Zəngilan 20 oktyabr 2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilib.

 

Əlbəttə ki, bütün digər azad olunan şəhər rayonlarımızda olduğu kimi, Zəngilanda da biz hər bir tərəfdə erməni vəhşiliyinin şahidi oluruq. İşğalçı Ermənistan rayon ərazisindəki onlarla milli tarixi-dini abidələrimizi dağıdaraq talan etmiş, mədəni irsimizi yer üzündən silməyə çalışmışdır. Erməni vandalları azərbaycanlıların tərk etməyə məcbur qoyduqları dədə-baba yurdlarında bizlərə məxsus bütün tarixi izləri silməklə yanaşı, xalqımızın, ümumilikdə isə bütün müsəlmanların heysiyyatına toxunmaq məqsədilə bəzi məscidlərdən hətta donuz mal-qara üçün saxlanc yeri kimi istifadə etməkdən çəkinməyiblər. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, ermənilərin bu çirkin əməlləri təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir. Erməni silahlı birləşmələrinin işğalı nəticəsində təqribi hesablamalara görə, rayona 1 milyard 390 milyon ABŞ dolları məbləğində zərər dəymişdi. Çox qiymətli abidələr dağıdılmışdı.

 

Təqribən 1400 ildən artıq yaşı olan Zəngilanın özünəməxsus tarixi keçmişi var. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün qədim ornamentləri ilə seçilən onlarla türbə var idi. Rayonun Məmmədbəyli kəndindəki səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsinin (1304-1305) ətrafında orta əsr qəbiristanlığı yerləşirdi. Türbədən bir qədər aralıdakı Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci ilin yadigarı) məzarı ziyarətgaha çevrilmişdi. Yazıların xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrü XIII-XIV əsrlərə aid edilirdi. Bu ərazilərdə həmin əsrlərə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbir daşlarının üzərindəki ərəb, fars, Azərbaycan dilində olan yazılar xalqımızın həyat məişətini əks etdirirdi. Türbənin giriş qapısının üstündə hüsnxətlə ərəbcə yazılan kitabədə Qurandan ayə, türbənin kimə məxsus olması vaxt tikildiyi qeyd edilirdi. Orada yazılanlardan məlum olurdu ki, o, Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsidir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ildən artıq yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar burada 1974 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə çox zəngindir. Bunlardan biri Şərifan kəndindəki Şəhri-Şərifan ( ya Şəriban, Şabran) abidəsi idi. Abidənin böyük bir hissəsini Həkərə çayı yuyub apardığından şəhər qalığının ərazisi 9 hektara yaxın qalmışdı.

 

Bartaz Keçikli kəndində VI-VII əsrlərə aid olan "Şukrataz "Əsgülümqalaları, on üç-on dördüncü yüzilliklərin yadigarı Bartazdakı "Xanazur”, Malatkeşin ərazisində yerləşən "Dağdağan Gəyəlinin pirləri, Zəngilan şəhərindəki məscid, Tağlı qala, Pirçivandakı dəvə piri minillik tarixi əks etdirən arxeoloji tapıntılarla zəngin Dövlət Muzeyi vandalizmin qurbanlarındandır. Gilətağ ərazisindəki XVI-XVII əsrlərə aid, Sarı Aşlıqla bağlı Günəş abidə piri, Rəzdərədəki Alban türbə kompleksi, İslam dininin Qafqaza gətirilməsi tarixini özündə təsdiqləyən Rəzdərə kənd məscidi, Nizami Gəncəvi dövründən qalma Top körpusu, Yol piri, Qız qalası kimi tarixi, mədəni dini abidələrimiz erməni şovinist siyasəti nəticəsində yerlə-yeksan edilib.

 

Zəngilanın ərazisindəki tarixi abidələr yalnız yuxarıda adları sadalananlar deyil. İşğal nəticəsində düşmən tərəfindən dağıdılmış tarixi dini memarlıq abidələrinin qısa xülasəsi: İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr), – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsiXanazor Yeməzli kəndləri. Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağıAğkənd kəndi, Xanazur türbəsiBartaz kəndi, Xanazor piriBartaz yaxınlığında, Soltan Heydər piriBartaz dağında, Günqışlaq piriGünqışlaq kəndi, İzzə piriHacıllı kəndi, Hacallı (Hacıallı) günbəziHacıllı kəndi, Buqakar piriLeyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağıMəlikli kəndi, Veysin piriPirveyis kəndi, Seyid Musa ocağıSobu kəndi, Qaradağlı piriŞəfibəyli kəndi, Yal piriVejnəli kəndi, Yel piriVejnəli kəndi, Soltan ocağıYeməzli kəndi, Şəhid Məhəmməd yeriYeməzli kəndi, Dəvəcüneyt piriZəngilan şəhəri, Məmməd bəyin türbəsiMəmmədbəyli kəndi. Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsr¬lər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsiMəmmədbəyli kəndi.

 

Prezident İlham Əliyevin əzmi, qətiyyəti uzaqgörən siyasəti nəticəsində viran qoyulmuş şəhər kəndlərimizdə mədəni, tarixi dini irsimizin bərpası yenidənqurulması işləri davam etdirilir. Bu sahədə xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək yerinə düşərdi. Belə ki, Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri olan Zəngilan Məscidinin bərpası Heydər Əliyev Fondu tərəfindən icra olunur.

 

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan hər zaman öz milli dəyərlərinə sahib çıxaraq, dünyaya kimliyini sübut etmək iqtidarındadır.

 

Nilufər Mustafaqızı.

 

İki sahil.- 2021.- 20 oktayabr.- S.3.