Ukraynanın xəbər portallarında Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə bağlı məqalə dərc olunub

 

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən hazırlanan və “forbes.net.ua” və “Presa Ukraini” xəbər portallarında dərc edilən məqalədə ölkəmizin 30 ildə əldə etdiyi iqtisadi uğurları şərh edilir. Qeyd edilib ki, Azərbaycanda müstəqilliyin ilk illərindəki xaos, iqtisadiyyatın zəifləməsi, milli sərvətlərin oğurlanması dərin siyasisosial-iqtisadi böhrana səbəb olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin dövlət başçısı olaraq gəlişi ilə ölkədə yeni bir siyasi kurs formalaşmağa başlayıb. Heydər Əliyevin əsas nailiyyətləri vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaqiqtisadi sahə də daxil olmaqla müstəqil siyasət aparmaq idi. Bu fəaliyyətin əsas istiqamətləri müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemin yaradılması, bazar münasibətlərinə keçid və ölkənin dünya iqtisadiyyatına inteqrasiyası idi. Heydər Əliyevin siyasəti nəticəsində ölkənin sosial-iqtisadi inkişafında və dünya iqtisadi sisteminə inteqrasiyasında böyük uğurlar əldə edildi. Ən böyük nailiyyət, bu müddət ərzində görülən gərgin nəticəsində ölkənin əsaslı olaraq yeni - inkişaf və islahatların Azərbaycan modelinə sahib olmasıdır. Onun siyasətini isə davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan enerji, nəqliyyat sahəsində bir sıra nüfuzlu beynəlxalq layihələrin müəllifidir. Azərbaycan 30 ildə bütün xarici ölkələrlə ərazi və suverenliyə hörmətlə yanaşan uğurlu xarici siyasət yeridib.

 

Məqalədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə qısa bir zamanda böyük iqtisadi layihələr həyata keçirilir. Azərbaycan ərazilərini azad etdikdən sonra bölgədə yeni bir reallıq ortaya çıxıb. Qısa müddətdə azad edilmiş ərazilərin bərpası və inkişafı konsepsiyası hazırlanıb. Səkkiz ay ərzində Füzuli şəhərində bir beynəlxalq hava limanı inşa edilib. Daha iki hava limanının tikintisi planlaşdırılıb və dörd sənaye parkının yaradılması işlərinə başlanılıb. Hazırda 13 istiqamətdə magistral yollar, elektrik xətləri çəkilir. Ağdamın dirçəlişinin baş planı təsdiq edilib və yenidənqurma işlərinə başlanılıb. Bir sıra qəsəbələrdə “ağıllı kənd”lərin yaradılması layihələri həyata keçirilir. Azərbaycan bölgənin yenidən qurulmasını sürətləndirməyi hədəfləyir.

 

Otuz il ərzində Azərbaycan və Ukrayna münasibətləri barədə məqamlar yer alan məqalədə, həmçinin vurğulanıb ki, bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur.

 

 

 

Emil Hüseynli

 

İki sahil.- 2021.- 20 oktyabr.- S.2.