General-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr edilən tədbir keçirilib
General-mayor
Mustafa Nəsirovun 100 illik
yubileyinə həsr edilən tədbir keçirilib
Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının
ilk sədri, general-mayor Mustafa Nəsirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir
ki, tədbirdə təşkilatın sədri
Fatma Səttarova, onun müavini Cəlil Xəlilov və general-mayor Abbasəli
Novruzov çıxış
ediblər.
Tədbir zamanı general-mayor M.Nəsirovun
Azərbaycanın hərb
tarixində və ictimai-siyasi həyatındakı
böyük xidmətlərindən
söz açılıb. Bildirilib ki,
Azərbaycanın Sərhəd
Qoşunlarının qurulmasında
və inkişafında
onun böyük rolu olub.
Qeyd olunub ki, general-mayor M.Nəsirov müstəqil Azərbaycanın
Sərhəd Qoşunlarının
yaradılmasının əsasında
durub. O, çoxsaylı
hökumət mükafatları,
orden və medallarla təltif olunub. Çıxışçılar bu böyük
insanın xatirəsinin
daim veteranların qəlbində yaşayacağını
bildiriblər.
Tədbirdə bildirilib ki, M.Nəsirov Respublika Müharibə Veteranları,
Əmək və Silahlı Qüvvələri
Şurasının sədri
vəzifəsində çalışarkən
hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, daima ölkə veteranlarının problemlərinin
həll edilməsində
xidmətlər göstərib.
Həmçinin vurğulanıb ki,
o, ömrünün sonuna
kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının
bütün tədbirlərində
fəal iştirak edib.
Tədbirdə qeyd olunub ki, 1987-ci ildə Azərbaycan Respublikası
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının ilk sədri seçilən
Mustafa Nəsirov ölkəmizdə
veteran hərəkatının inkişafına böyük
töhfələr verib.
Daha sonra M.Nəsirov haqqında çəkilmiş film təqdim
edilib.
Qeyd edək ki, Mustafa Nəsirov 1921-ci il
oktyabrın 25-də Dərbənddə
anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün
həyatını bu şərəfli peşəyə
həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin
qərargahlarında müxtəlif
vəzifələrdə xidmət
göstərib. Göytəpə Sərhəd Dəstəsinin
qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin
rəisi vəzifələrində
çalışıb.
M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan
Sərhəd Dəstəsinin
rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin Zaqafqaziya
Sərhəd Dairəsinin
hərbi əməliyyat
şöbəsinin rəis
müavini vəzifəsinə
təyin edilib.
O,
SSRİ DTK-nın sərhəd
qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı
olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə
deputat seçilib.
M.Nəsirov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin
sərhəd məsələləri
üzrə baş məsləhətçisi təyin
olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. O, Azərbaycan
Prezidentinin Sərəncamı
ilə "Şöhrət"
ordeninə layiq görülüb.
Böyük Vətən müharibəsi
veteranı, Azərbaycanın
sərhəd qoşunları
general mayoru Mustafa Nəsirov
91 yaşında vəfat
edib.
İki
sahil.- 2021.- 23 oktaybr.- S.7.