Ağdam ruhlar şəhərinə bənzəyir

 

 

Macarıstanlı məşhur jurnalist publisist Peter Erdeyi Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə bu yaxınlarda baş tutmuş səfəri haqqındaElet es Tudomanyjurnalında məqalə dərc etdirib.

 

Qafqazinfoxəbər verir ki, Azərbaycana üçüncü dəfə, yaxın vaxtlara qədər “od tutub yananQarabağa isə ilk dəfə səfər etmiş müəllif orada gördüyü dağıntılara görə sarsıldığını bildirir. Erdeyi yazır:

 

Müharibə kəndlərə, meşələrə, üzümlüklərə, faunaya, insanlara, hətta dəfn edilmiş ölülərə rəhm etməyib. Qarabağın cənub hissəsindəki yandırılmış torpaq işğalçıların zəbt etdikləri torpaqların sakinlərinə dərin nifrət bəsləməsinə sübutdur”.

 

1917-ci il inqilabına qədər Azərbaycan ərazisində çox xalqların nümayəndələri, hətta öz tarixi vətənlərindən uzaq düşmüş almanlar, polyaklar, yunanlar da yaşayırdı. Burada hətta atəşpərəst hindilərin icması da olub. Lakin millətlər palitrasının bir qədər məhdudlaşmasına baxmayaraq indi burada yaşayan etnik azlıqların xəritəsi yetərincə müxtəlifdir.

 

SSRİ dağılandan bir il sonra, 1992-ci ildə başlanmış birinci Ermənistan-Azərbaycan müharibəsi iki il davam etdi. Azərbaycanın müstəqil dövlətə çevirilməsindən cəmi bir il keçmişdi sovet qoşunları onun ərazisini tərk etmişdi. Qonşu Ermənistandan isə bu qoşunlar getmədi, hətta indi Rusiyanın 102-ci bazasının hərbi kontingenti Ermənistanda yerləşir. Siyasi rejim dəyişəndən azərbaycanlılara qarşı etnik təmizləmələrdən sonra Ermənistan etnik baxımdan bircins milli dövlətə çevrildi. 2011-ci ildə siyahıyaalma zamanı Ermənistan sakinlərinin yalnız 2 faizi özlərini qeyri-erməni hesab ediblər. Eyni zamanda, əhalisinin sayı 10 milyon olan Azərbaycanda sakinlərin təqribən 10 faizi titul millətinə aid deyil etnik azlıqları təmsil edir. Bəzi hesablamalara görə, Bakıda təqribən 30 min, Qarabağda isə daha 25 minə yaxın erməni yaşayır. Qafqaz dağlarının cənubunda yerləşən Qarabağın əhalisi əsirlər boyu dəfələrlə dəyişib. Bu, 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti üçün xüsusilə səciyyəvi idi. Erdeyi xatırladır ki, Qarabağdan əlavə ona bitişik rayonlar da işğal edilmiş, orada ermənilərbufer zonasıyaratmışdılar.

 

Müəllif yazır: “Bu yaxınlarda Qarabağın aran rayonlarına səfər zamanı mənə ən güclü təsir göstərən bu oldu ki, bəzən saatlarla bu ərazidə yalnız xarabalıqları görmək mümkün idi, bircə salamat bina, elektrik dirəyi, ağac da qalmamışdı. Hətta vəhşi heyvanlar da görünmürdü. Sanki Ayın səthində idiqumsal səhra, ətrafda yalnız kötüklər daşlar var. Bir , əlbəttə, piyadalar əleyhinə milyonlarla mina. Bu minaların basdırmağın məqsədi o olub ki, bu torpağın əvvəlki sahibləri buraya qayıtmağı ağlına belə gətirməsinlər.

 

Ağdam şəhərinin taleyi çox faciəli olub. 1993-cü ildə şəhər tamamilə dağıdılıb. İşğalçılar hətta şəhər qəbiristanlığını da dağıdıb, məşhur tarixi şəxsiyyətlərin məzarlarını alt-üst ediblər. Erdeyi öz həmkarı, azərbaycanlı jurnalist Eldar İsmayılovun dediklərini sitat gətirir: “Hər şeyi bərpa etmək olarevləri , təsərrüfat tikililərini , məbədləri . Amma atamın cəsədinin başına gətirilənləri necədüzəltməkolar? Bu, təkcə bizə deyil, mənim ailəmlə eyni vəziyyətdə olan insanların hamısına çox böyük mənəvi zərbədir. Qərara almışam ki, Ermənistana qarşı iddia ilə Avropa Məhkəməsinə müraciət edim. Dağlıq Qarabağa qarşı bunu edə bilmərəm, çünki o, heç kəs tərəfindən tanınmamış siyasi qurumdur”.

 

40 min sakini olan Ağdam şəhəri elə viran qoyulub ki, indi onu çox vaxtQafqazın Hirosimasıadlandırırlar. Elə ilk baxışdan görünür ki, bu həqiqətən belədir. Mərkəzi şəhər məscidinin iki uca minarəsi istisna olmaqla bütün şəhər xarabalığa çevrilib. Həmin minarələrdən erməni əsgərlər kəşfiyyat qüllələri kimi istifadə edirdilər. Məscidlərdə ermənilər ev heyvanları, o cümlədən müsəlmanlar üçünmurdarsayılan donuz saxlayıblar.

 

Macar jurnalist yazır: “Mən orada olanda məscidin daş döşəməsi peyinlə dolu idi. Bu mənzərə mənim təsəvvürümü daha da kəskinləşdirdi. Azərbaycanın məşhur tarixi şəxsiyyətlərinin məzarları, möhtərəm xanların imamların türbələri dağıdılıb, məzar daşları uçurulub sındırılıb, skelet qalıqları ətrafa səpələnib. Şəhərin təməlini qoymuş İbrahimxəlil xanın məqbərəsi dağıdılıb. Xurşidbanu Natəvanın abidəsi dağıdılıb, onun məzarı qazılıb, sümükləri ətrafa səpələnib. XIX əsrdə yaşamış Natəvan xeyriyyəçi olub. Onu Azərbaycan poeziyasının ən yaxşı nümayəndələrindən biri hesab ediblər. Natəvanın əsərləri məhəbbət mövzusunda qəzəllərdir”.

 

Ermənilər müsəlman qəbiristanlıqlarını təhqir etmələrini belə izah edirlər ki, bu yolla xristianlığın əsasını aqressiv şəkildə yayılmaqda olan İslam fundamentalizmindən qoruyurlar. Əgər kimsə haçansa Azərbaycanda olubsa o adam təsdiqləyər ki, bu ölkə sülh asayiş diyarıdır, burada kor-koranə mövhumatdan əsər-əlamət yoxdur.

 

Erdeyi məqaləsinin sonunda yazır: “Məsələn, bizim sürücü sünni idi, vaxtı dayanmadan çalışırdı. Sadəcə, səhər nahar vaxtı axşam bizim qrupdan aralanır namaz qılırdı. Amma müəzzin səsini eşitmədim. Məhz bu cür liberal münasibətə görə, qonşu ölkələrdən, məsələn İrandan olan milliyyətcə azərbaycanlı turistlər buraya axın-axın gəlir. Onlar bu Avropa ölkəsində istirahət etməyə, alış-veriş əyləncə üçün gəlirlər”.

 

 İki sahil.- 2021.- 28 oktyabr.- S.5.