Azərbaycan-Türkiyə dostluğu qardaşlığı əbədi sarsılmazdır

 

Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini (AXC) özgə torpaqda, özgə paytaxtda elan etdi. Fətəli xan Xoyski başda olmaqla hökumət təşkil olundu. Hökumət 20 gündən sonra Gəncəyə köçdü. Milli hökumətin əsgər zabiti, demək olar ki, yox səviyyəsində idi.

 

Bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovunBakının xilasından 103 il keçirsərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

 

Azərbaycan xalqının cəlladı S.Şaumyanın başçılığı altında Bakı Xalq Komissarları Soveti isə 1918-ci ilin aprelində təşkil edilmişdi. Bu qurumun 20 minə qədər hərbi qüvvəsi var idi. Zabitlərin hamısı, əsgərlərin böyük əksəriyyəti ermənilərdən təşkil edilmişdi. Azərbaycan xalqına düşmən olan bu qurum Milli Hökuməti Gəncədə boğmaq üçün iyunun əvvəllərində Korqanovun başçılığı altında hücuma keçdi.

 

Əgər Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi, sizcə, cümhuriyyətimizin aqibəti necə olardı?

 

O zaman Təzəpir məscidinin axundu, sonralar səkkizinci Şeyxülislamımız olan Ağa Əlizadə yazırdı: “Allah-Təala mələkləri Osmanlı əsgərlərinin simasında bizə köməyə göndərdi”.

 

Xəzərin sahilində dili bizim dildən, dini bizim dinimizdən

olan müsəlmanları erməni gavürlar öldürürlər

İlk əvvəl Gəncəyə kiçik bir hərbi heyətlə gələn 29 yaşlı Nuru paşa yəqin etdi ki, çarizmin yeritdiyi siyasət nəticəsində azərbaycanlılardan ibarət əsgər zabit yox dərəcəsindədir. Çünki çarizm müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi xidmətə aparmırdı. Ona görə Nuru paşa Türkiyə Cümhuriyyətinin hərbiyyə naziri, qardaşı Ənvər paşaya yazırdı: “Abi, Osmanlının şərəf ləyaqətini qorumaq üçün mənə ordu göndər. Burda mənə lazım olan ordu yoxdur”.

 

Osmanlının Rumıniya cəbhəsindən bir xatirə: 5-ci ordu Rumıniyada öz işini başa çatdırdıqdan sonra ordu komandiri üzünü əsgərlərə tutaraq deyir: “Əsgər, müharibə bitdi. İndi rahat şəkildə məmləkətinizə dönə bilərsiniz. Neçə vaxtdır ki, evinizdən, yaxınlarınızdan xəbəriniz var. Evinizə dönmək sizin haqqınızdır. Amma Xəzərin sahilində dili bizim dildən, dini bizim dinimizdən olan müsəlmanları erməni gavurlar öldürürlər, əmlaklarını yağmalayır, cocuqlara qocalara olmazın işgəncələr verirlər. Onlar köməksizdirlər. Mən arxamı sizə çevirirəm. Haqqınız evlərinizə dönməkdir, amma Allah rizasına Xəzərin sahilinə köməyə gedəniniz ola bilər”.

 

Komandir üzünü əsgərlərə çevirəndə nəyin şahidi olur? Bütün əsgərlər bir nəfər kimi Xəzərin sahilinə öz din qardaşlarını xilas etmək üçün düzülüblər.

 

Yetmişillik sovet tarixi bu həqiqətləri bizdən gizli saxladı. İnanmıram, bu gün kimsə bu fakta şübhə etsin. Şübhə edən varsa, deməli, o, bizdən deyil.

 

Sentyabrın 15-də Qafqaz-İslam ordusu Bakı şəhərini düşmən qüvvələrindən azad etdi. Təzəpirin axundu Ağa Əlizadə Bakı camaatının xahişini Nuru paşaya çatdırdı. Əhali öz xilaskarı ilə görüşmək istəyir. Nuru paşa razılıq verdi.

 

Məlumat üçün qeyd olunmalıdır ki, 1918-ci ilin mart qırğını zamanı Bakı camaatının böyük əksəriyyəti canını qurtarmaq üçün Bakını tərk etmişdi. Yalnız Nuru paşa Bakını azad edəndən sonra bu insanlar evlərinə dönə bildilər.

 

Bakının azad olunması Qurban bayramı günlərinə təsadüf edirdi

 

Bakının azad olunması Qurban bayramı günlərinə təsadüf edirdi. Nuru paşa kiçik bir heyətlə Təzəpirin həyətinə daxil oldu. Az qala bütün Bakı əhli Təzəpirin həyətinə yığışmışdı. Hamı xilaskarını yaxından görmək istəyirdi. Nuru paşa Ağa Əlizadənin müşayiəti ilə məscidə daxil olub minbərə çıxdı. Nitqi uzun olmadı, amma təsirli idi: “Gəncədən Bakıya uzanan yollarda çoxlu şəhidlərimiz oldu. Bu mübarizədə iki qardaşın qanı bir-birinə qarışdı. Bu qardaşlığa həmişə sadiq qalacağıq”.

 

Təzəpirin həyətində Nuru paşanın ayaqları altında çoxlu qurbanlar kəsildi. Nuru paşanın bütün paltarı qana bulaşmışdı. Evlərində qurban ətindən yemək bişirib məscidin həyətinə gələnlər paşanı məcbur edirdilər ki, bişirdiklərindən dadsın. Paşa da əsgər kimi əhalinin xahişini yerinə yetirirdi.

 

Mart soyqırımı günlərində böyük mesenat Hacı Zeynalabdin Tağıyev elan etmişdi ki, kim Bakını erməni gavurlarından azad etsə, övrətimin yaşadığı evi (indiki Azərbaycan Tarixi Muzeyi) ona ərməğan edəcəyəm. Hacı başda olmaqla minlərlə bakılı Nuru paşanı səbirsizliklə gözləyirdi. Nuru paşa Təzəpirdən qərargahına getdi. Paltarını dəyişəndən sonra Hacının evinə yollandı.

 

Hacı qonağını böyük məhəbbətlə qarşıladı. Söz verdiyi kimi evin açarını Nuru paşaya təqdim etmək istədi. Nuru paşa açarı götürmədi, amma Hacı haqqında xoş sözlər dedi.

 

Osmanlı ordusu Bakını tərk etməyə məcbur edildi

 

1918-ci il noyabrın 10-da Osmanlı Ordusu Bakını tərk etməyə məcbur edildi. Mudros barışığına görə Osmanlı dövləti Antanta dövlətləri tərəfindən məğlub elan olundu. Ona görə Qafqaz-İslam ordusu da Bakını tərk etməli idi. Bakının bütün müsəlman əhalisi bu ordunu göz yaşları ilə yola saldı. Çünki Qafqaz-İslam ordusu xilaskar ordu idi. Bir həftə sonra müttəfiqlərin adından Bakıya daxil olan general Tomson Milli Hökumətimizi tanımaqdan imtina etdi.

 

Bakı öz tarixində həm Şirvanşahların, həm Bakı xanlığının paytaxtı olub. Bakı ilk dəfə Nuru paşanın xilaskarlıq yürüşündən sonra bütün Azərbaycanın paytaxtı oldu.

 

82 ildən sonra reallaşan qərar...

 

1918-ci ilin dekabrında Azərbaycan parlamenti fəaliyyətə başladı. Parlamentin ilk qərarlarından biri Azərbaycanın haqq işi uğrunda şəhid olan osmanlı əsgər zabitlərinə Bakının ən əzəmətli yerində abidənin qoyulması ilə bağlı oldu. 1920-ci ilin sovet işğalı buna imkan vermədi. 2000-ci ildə bu abidə Şəhidlər xiyabanında ucaldıldı.

 

Şəhidlər xiyabanını ziyarət edən hər bir azərbaycanlının ürəyindən bu sözlər keçir: “Allah sizə rəhmət eləsin, Ənvər paşa, Nuru paşa. Allah Bakını erməni faşizmindən xilas edən bütün osmanlı əsgər zabitlərinə rəhmət eləsin!”.

 

Çox təəssüf ki, bu gün yağı düşmən onun havadarları bizdən əl çəkmirlər.

 

Biz düşmənə öz yerini göstərdik

 

Ermənistan 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə çıxış etdi 1988-ci ildən başlanan erməni xəyanəti 20 faiz torpaqlarımızın işğalı ilə nəticələndi. İşğalçı Ermənistan 30 ilə yaxın dədə-baba torpaqlarımızda at oynatdı. Amma bu, çox davam edə bilməzdi nəhayət, 2020-ci ilin sentyabrın sonlarında Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etməyə başladı. 44 gün davam edən Vətən müharibəsi haqq işi uğrunda mübarizə aparan Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Biz düşmənə öz yerini göstərdik. Bu çətin günlərdə qardaş Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanında oldu hər cür dəstəyi göstərdi. Dostlar dar gündə tanınar. Bizim dostluğumuz əbədi sarsılmazdır. Çünki bu iki millətin qanı çoxdan bir-birinə qarışıb. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

 

İki sahil.- 2021.- 16 sentyabr.- S.11.