Qafqazın incisi Şuşa möhtəşəmliyi ilə qonaqlarını heyran edir

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq

 

 

 

2020-ci il noyabrın 8-i Azərbaycan xalqının yaddaşında əbədi qalan tarixdir. Bu tarix xalqımızın Qələbə, Zəfər günüdür! Həmin gün arxivə göndərilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli günüdür. «Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıqBiz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq qovacağıqsöyləyən Prezident İlham Əliyev Qafqazın incisi adlandırılan Şuşanın işğaldan azad olunmasını mədəni irsimizin qorunması kimi dəyərləndirdi. Eyni zamanda, ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlılarıBu tarixi gündə Azərbaycan xalqına müjdəni «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandırsözləri ilə bildirən dövlət başçımız onu da vurğuladı ki, erməni vandallarının dağıtdıqları tarixi abidələr, dini ocaqlar qısa müddətdə əvvəlki görkəmlərinə qaytarılacaq.

 

44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbələr endirən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi tarix yazan Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri quruculuq, abadlıq, yenidənqurma işlərinin intensivləşməsi ilə yadda qalır. Qısa müddətdə enerji, yol-nəqliyyat layihələrinin gerçəkləşməsi, bir neçə tarixi abidənin bərpası, «ağıllı kənd», «ağıllı şəhər», «yaşıl enerji» kimi pilot layihələrin həyata keçirilməsi istiqamətində işlərin sürətlənməsi, Ağdam işğaldan azad edilmiş digər şəhərlərin yenidən qurulması ilə bağlı planların hazırlanması Böyük Qayıdışa kütləvi hazırlığın proqnozudur. Şuşada keçirilən «Xarıbülbül» musiqi festivalı, Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Müqaviləsi mədəniyyət paytaxtımızın həyatında əlamətdar hadisə kimi yadda qaldı. Bu günlərdə bir qrup şuşalının işğaldan azad olunmuş yurdlarını ziyarət etmələri bitən həsrətin təcəssümüdür. «Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsinizŞuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Şuşaya səfərlərində əvvəllər ənənəvi olaraq təşkil edilən Vaqif Poeziya Günlərinin bərpa olunacağını bildirən Prezident İlham Əliyevin ən böyük istəyi «Xarıbülbül»” festivalının keçirilməsi idi. «Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir –«Xarıbülbül»” festivalı Vaqif Poeziya Günləri» sözləri artıq reallaşdı.

 

Heydər Əliyev Fondunun Şuşada təşkil etdiyi Vaqif Poeziya Günlərinin açılışında Birinci Qarabağ, Vətən müharibəsində, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi bütün şəhidlərimizə ümümxalq ehtiramı idi.

 

Azərbaycanın mədəniyyət tarixində böyük rəmzi mənası olan, hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qaldığı illərdə belə milli ruhunu qoruyub saxlayan Şuşa kimi doğmalarının isti nəfəsinə həsrət qalan xarıbülbül əyilmədi, sınmadı. Poeziyanın, sözün, musiqinin bayramı olan tədbirdəki çıxışında 39 il bundan əvvəl burada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi şair Vaqifin məqbərəsinin açılış mərasimini xatırlayan Prezident İlham Əliyev bu məsələdə ata vəsiyyətinə sadiqliyini göstərdi: « Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı biz yenidən nəfəs almağa başlamışıq

 

Müharibədən sonra arxada qalan 9 ayda bir çox tarixi abidəni bərpa edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vaqif Poeziya Günlərinin bərpası, «Xarıbülbül» musiqi festivalının təşkili, Yuxarı Gövhər ağa məscidinin təmiri, Saatlı Aşağı Gövhər ağa məscidlərinin bərpasına diqqətin artırılması, Natəvan bulağının istifadəyə verilməsi tarixi məqamlardır.

 

Cari ilin yanvar ayının 14-dən başlanılan Şuşanın bərpası istiqamətində həyata keçirilən biri-birindən əhəmiyyətli layihələr, quruculuq işləri hazırda daha da intensivləşib. «İndi isə artıq asfalt yol tikilib bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir» sözləri ilə bərpa işlərinin coğrafiyasının genişləndiyini diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, Poeziya Günləri çərçivəsində Vaqifin məqbərəsinin, büstünün açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenilənməsi, görkəmli sənətkar Bülbülün ev muzeyinin bərpası tarixi şəxsiyyətlərə ehtiram nümunəsidir. Şuşadakı «Qarabağ”», «Xarıbülbül» otellərinin əsaslı təmirdən sonra öz qapılarını qonaqların üzünə açması, yeni yaşayış kompleksinin təməlinin qoyulması da bu ecazkar şəhərin simasını daha da gözəlləşdircək.

 

«Mənfur düşmən həmin yerdə dırnaqarası «Dağlıq Qarabağ respublikası”»nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. «Dağlıq Qarabağ respublikası»” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi» sözləri ilə Şuşanın baş planında nəzərdə tutulan layihələrdən bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, tikinti işlərinin sürətlənməsi göstərir ki, Şuşa yenidən dirçəlir, ədalət bərpa edilir.

 

«Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər bir çox başqa tədbirlər artıq keçirilir keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik» söyləyən Prezident İlham Əliyevin diqqəti sayəsində Şuşa müasir tarixinin ən gözəl günlərini yaşayır. Şuşa əbədi olaraq İslam dünyasının, Azərbaycan xalqının mədəniyyət paytaxtı olacaq, ev sahibi kimi qonaqlarını möcüzələri, möhtəşəmliyi ilə heyrətləndirəcək.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2021.- 3 sentyabr.- S.3.