Dini abidələrimizin bərpasında
müsəlman ölkələrinin iştirakı həmrəylik
nümunəsidir
Bəzi
müsəlman ölkələrinin dövlət
başçılarının Ermənistana rəsmi səfərlərini
İslami dəyərlərə hörmətsizlik
adlandıran Prezident İlham Əliyev haqlı olaraq bildirir ki,
milli mənsubiyyətə bağlılıq, dinə saf etiqad
sözdə yox, əməldə olmalıdır
Dinindən, milli mənsubiyyətindən
asılı olmayaraq müxtəlif xalqların ikinci Vətəni
sayılan, həmrəylik nümunəsi olan Azərbaycan
multikultural dəyərləri ilə fərqlənir. BMT, ATƏT, Qoşulmama Hərəkatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı
(İƏT) kimi nüfuzlu qurumlarda təmsil olunan Azərbaycanın
xarici siyasətinin əsasını təşkil edən
bütün dövlətlərə qarşılıqlı
hörmət prinsipləri əsasında əməkdaşlıq
ölkəmizin dünyada mövqeyini möhkəmləndirir,
nüfuzunu artırır. Azərbaycanın İCESCO və
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası (TDƏŞ) ilə möhkəmlənən əlaqələri
müsəlman ölkələrinin birlik və həmrəyliyini
gücləndirir. Azərbaycanın
TDƏŞ-in Zirvə görüşlərində iqtisadi əlaqələrin
genişlənməsi, İslami dəyərlərin təbliği
istiqamətində gördüyü işlərin yüksək
qiymətləndirilməsi, Türkdilli Dövlətlərin
Xüsusi Xidmət Orqanları Konfransının 22-ci
iclasının Bakıda keçirilməsi müsəlman
ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi,
regional sabitliyin təminatı baxımından çox əhəmiyyətli
olmaqla ölkəmizə marağı artırır.
Artıq tarixdə qalan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi
müddətdə Ermənistanın təcavüzünə məruz
qalmış ölkəmizin ədalətli mövqeyini dəstəkləyən,
işğal altında qalan Azərbaycan torpaqlarında erməni
faşistlərinin apardıqları etnik təmizləmə
siyasətini pisləyərək,
xalqımıza məxsus tarixi-mədəni irsin, İslam abidələri
və məscidlərimizin dağıdılmasını bəşəri
cinayət adlandıran TDƏŞ-in üzvləri tərəfindən
qəbul olumuş bəyanatlarda da Azərbaycanın ərazi
bütövlüyünün, sərhədlərinin toxunulmazlığının rəsmi olaraq təsdiqlənməsi,
İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində
Türk Şurasının Baş katibi adından 4 rəsmi bəyanatın
verilməsi ölkəmizin haqq işinə dəstək,
İslam həmrəyliyinin nümunəsidir. Dünyanı bürüyən pandemiya
dövründə TDƏŞ üzvlərinin iştirakı
ilə keçirilən birgə videokonfransda COVID-19-a
qarşı mübarizə sahəsində görülən
işlərdən bəhs edən Prezident İlham Əliyevin
beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən
təşəbbüsləri humanizmə əsaslanan
İslami dəyərlərə sadiqlikdir. Cari
ilin əvvəlində İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd
əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edən, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Baş direktoru Bağdad Amreyev ilə
videoformatda keçirilən görüşlərdə
iştirak edən və müsəlman
ölkələrinin dəstəyini yüksək dəyərləndirən
Prezident İlham Əliyev 30 illik danışıqlar prosesinin
heç bir nəticə vermədiyini diqqətə
çatdıraraq bildirmişdir ki, 44 gün davam edən
müharibədə qazandığı Zəfər ilə
bölgədə yeni reallıqların təməlini qoyan Azərbaycan erməni faşizmini də
çökdürdü, regional sabitlik üçün
etibarlı təməl yaratdı. Beynəlxalq birliyin sülh
yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini
güc yolu ilə reallaşdıran Azərbaycan tarixi
torpaqlarını işğaldan azad etməklə, XXI əsrin
müharibə salnaməsinə yeni səhifələr
yazdı. İşğal olunmuş ərazilərdə 70 məscidi
dağıdan, ibadət ocaqlarında donuz saxlayan, İslami dəyərlərə,
müsəlman mədəniyyətinə zərbə vuran ermənilərin
vəhşiliklərini vandalizm adlandıran Prezident İlham
Əliyev İkinci Qarabağ müharibəsindən sonra xarici
KİV-lərə müsahibələrində
viran qoyulan tarixi abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız
haqqında ətraflı açıqlama verdi. İnsanlara
qarşı törətdikləri cinayətləri ilə
faşist xislətlərini həyata keçirən, Azərbaycanın
mədəni irsinin izlərini məhv edən erməni
quldurları təkcə məscidləri deyil, kilsələri
də dağıtmaqla bəşəri dəyərlərə
düşmən mövqeyini vəhşilikləri ilə
bildirdi.
Diqqətçəkən
başlıca məqam isə Prezident İlham Əliyevin Zirvə
görüşündə, müsahibələrində Zəngəzurla
bağlı söylədiklərinin reallaşması, Azərbaycanın
tarixi torpaqlarının həqiqi sahiblərinə
qayıtmasıdır. Ərazilərin bərpası prosesində
qardaş müsəlman ölkələrinin iştirakını, milli həmrəyliyi «Buna görə
də düşünürəm ki, işğalçı
qüvvələrin barbarlığını, məhz bizim mədəni-tarixi
irsin məhv edilməsini dünya ictimaiyyətinə
çatdırmaq, həmçinin bizim tarixi-mədəni abidələrin
bərpa edilməsində bizə kömək də TÜRKSOY-un
diqqət mərkəzində olacaq» sözləri ilə diqqətə
çatdıran dövlət başçımızın
vurğuladığı kimi, bu proses artıq başlanıb.
Dini abidələr müsəlman ölkələrinin
iştirakı ilə daha möhtəşəm görkəm
alacaq.
Türk Şurasının cari
gündəliyində 2020-2025-ci illər üçün
türk strategiyasına və 2020-2040-cı illər
üçün türk dünyası barədə təsəvvürləri
əks etdirən sənədin hazırlanması, İslam
ölkələrinin gələcəyi, siyasət, iqtisadiyyat,
mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdəki əməkdaşlığın
perspektivlərinin əks olunması, işğaldan azad edilən
Şuşanın 2022-ci ildə İslam Mədəniyyətinin
Paytaxtı elan edilməsi ilə bağlı təkliflər
müsəlman aləminin milli həmrəylik nümunəsidir.
Bakıda şəhid ailələrinə,
müharibə əlillərinə mənzillərin və
avtomobillərin təqdim olunması mərasimində müsəlman
ölkələrinin Azərbaycana dəstəyini qiymətləndirən
Prezident İlham Əliyevin «Bir çox ölkələr fərdi
qaydada rəsmi şəxslər səviyyəsində dəstək
göstərmişlər. Ona görə də mən
onlara minnətdaram. Beynəlxalq təşkilatlar,
ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası Azərbaycana dəstək göstərmişdir»
sözləri ilə TDƏŞ üzvləri olan Türkiyə,
Qazaxıstan, Qırğızıstan, Özbəkistana minnətdarlığını
bildirmişdir. 57 ölkənin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatının üzvləri
arasındakı əməkdaşlığın gücləndirilməsini
həmişə vacib amil kimi diqqətə çatdıran
Prezident İlham Əliyev dəfələrlə
bildirmişdir ki, müsəlman ölkələrinin məscidlərini
dağıdan, belə müqəddəs yerlərdə donuz,
heyvan saxlayan ermənilərlə iş birliyi İslami dəyərlərə
hörmətsizlikdir: «Müsəlman məscidlərini
dağıdan Ermənistanla hansı əlaqələr ola bilər?
Açın baxın internetdə, görün Ağdam məscidi
nə gündədir, Şuşa məscidi nə gündədir,
digər şəhərlərdəki məscidlər nə
gündədir, onları söküblər. Bu azmış
kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim
müqəddəs ocaqlarımızı təhqir edirlər.
Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim
deyil, bütün müsəlman aləminə məxsusdur. Mən
sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər
törədən bir ölkə ilə hansısa əlaqələr
olsun, hansısa dostluq haqqında danışsınlar?
Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək
istəyirəm, Ermənistan çalışır ki,
onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin
xalqları buna imkan verməyəcəklər və verməməlidirlər.
Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti
öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o
ölkələrin vətəndaşları öz
sözünü deməlidir, Azərbaycanla həmrəy
olmalıdır. Necə ki, biz bütün müsəlman
ölkələri ilə həmrəyik, onlardan da eyni
münasibət gözləyirik.»
Özünü bizə dost kimi təqdim etmək
istəyən bəzi ölkələrin Ermənistana silah-
sursatla yardım göstərməsi müsəlmanları, Azərbaycan
əsgərini öldürən ermənilərə dəstəkdir.
Müsəlman ölkəsindən Xankəndiyə müntəzəm
olaraq səfər edən iritonnajlı nəqliyyat vasitələrində
daşınan silahlardan azərbaycanlılara qarşı
istifadə olunur. Prezident İlham Əliyevin « Laçın dəhlizi
bizim gözümüzün önündədir. Siz
Şuşada olarkən Laçın dəhlizini görə
bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər
görünür. Oradan məsafə bəlkə də 10
metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz,
kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya
sülhməramlı qüvvələrinin nəzarətində
olan bölgələrdə baş verən hadisələri də
izləyirik. Xankəndiyə gedən avtomobillərin
sayını dəqiqliyi ilə bilirik» sözləri müsəlman
olsa da , İslami dəyərələrə zidd olan
günahsız qanların tökülməsinə yardım
göstərənlər dini mənsubiyyətinlərinə xəyanət
edənlərdir.
Bu günlərdə «CNN TÜRK»ə
müsahibəsində Türkiyə-Azərbaycan
qardaşlığının simasında İslam həmrəyliyinin
sarsılmazlığından bəhs edən Prezident İlham
Əliyev dünyada oxşar tarixə, mədəniyyətə,
etnik köklərə malik, dili, etnik kökləri bir-birinə
yaxın ölkələr arasındakı xoşagəlməz
halları etiqadsızlıq adlandırır: «Bəziləri
bir-birinə düşməndir. Yəni, ortaq tarix və ortaq
etnik köklər hələ o demək deyil ki, ölkələr
də qardaş ölkələr olsunlar, xalqlar da qardaş
xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür.»
Prezident İlham Əliyev BMT-nin
ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi
xanım Vladanka Andreyevanı qəbul edərkən 30 ilə
yaxın işğal altında saxladıqları Azərbaycan
torpaqlarında vandallıq törədən ermənilərin əməllərinə
göz yumulmasını bəşəri dəyərlərə
hörmətsizlik kimi diqqətə
çatdırmışdır.
«Biz UNESCO-nu, demək olar ki, 30 ilə
yaxındır gözləyirik. Bilmirəm bunu
bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ
işğal dövründə, UNESCO-nu buraya səfər etməyə
və bizim ərazilərdə nələrin törədildiyini
görməyə dəvət etmişdik. Çünki
ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə
artıq iki faktaraşdırıcı missiya göndərmişdi.
Biz onlardan yenidən bir missiya göndərməyi xahiş
etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi
abidələrimizə erməni təcavüzkarları tərəfindən
dəymiş ziyanı gəlib görməyi xahiş edirdik,
lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki,
UNESCO siyasi məsələlərə qarışmır.
Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən
onların gəlmək istədiyinə dair siqnallar aldıq.
Əlbəttə, biz öz təəccübümüzü
bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları
çağıranda gəlmirdilər. Müharibədən
sonra isə gəlməyə qərar verdilər. Buna görə
biz buna razılaşdıq və mənim də bildiyim qədər
son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma
indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də
missiya gecikir» söyləyən Prezident İlham Əliyev
BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı ilə
əlaqələrə toxunaraq bildirmişdir ki, təşkilatın
qurumları ilə qarşılıqlı etimadı gücləndirmək
əsas məqsədimizdir.
Bu günlərdə
işğaldan azad olunmuş ərazilərdə törədilmiş
erməni vandallıqlarından dəhşətə gələn
Türk Şurasına üzv olan və müşahidəçi
dövlətlərin media orqanlarının əməkdaşları
işğaldan azad olunmuş Azərbaycan torpaqlarında
gördükləri dağıntıları, erməni vəhşiliklərini
insanlığa qarşı cinayət adlandırmışlar.
Xuraman
İsmayılqızı
İki sahil.- 2021.- 4 sentyabr.- S.18.