İtaliyada Ermənistanın
mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər
nümayiş olunub
Avqustun
30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və
Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət
Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət
və Şəhərlərin Bərpası
Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı
ilə İtaliyanın müxtəlif şəhərlərində
“Bərpa həftəsi - 2021” çərçivəsində
silsilə tədbirlər keçirilir.
Sözügedən tədbirlərdə Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
Aparatının rəhbəri
Read Qasımov iştirak edir. Tədbirə ölkəmizlə
yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə
Ərəbistanı Krallığı
və İsraildən
olan nümayəndə
heyətləri də
qatılıb.
“Bərpa həftəsi - 2021” çərçivəsində
İtaliyanın Bari şəhərinin Fiera del Levante sərgi
kompleksində keçirilmiş
tədbirinin açılış
mərasimində Bari şəhər rəhbərliyi,
Xarici İşlər
və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin,
Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin,
Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış
ediblər.
Sentyabrın 2-də “Bərpa həftəsi -
2021 çərçivəsində Azərbaycanla bağlı
ölkə təqdimatı
təşkil olunub. Açılış nitqi ilə
Azərbaycanın İtaliyadakı
səfiri Məmməd
Əhmədzadə, İtaliya
Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı
və Beynəlxalq Qurumlarla Əlaqələr
Departamentinin müdiri
Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək
Azərbaycan-İtaliya strateji
tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli
əlaqələrdən və
qarşılıqlı faydalı
mübadilələrdən, mədəniyyət abidələrinin
qorunması və bərpası sahəsində
əməkdaşlıq imkanları,
o cümlədən Azərbaycanın
işğaldan azad olunmuş ərazilərinin
yenidən qurulması
və bərpası çərçivəsindəki
imkanlardan danışıblar.
Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan
Respublikasının işğaldan
azad olunmuş ərazilərinə “Böyük
qayıdış” və
mədəni irsin bərpasına yönəlmiş
davamlı proses haqqında geniş təqdimatla çıxış
edib. Ermənistan Respublikası tərəfindən
30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə
tarix və mədəniyyət abidələrinin
dağıdılmasına, mənimsənilməsinə və
vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların
aparılmasına dair
ətraflı məlumatlar
və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri
nümayiş olunub. Həmçinin Azərbaycan
tərəfindən bərpa
prosesinə başlanıldığı,
çoxsaylı minalardan
təmizləmə fəaliyyətinin
davam etdiyi diqqətə çatdırılıb.
Vurğulayıb ki, post-konflikt dövründə
davamlı sülhün
və rifahın tam bərqərar olması məqsədilə
infrastruktur və şəhərsalma layihələri
həyata keçirilir.
Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən
BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət
naminə sülh” kampaniyasına bağlanıldığı
qeyd olunub. Təqdimatda abidələrin
dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin
və azad olunmuş digər ərazilərimizin acınacaqlı
durumu diqqətə çatdırılıb.
Dövlət Xidmətinin rəsmisi
qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində
qarşılıqlı faydalı
təkliflərə açıqdır
və bu istiqamətdə İtaliyadan
olan tərəfdaşların
və şirkətlərin
bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.
Daha sonra “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması
nəzərdə tutulan
unikal muzey layihəsinə dair məlumat vermişdir.
Tədbir çərçivəsində
təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə
heyəti İCE, Assorestauro,
İtaliya Milli Tədqiqat Şurasının
(CNR), habelə İBİX (abidələrin təmizlənməsi),
ENEL X (memarlıq işıqlandırılması),
CORES4N (abidələrin interyerinin
bərpası üzrə)
kimi İtaliyanın tikinti və bərpa sahələrində
çalışan qabaqcıl
şirkətlərinin nümayəndələri
ilə görüşlər
keçirib.
Azərbaycan nümayəndə heyəti
“Bərpa həftəsi
- 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində
keçiriləcək tədbirlərdə
iştirak edəcək.
İki sahil.- 2021.- 4 sentyabr.- S.21.